Bababağ müqəddəs
zirvə
Ona el arasında Həzrət Baba ziyarətgahı da
deyilir
Qarlı zirvəsi olan
dağların əhatəsində insanların yüz illərdir
ki, müqəddəsliyinə tapınıb pənah gətirdiyi
bir məkan var. Bu, dəniz səviyyəsindən
3629 metr yüksəklikdə
yerləşən Babadağ
və ya Həzrət Baba ziyarətgahıdır. Həzrət
Baba İsmayıllı
rayonunun Lahıc kəndindədir. Ziyarətgahın
yaranması ilə bağlı xalq arasında maraqlı rəvayətlər dolaşır.
Rəvayətlərdən birində
deyilir ki, Həzrət Baba Allahın ən çox sevdiyi qullarından biri olub. O, bu dağlarda
çobanlıq edirmiş.
Həzrət Baba öz ögey anasını çox sevirmiş. Bir dəfə zəmidə bir buğda dənəsi onun ayağı altında qalıb. Həzrət Baba isə çox
kədərlənib. O, ögey
anası ilə Babadağına çıxıb
və Allahdan bağışlanmağını istəyib. Ögey anası dağın ətəyində, Həzrət
Baba isə dağın zirvəsində
dua edir. Deyilənlərə görə,
Həzrət Baba dağın zirvəsində
qeyb olub.
Başqa bir rəvayətə görə,
Həzrət Baba Səudiyyə Ərəbistanında
yaşayırmış. Sonralar
söhbət gedən
məkana gəlib. Həzrət Babanın Babadağa gəlişi Ərəbistanda İslamın
meydana gəlməsindən
sonra baş verib. Deyilənlərə
görə, bir məclisdə necə olursa görmür, ayağının altında
bir düyü dənəsi qalır. Düyü də bərəkətdir. Elə
həmin gecə də Allah yuxusuna
girir. Günahını
yumaq üçün
ona Babadağa getməyi tapşırır.
Yolu da başa
salır. Elə həmin gecənin səhəri Həzrət
Baba ailəsini də götürüb yola çıxır.
Danışırlar ki,
Həzrət Babanın anası Babadağa qalxmaqdan imtina edir,
bacısı Ağabikə isə qardaşından
ayrılmır, Babadağın zirvəsində məskunlaşırlar.
Şair Musa Yaqub
“Babadağın ağ dumanı” poemasında Həzrət
Babanın əvvəlcə Babadağın ətəyində
yaşadığını yazır. O vaxtlar tufan, qasırğa bu tərəflərdən
- dağların ətəyinə
sığınmış kəndlərdən
əl çəkmirmiş.
Camaatın əkin-biçinini zay edirmiş. Bu işin başında duran da şeytan
imiş. Adamlar Həzrət Babanın yanına xahişə gedirlər. Həzrət Baba şeytanı öldürmək
üçün onun yaşadığı dağlara
qalxır. İndi dəfn edildiyi yerdə yurd salır (belə fikir də var
ki, Həzrət Baba qeybə çəkilib. İnsanların
ziyarət elədiyi bu qəbir rəmzidir).
Həzrət Baba şeytanı
öldürə bilməsə
də, dağ kəli, dağ keçisi və qartalların köməyi
ilə onu qovub ən dərin
bir dərəyə salır - camaatı bəladan xilas edir. Şeytanın gizləndiyi həmin dibsiz dərədən indi də uğultu
gəlir. İnsanlar o gündən şeytanın yaşadığı həmin
dərəyə daş
atırlar. Sonra qartal, kəklik, İsgəndər quşları
dimdiklərində neçə
gün dalbadal dən daşıyıb gətirirlər. Həzrət
Baba yer əkir, taxıl yetişdirir. Əkində-biçində dağ heyvanları onun köməyinə gəlir.
Sonra Həzrət Babanın ömür-gün
yoldaşı Güllü
və qızı onun dalınca bu zirvəyə gəlib çıxırlar.
Deyirlər ki, ana və qızı
ziyarətgahın yamacında,
Həzrət Baba isə zirvəsində dəfn olunub.
Bu dağ ilboyu qarlı olur. Ona görə
də bu dağa bəzən Qarlı baba da deyirlər. Ziyarətgahı 7 dəfə
ziyarət edən şəxsə «həzrət»
deyirlər.
Həzrət Baba ziyarətgahına
yalnız iki tərəfdən - İsmayıllıdan və
Qubadan yol var. Bakıdan Lahıc qəsəbəsinə
kimi 170 km-dir. Həzrət Baba ziyarətgahına gedən
yol Qurbangah deyilən yerdən başlayır.
Babadağ Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı
ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət
abidəsi kimi qorunur.
Mədəniyyət.-
2009.- 2 oktyabr.- S. 15.