Gənc memarların
sərgisi
Dünən Memarlıq
və İnşaat Universitetinin birinci tədris
binasının sərgi salonunda universitetin memarlıq
fakültəsinin 1- ci kurs tələbəsi Ədalət
İlqar oğlu Əhmədovun bədii yaradıcılıq
sərgisi keçirildi. Sərgini fakültə dekanı Tofiq
Abdullayev açıq elan etdi. Bütün qonaqları
salamlayan Tofiq müəllim Ədalətin əl işlərini
çox yüksək səviyyədə qiymətləndirərək,
onun gələcəkdə həm gözəl rəssam, həm
də memar olacağına böyük ümidlər bəslədiyini
qeyd etdi: “Əgər bütün tələbələrimiz Ədalət
qədər çalışarsa, onların gələcəyin
əsl memarı olacağına heç şübhəm
yoxdur. Çünki rəssamlığı bacarmayan şəxs,
güclü memar da ola bilməz. Memarın həm qrafikası,
həm rəsm işi yüksək səviyyədə
olmalıdır”.
Professor Elturan Avalov da Ədaləti
təbrik etdi. Prorektor Nərgiz xanım
Abdullayeva öz ürək sözlərini
söylədi və bu cür sərgilərin
tez-tez keçiriləcəyinə
ümid etdiyini bildirdi. Ədalətin rəsm əsərlərində
rəng çalarlarının
müxtəlifliyinə yol
verildiyi hamının
diqqətini cəlb etdi. Ədalət də müxtəlifliyi,
fərqliliyi xoşladığını
və qəsdən bu cür rəngarəngliyə
müraciət etdiyini
açıqladı.
Tarix Muzeyinin direktoru
Gülmirə Məmmədova belə sərgiləri tez- tez təşkli
etdiklərini bildirdi: “Demək olar ki, hər 3-4 aydan bir, həm
layihə işçilərinin, həm tələbələrin
fərdi işlərinin sərgisini təşkil edirik. Hətta bizdə Almaniya, Misir, İtaliyadan da olan tələbələrin
də belə sərgiləri açılır.
145 saylı məktəbin
məzunu olan Ədalətin bu universitetdə ilk sərgisidir.
Lakin onun bu cür
sərgiləri çox
olub. Heç təsadüfi deyil
ki, Ədalət Nizami rayonu məktəbliləri
arasında “Azad, müstəqil
Azərbaycan” mövzusunda
keçirilən rəsm
müsabiqəsində fərqləndiyinə
görə xüsusi
diploma, karikatura müsabiqəsindəki
iştirakına görə
təşəkkürnaməyə və bir çox
fəxri fərmanlara layiq görülüb”.
Sonda Tofiq müəlllim
bütün tələbələri bu cür sərgilər təşkil
etmək üçün onlara müraciət etməyə
çağırdı: “Biz istedadlı gəncləri dəstəkləyirik
və həmişə də onlara kömək etməyə
hazırıq”.
Könül NƏCƏFOVA
Mədəniyyət.- 2009.- 27 may.- S. 3.