Dustaq qəbiristanlığının
qərib sakini
Ey, ol vaxtı görən məsud, unutma bizləri yad
et,
Bu yolda həsrət ilə jan verən əhbabı tədad
et…
M.Hadi
“Mən həyatımın
sonuna qədər uğursuz olajağına jojuqluğumun ilk
dövründən inanıb, qəlbimdə qəm kitabı
daşıdım". Bu il Azərbayjan ədəbiyyatının
öndər yazarlarından biri olan, həmçinin
yuxarıdakı sətirlərin müəllifi Yusif Vəzir
Çəmənzəminlinin anadan olmasının 122 ili
tamamlanır. Doğum tarixi 1887-ji il, 12 sentyabr, Şuşa
şəhəri. Dünyaya gəldiyi ailə, atanın
nüsxəbəndlikdən qazandığı gəlirlə
güzəran keçirir. Hamı kimi Yusif Vəzir də ilk təhsilinə
molla məktəbində başlayır. Əvvəl
Şuşa realnı, sonralar isə Bakı realnı məktəbində
təhsilini davam etdirir. Daha yaxşı təhsil almaq
üçün Daşkənd gimnaziyasına üz tutur. Bu
dönəmlərdə Çəmənzəminli rus dilini
mükəmməl öyrənir, hətta bu dildə şeirlər
yazır. Yusif Vəzir gənj yaşında yazdığı
hekayələrlə özünü yazar kimi təsdiq etməyi
bajarır. "Şaqqulunun xeyir işi" onun ilk hekayəsidir.
Çəmənzəminlinin yazıları mətbuatda
çap olunur. "Hətərən-pətərən"
başlıqlı felyetonları ilə "Molla Nəsrəddin"
curnalında "Sərsəm" imzası ilə
çıxış edir. 1910-1915-ji illərdə Kiyev
Universitetinin hüquq fakültəsində oxuyur. İki il
sonra burada Müsavat partiyasının sıralarına daxil
olmaqla yanaşı, tələbələrin Türk Federalist
Komitəsinin başqanı seçilir. 1919-ju ildə Azərbayjan
hökuməti Yusif Vəzirə İstanbulda konsul vəzifəsini
təklif edir. Ədibin yaradıjılığında önəmli
yer tutan "Studentlər" romanında millətçilik
ruhu axtaran Azərbayjan Yazıçılar İttifaqı onu
öz sıralarından xarij edir. Maddi-mənəvi
sıxıntılar yaşayan yazıçı Özbəkistanın
Urgənj şəhərinə üz tutur. Talesizlikdən o,
burada da öz rahatlığına qovuşa bilmir. 1937-38-ji illərdə
repressiyaya uğrayan məmləkət övladları,
say-seçmə elm və mədəniyyət xadimləri
verdikləri ifadədə Yusif Vəzirin də adını
çəkirlər. Buna dayanan istintaqçılar 1940-jı
ilin yanvar ayının 25-də yazarın həbs olunması qərarının
çıxarılmasına nail oldular. İki gün sonra
Çəmənzəminli, müəllim işlədiyi Urgənj
Pedaqoci İnstitutunda həbsə alınıb Bakıya gətirilir.
1937-ji ilə qədərki tərjümeyi-halını təftişə
başlayırlar. 1940-jı il fevralın 26-da ədibin
ittihamı ilə bağlı qərar qüvvəyə minir.
Suçlu duruma salındığı müddəalar isə
bunlar olur:
-1919-ju ildə
Müsavat hökumətinin konsulu vəzifəsində işləyərkən
ingilis-fransız və türk təşkilatları ilə əlaqədə
olmuşdur.
- fəal, peşəkar
müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının
rəhbər özəyinə məxsus olmuş və 1927-ji
ildə müsavatçılarla milli təmayülçülərin
yaratdıqları antisovet blokuna keçmişdir.
- öz həmfikirləri
arasında müntəzəm olaraq əksinqilabi millətçilik
təşkilatının tərkibinə daxil olmuş, yəni
Azərbayjan SSRİ-nin Jinayət Məjəlləsinin 73-72-ji
maddələrində nəzərdə tutulan jinayətlərdə
ittiham olunur.
"Mənə verilən
3 maddədən ibarət ittihamlar ağ yalandır. Mən
özümü günahkar hesab etmirəm" - Bu, Yusif Vəzirin
ittihamlardan sonra yazıb imza qoyduğu jümlədir. Çıxarılan
ittiham qərarı sonujunda yazıçı 1931-ji ildə Azərbayjanda
fəaliyyət göstərən əksinqilabi Müsavat təşkilatına
daxil olmasına və pantürkist millətçi təbliğatı
aparmasına görə günahkar sayılır. Jəmənzəminlinin
əksinqilabi təşkilata üzvlüyü ilə əlaqədar
ifadəni neft institutunun dosenti Şahsuvarov və Bəkir
Çobanzadə vermişdir. 1937-ji il iyulun 27-də
Çobanzadə Azərbayjanda əksinqilabi təşkilatlar
və elm jəbhəsində əksinqilabi iş barədə
istintaq olunur və bu istintaqda Bəkir Çobanzadə Yusif Vəzir
haqqında ifadə verir. Onun Türkiyə və Almaniya təşkilatları
ilə əlaqələrindən danışır. 1940-jı
il yanvarın 27-də Yusif Vəzir 8 il müddətinə
islah əmək düşərgəsində həbs jəzasına
məhkum edilir. Yusif Vəzir yazdığı ərizə ilə
müstəntiqə mürajiət edir: "Xahiş edirəm
mənim əmanət kitabçamı həyat
yoldaşıma çatdırılmasına ijazə verəsiniz.
Çünki ailəm iki aydan artıqdır ki, kənardan
heç bir maddi kömək almır". Yusif Vəzirin
sürgündəki vəziyyətindən Kərbəlayi Əhməd
adlı bir siyasi məhbus xəbər verir: "1953-jü ildə
sabiq Qorki vilayətinin Suxobezvodnaya kəndində siyasi məhbuslar
içindəydim. Nəzarətçi Lyubov İlyuşina adlı
45-50 yaşlarında rus qadın 1940-jı illərin əvvəllərində
əri ilə dustaq düşərgəsində işləməyə
gəlibmiş. O, mənim qafqazlı olduğumu biləndə
Yusif Vəzir barədə danışdı. Qadının əri
daxili mühafizə batalyonunda
çalışırmış. Həmin ilin
qışında Qafqazdan bir dəstə dustaq gətirirlər.
Yusif Vəzirin şəxsi işi ilə tanış olan nəzarətçi,
dustağın altı dil bildiyini öyrənəndə
maraqlanır və fransızjanı öyrənməyə
çalışan əri üçün bunun faydalı
olajağını düşünür. Zabit, Çəmənzəminlinin
arvadının işlədiyi şöbəyə xidmətçi
götürülməsinə nail olur. Yusif Vəzir sobanı
yandırıb, otaqları silib süpürürmüş. Hər
halda 45 dərəjə soyuqda meşədə odun
qırmaqdan bu daha yaxşı imiş. 1942-ji ilin
qışında Çəmənzəminli xəstələnir,
uzun müddət düşərgə xəstəxanasında
qalır. Bir il müddətində gah babatlaşıb baraka
qayıdır, gah da xəstəxanada yatır. Nəhayət,
onu qəsbənin kənarındakı əlillər evinə
köçürürlər. Az sonra vəfat edir. Onu kənddən
3-4 km aralıda Betluqa çayının kiçik qolu olan
Unca çayı sahilindəki dustaq qəbiristanlığında
dəfn edirlər. Müharibə, ajlıq və ağır
iş recimi Yusif Vəzirin ölümünü tezləşdirir.
Onun Lyubov İlyuşina tərəfindən gizlədilmiş əlyazmaları
tövlədə uzun müddət nəmişlikdə
qaldığına görə çürüyür". 1956-jı
ilin yayında dustaq qəbiristanlığına baş çəkmək
istəyən Kərbəlayi Əhməd bataqlıqda bir-iki
kilometr getdikdən sonra geri qayıdır. Çünki qəbiristanlığı,
qəbirləri su basıbmış.
SSRİ Xalq
Komissarları Soveti 1934-jü ildə SSRİ məktəblərində
mülki tarixin tədrisi haqqında qərar qəbul etdi. Verilən
qərar tarix elminin inkişafına,
araşdırılmasına, öyrənilməsinə,
faktların dəqiq analizinə şərait yaratdı. Bu
anlamda Çəmənzəminlinin qələmindən
çıxan "Qızlar bulağı" əsəri ədəbiyyat
tariximizi zənginləşdirdi. "Qızlar
bulağı" Azərbayjanı ədəbiyyatında ilk
tarixi-fəlsəfi romandır. Əsər tarix dərsi ilə
başlayır. Ərənlər nəql etdikləri
nağıllarla gənjlərə kim olduqlarını, haradan
gəlib hara gedəjəklərini anladır, bir növ
keçmişlə gələjək arasında körpü
yaradır. Roman ibtidai toplumun məişətini, mədəniyyətini,
gələnəklərini, inanjlarını tərənnümdən
və təsvirdən ibarətdir. Ədibin "Qan içində"
əsərinə gəlinjə, Yusif Vəzir özü ona
"İki od arasında" adını vermişdir. Əsər
ilk dəfə 1934-jü ildə nəşr olunur. Qarabağ
xanlığının ijtimai-siyasi-mədəni əlaqələrini
və durumunu özündə ehtiva edən bu roman XVIII əsrdə
yaşayıb-yaradan Molla Pənah Vaqif şəxsiyyəti
üzərində jəmləşmişdir. Digər
yazarlardan, o jümlədən Səməd Vurğundan fərqli
olaraq Çəmənzəminli tarixi gerçəkləri
ön plana çəkib hadisələri əyrisi və
doğrusu ilə qələmə almışdır. Əgər
Səməd Vurğun Vaqifi yüksəldib, İbrahim xanı
kiçildirdisə, Çəmənzəminli gerçək
faktlardan tutuban sözügedən şəxsiyyətləri
oxujusuna olduqları kimi təqdim etdi. Zatən sonralar Səməd
Vurğun İbrahim xan obrazı ilə bağlı
yazırdı: "Mən çox sevdiyim "Vaqif" əsərinin
gələjək taleyini düşündüyüm zaman orada
yol verdiyim bir çox tarixi təhriflər xüsusən
İbrahim xan surətinin təhrifi məni çox
yandırır".
İstanbulda Çəmənzəminlinin
"Azərbayjan ədəbiyyatına bir nəzər",
"Azərbayjanın tarixi-joğrafi və iqtisadi
ijmalı" əsərləri çap olunub. Həmçinin
o, Parisdə Azərbayjan səfirliyi tərəfindən
buraxılan "Paris xəbərləri" dərgisi ilə
də əməkdaşlıq etmişdir.
Dustaq qəbiristanlığının
qərib sakini, nasir, pedaqoq, hekayə ustası, folklor tədqiqatçısı,
ijtimai xadim, siyasi məhbus Yusif Vəzir Çəmənzəminlinin
ömrünə bir nəzərdi bu yazı… Bu ömür həmişə
anılajaq, bizə anladajaq - repressiya dövrünün vəhşətlərini
də… insan taleyinin ajısını da…
Aliyə,
Şəkər
Mədəniyyət.- 2009.- 7 oktyabr.- S. 12.