İMC Krems Tətbiqi ElmlərUniversitetinin 15 yaşı qeyd edilib

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev tədbirə qatılıb

 

Oktyabrın 5-də Avstriyanın Krems şəhərində İMC Krems Tətbiqi Elmlər Universitetinin yaradılmasının 15 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimə Avstriya hökuməti Aşağı Avstriya əyalətinin nümayəndələri, Krems şəhər rəhbərliyi universitetin tələbə-müəllim heyəti ilə yanaşı, universitetin beynəlxalq müstəvidə əməkdaşlıq etdiyi ali təhsil ocaqlarının (Avstraliya, Rusiya, Ukrayna, Suriya, İordaniya, Oman b.) təmsilçiləri qatılıblar. Azərbaycan mədəniyyət turizm naziri Əbülfəs Qarayev mərasimdə xüsusi qonaq qismində iştirak edib.

Azərbaycan Turizm İnstitutundan aldığımız xəbərə görə, Ə.Qarayev mərasimdə çıxış edərək, universitetin prezidenti Haynts Boyeri kollektivi təbrik edib. Nazir bildirib ki, Azərbaycan geniş turizm potensialına malik ölkə kimi bu sahədə infrastrukturun qurulmasında Avstriya şirkətləri ilə əməkdaşlıq edir. Eyni zamanda turizm mütəxəssislərinin hazırlanması Azərbaycan Turizm İnstitutunda beynəlxalq proqramların həyata keçirilməsi sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Krems Universiteti ilə əməkdaşlıq sayəsində azərbaycanlı turizm mütəxəssisləri Avstriya bakalavr diplomu dərəcəsi əldə etmək imkanına malikdirlər, həmçinin hər iki ali təhsil ocağı arasında tələbə mübadiləsi həyata keçirilir.

Ə.Qarayev mərasim çərçivəsində Avstriyanın aparıcı ORF telekanalına müsahibə verib.

Qeyd edək ki, əsası 1994-cü ildə qoyulmuş İMC Krems Tətbiqi Elmlər Universiteti ötən qısa müddət ərzində tələbələrin sayını 42-dən 1800 nəfərə çatdırıb, dünyanın 27 ölkəsində 80-dən artıq ali təhsil ocağı ilə əməkdaşlıq əlaqələri qurub, 80-dən artıq ölkənin 700-dən artıq müəssisəsi ilə təcrübə tərəfdaşlığı edir. 2007-ci ildə universitetlə Azərbaycan Turizm İnstitutu arasında müqavilə imzalanıb tərəfdaşlıq əlaqələri qurulub.

Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov da yubiley tədbirində iştirak ediblər.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 7 oktyabr.- S.8.