Yazarlarımız mükafatlandırıldı
Noyabrın 14-də Azərbaycan
Yazıçılar Birliyində Mahmud Kaşğarinin 1000
illiyi münasibətilə keçirilən beynəlxalq hekayə
müsabiqəsinin Azərbaycan üzrə qaliblərinin
mükafatlandırma mərasimi reallaşdı.
Tədbirdə
çıxış edən "Ulduz" jurnalının
baş redaktoru Elçin Hüseynbəyli, AYB -nin sədri,
xalq yazıçısı Anar və başqaları belə
müsabiqələrin əhəmiyyətindən söz açdılar.
Bildirdilər ki,
müsabiqəyə 36 yazar müraciət edib. Onların
3-ü yarışma şərtlərini pozduğuna görə
müsabiqəyə buraxılmayıb.
İntiqam Qasımzadə,
Bəsti Əlibəyli, Rəşad Məcid, Qulu Ağsəs
və Elçin Hüseynbəylinin təmsil olunduğu
münsiflər heyəti 33 yazarın 43 hekayəsini 10
ballıq cədvəl üzrə qiymətləndirib.
Daha sonra birinci (Zakir
Sadatlı "Salam baça"), ikinci (Fəxri Uğurlu
"Dirilmə"), üçüncü (Eyvaz Zeynalov "Mənim
tanımadığım Moskva") və xüsusi yer (Vəsilə
Usubova "Poloneza") tutanlara diplom və pul
mükafatları təqdim olundu.
Qeyd edək ki,
müsabiqənin yerli mərhələsi bu il aprelin 1-dən
30-na kimi keçirildi və qaliblərin adı avqustun 7-də
Azərbaycanda Atatürk Mərkəzində keçirilmiş
mətbuat konfransında açıqlandı.
Beynəlxalq hekayə
müsabiqəsinin mükafat fondu təxminən 50 min avrodur və
24 türkdilli subyektin yazarları arasında keçirilir. Azərbaycan
tərəfındən təşkilatçı "Ulduz"
jurnalıdır.
Müsabiqənin ikinci mərhələsi
İstanbulda keçiriləcək və subyektlərdə
birinci yeri qazanmış 24 yazar öz aralarında
yarışacaq. Qaliblər aşağıdakı məbləğdə
pul mükafatı qazanacaq. Birinci yer - 6000 avro, ikinci yer - 4000
avro, üçüncü yer -2000 avro. Üç həvəsləndirici
mükafatın hərəsi
- 1000 avrodur.
Qaliblərin adı bu il
dekabrın sonunda Ankarada
açıqlanacaq. Azərbaycan tərəfdən
İstanbul mərhələsində münsiflər heyətinin
üzvü AYB-nin sədri, xalq
yazıçısı Anardır.
Turan
Mədəniyyət.-2008.-15 noyabr.-S.2.