108 yaşlı Əmircan
məscidi
Bakının Əmircan kəndində 108 yaşlı
qoşaminarəli bir məscid var. Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır.
Məscidin maraqlı tikilmə tarixçəsi
var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə
vəsaiti tükənir.
Əhali yardım üçün neft milyonçusu M.Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları
dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən
sonra tikintinin başa çatdırılmasının
xərcini öz üzərinə götürür.
1908-ci ildə məscid
məşhur memar Zivərbəy Əhmədbəyovun
layihəsi əsasında
inşa edilir.
M.Muxtarovun tikdirdiyi əzəmətli
məscid nadir memarlıq üslubuna malik tarixi tikililərdəndir.
Məscidin 47 metr
hündürlüyündə olan 2 minarəsi o dövrdə
digər məscid minarələrindən fərqlənirdi. Minarələrə qalxan pilləkənlərin sayı
140-a çatır. Məscidin
2 qülləsindən dindarlar
azan vermək üçün istifadə
edirdi. O dövrdə Təzəpir məscidində
azan vermək üçün 1 qüllə
inşa edilmişdi. İstər qüllənin
aşağı, istərsə
də yuxarı hissəsində azan verilə bilər. Məscidin 2-ci mərtəbəsində
qadınların namaz qılması üçün
də xüsusi otaq vardı. Deyilənə görə,
Murtuza Muxtarov bu məscidi neftdən qazandığı
halal pulu ilə tikdirib. O illərdə daima məscidə gələn
milyonçunun özü
namaz qılar, dualar edərdi. Əmircan məscidinə M.Muxtarov məxsusi olaraq müqəddəs «Qurani-Kərimi» hədiyyə etmişdi. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində
sifarişlə hazırlanmışdı.
Deyilənə görə,
həmin Quran 25 kq ağırlığındadır.
İndi də Əmircan məscidində
bu müqəddəs kitab əmanət kimi saxlanılır. Məlumat üçün
onu da bildirək
ki, Quranda Allah kəlmələri bütünlüklə qızıl
suyu ilə həkk olunub.
1908-ci ildə məscidin
açılışında əmircanlı axund Əbu Turab
minbərə qalxaraq ilk xütbəni oxuyub.
Məscid 2 giriş qapısı ilə əhatələnib. Qapı
və pəncərələrin
üzərindəki şəbəkə
göz oxşayır.
Qapı üzərində
4 təsvir - 4 müqəddəs
kitabı, 4 ünsürü
göstərir. Məscidin
1 günbəzi, 16 pəncərəsi
var. Sovet dövründə məsciddən
toxuculuq sexi, 1985-88-ci illərdə Azərbaycanın
məşhur rəssamı
S.Bəhlulzadənin sərgi
salonu kimi istifadə olunub.1989-cu ildən
məscid yerli sakinlərin ixtiyarına verilib. Məscidin sağ və sol tərəflərində
peyğəmbərlərə salam, yeganə olaraq burada ərəb
dilində həkk olunub. Mehrabın yuxarısındakı dairə
isə Ulu Tanrının varlığına,
4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara,
onların altındakı
nazik xətlər isə 12 imama işarədir.
Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 16.