Teatr və
kino haqqında
Teatrda kino
haqqında
Teatrın və kinonun haqqı
I yazı
Tarixən daha qədim sənət
olan teatrın kinoyla rəqabətdə özünü necə
aparması bir qədər köhnəlmiş məsələdir.
Amma yenə də
virtual-vizual janrların
tüğyan etdiyi XXI
əsrin sürət ritmində teatr nəsə arxaik bir təəssürat yaradır. "Teatr öldü? Yaşasın kino!" deməyə
tələsənləri isə
hələ nə qədər böyük heyrət saracaq. Məsələ bu qədər
kəskin qoyulmasa belə, kino yarananda teatrın əndişələndiyini duymamaq
mümkün deyildi.
Məhz bu baxımdan də teatr axtarışları
ilə bol olan XX əsrin pantomima teatrını, epik teatrını da kinonun uğurlarını
mənimsəmə, saf-çürük
etmə, təcrübədən
keçirmə adlandırmaq
olr. Təzəcə dil açmış
kinonun Brextin epik teatrında, bəlkə də, təhtəlşüur olaraq
yararlandığı ifadə
texnikası teatrın
şöhrətini artırdı.
Teatr məhz bu vaxtlarda
antik və orta əsrlər dövründəki populyarlığını
qaytardı.
Kino meydana gələndə
teatrdan böyük, möhtəşəm, kollektiv, kütləvi
sənət tanınmırdı. Onun metod
və təcrübəsindən
istifadə etməyə
dəyərdi. Bir də
teatr bir fəlsəfə, bir ifadə, bir bir sənət olaraq əsrlərlə zehinlərdə bərkimiş,
möhkəmlənmişdi və istər-istəməz
oturuşmuş bir yaddaş olaraq kinoya nüfuz etməyə bilməzdi.
Beləliklə teatr kinoya
1. Mövzu, fəlsəfə
olaraq daxil olurdu. Hələ səssiz filmlərdə
tamaşaçı dolu
zallar teatrın şöhrətinə şəhadət
verən kadrlar idi. Çaplinin filmlərindən biri bu kontekstdə
("Rampa işıqları")
maraqlı yozumlara yer qoyur. Bu filmin mövzusunun
birbaşa olmasa da, dolayısı yolla teatra böyük
dəxli vardı.
Əlbəttə, filmdə teatr
olan epizodlar boldur. Amma məsələ bunda deyil. Filmin qəhrəmanı əyləncəli
satira teatrının vaxtilə məşhur, indi unudulmuş aktyorudur. Teatrın öyündüyü, sahib olduğu zamanın unutqanlıq gətirən
ötəriliyi, qəhrəmanı
anbaan qocalığa, ölümə, aparan sürəti filmin faciə akkordlarıdır.
Qəhrəmanın şöhrəti və gəncliyi geridə, keçmişdə
qalıb. Teatrda uğursuz
nömrələrindən utandığı
üçün adını
belə dəyişib.
Hər gecə yuxuda teatr pərdəsi, tamaşaçı dolu zal, uğurlu nömrələr görür.
Ayılanda bu nömrələri
unudur, ya da onların heç bir uğur qazanmır. Həyatının bu məqamında
sevgiyə yoluxur.
Sevdiyi qadın gənc,gözəl, istedadlıdır. Qəhrəman onun uğurlarını addımbaaddım izləyir.
Bir vaxtlar səhnə işığında o parıldayırdısa,
indi səhnə də, işıqlar da, gələcək də bu qadınındır.
Qəhrəman bunu dərk
edir. Teatrın bu qədirbilməzliyi
onu bədbinləşdirir.
Və kino bu unudulmuş teatr aktyorunun faciəsini necə də gözəl çatdırır: qızın
uğurlu sınaq-çıxışından
sonra səhnədəcə
bir küncdə unudulmuş Kalveronun ümidsiz, tənha, kədərli üzünün
yarısı işıqlandırılır.
Böyük planda qaranlıq içrə bir parça ümidsiz, tənhalaşmış
insan üzü...
Filmin, sözün əsl
mənasında, müəllifi Çaplinin qocalıq, unudulmaq
qorxusu nə qədər böyük olsa da o, mövzunu
çözə bilir. Məşhur artist qu quşu
son nəğməsini necə
oxuyursa, son çıxışını
o cür şövqlə,
uğurla başa vurur və tamaşaçıların
alqışlarına çıxarkən
son dəqqələrini yaşayır.
Kalvero öz arzularını, gələcəyni, sevgisini
-teatrını Terriyə
ötürür. Ölümqabağı son dəfə Terrinin tamaşadakı çıxışını
izləyir. Teatrda da
ölür.
Teatr bütün
mistikası və qanunauyğunluq (suz)luqları ilə qəhrəmanın
həyatını əhatə edir. Sanki
tale, bəxt, şans kimi müəmmalar da teatrdan kənarda
deyil. Teatr filmə daxil
olduğu andan filmi əhatə edir. Sanki rampa işıqlarında zamanın
hökmü kimi güclü, görünməz,
ələgəlməz, bilnməz,
söylənməz bir
hökm var…
2. Teatr kinoya element, ifadə, forma olaraq daxil olurdu. Kino
yeri düşdükcə
dekorasiyadan istifadə
edirdi. Lazımınca pafos kimi əsl teatr (və siyasət) elementindən yararlanırdı.
Dekorasya deyərkən, Trierin sözsüz şedevri
"Doqvil"ini xtırlamamaq
olmur. "Doqvil" şəhərdir.
Bu şəhəri Danimarka rejissoru
Maksimal dərəcədə
teatrallaşdırılma filmin uğurunu şərtləndirən
amillərdən biri, bəlkə də, biricisi idi. İş orasındadır ki, insan xislətinin, kütlə psixolojisinin, toplum yırtıcılığının
bütün təfərrüatlarını
görmək üçün
məhz bu cür teatrallaşmış
"məhdudlaşma" lazım
idi. Belə də diqqət qəhrəmanlardan yayınmır,
doqvillilərin xeyirxah,
az qala
müqəddəs Qreysin
başına gətirdyi
hər cür vəhşiliklər lazımınca
işıqlandırılır və çatdırılırdı.
Həm də bu cür
teatrallaşdırılmış, şərtiləşdirilmiş şəhər məsələni
konkretləşdirmir, əksinə
ümumiləşdirirdi. Doqvil çox şəhərin obrazı
olurdu, Doqvil cəmiyyətin forması
olurdu...
Aliyə
Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 7.