Tovuz abidələrinin
qayğıya ehtiyacı
var
Tarixi-mədəni, arxeoloji abidələrimizin sayca
çox olduğu bölgələrdən biri də Tovuz
rayonudur. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 02 avqust
2001-ci il tarixli qərarına əsasən,
rayon ərazisində
64 abidənin olması
təsdiqlənib. Onlardan
18-i ölkə ( 2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi)
əhəmiyyətli olmaqla
dövlət tərəfindən
mühafizə edilir. Mədəniyyət və
Turizm Nazirliyinin Mədəni irs şöbəsi tərəfindən
aşağıdakı abidələrə
texniki baxış keçirilib.
Ölkə əhəmiyyətli
memarlıq abidələrindən olan Yanıqlı kənd məscidi
XVII əsrə məxsusdur. Dördbucaqlı formada, kərpicdən
inşa olunmuş bu məscid memalıq üslubuna görə
Gəncədəki Cümə məscidinə yaxındır.
Hazırda məscid qəza vəziyyətindədir.
Məscidin dam örtüyü tamamilə
çöküb, divarlarında
çatlar əmələ
gəlib. Yaxın vaxtlarda abidədə bərpa-möhkəmləndirmə
işləri aparılmazsa,
o, tamamilə dağıla bilər. Abidə yol qırağında yerləşdiyindən yoldan
axan yağış suları məscidin ətrafına yığılır
ki, bu da
abidənin dağılmasına
əsas səbəb olur. İlk növbədə abidə
ətrafında drenaj sistemi qurulmalı və yalnız bundan sonra abidədə
bərpa işləri
aparılmalıdır.
Ölkə əhəmiyyətli
memarlıq abidəsi olan Kirzan kəndindəki XII əsr məbədinin
bu gün yalnız qalıqları mövcuddur. Abidənin ətrafında
elmi-tədqiqat və konservasiya işlərinin aparılması
vacibdir.
Yerli əhəmiyyətli
memarlıq abidəsi olan ikimərtəbəli
yaşayış evi 1880-ci ilə aiddir. Yerli əhəng
daşından inşa olunmuş abidənin texniki vəziyyəti
qənaətbəxşdir.
XIX əsrə məxsus
suvurma qülləsi əhəng daşından inşa olunub. Abidənin dam örtüyü olmadığından
divalarında çatlar
əmələ gəlib.
Məlumat üçün bildiririk ki, abidə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Dəmir Yolu Baş İdarəsinin balansındadır. 4-5 il bundan əvvəl idarə tərəfindən
qüllənin sökülməsinə
başlanılıb, ancaq
müvafiq dövlət
qurumlarının müdaxiləsindən
sonra bu iş dayandırılıb.
Dam örtüyü də o vaxtdan
açıq qalıb.
Dam örtüyü tezliklə bərpa olunmasa, abidə tezliklə dağıla bilər.
Yerli əhəmiyyətli
memarlıq abidələrindən olan ikimərtəbəli,
XIX əsrə məxsus yaşayış evi və 1912-ci ildə
inşa olunmuş sement zavodunun binası da qəzalı vəziyyətdədir.
Çiy kərpicdən
inşa olunmuş yaşayış evinin bir hissəsi uçub, qalan hissəsi də uçmaq təhlükəsi
qarşısındadır. Qeyd edək ki, binanın nə memarlıq, nə də tarixi əhəmiyyəti olmadığından onun abidə kimi siyahıdan çıxarılması
təklif edilib.
Sement zavodunun binasına gəlincə, abidənin yalnız qülləsi qalıb. Tikilinin qalan hissəsi uçub. Elə bu səbəbdən
binanın yalnız qülləsinin abidə kimi qorunması təklif olunub.
Bundan əlavə, Tovuz
rayonunda bir sıra yeni aşkar olunmuş abidələr də
mövcuddur. Bayramlı kəndindəki çay
daşından və bişmiş kərpicdən inşa
olunmuş körpünün texniki vəziyyəti qaneedicidir.
Yerli əhəmiyyətli
memarlıq abidələrindən olan Qazqulu kəndindəki səkkizguşəli
türbələr, 1880-ci ildə tikilmiş dəmiryol
körpüsünün vəziyyəti qənaətbəxşdir.
Texniki baxışın
nəticəsi aşağıdakı abidələrdə bərpa
işlərinin aparılmasının vacib olduğunu diktə
edir: Ölkə əhəmiyyətli memarlıq abidəsi olan
XVII əsrdə inşa olunmuş Yanıqlı kənd məscidi,
yerli əhəmiyyətli memarlıq abidələri sayılan
Ağbulaq kəndinin yaxınlığındakı məbəd
və qala divarlarının qalıqları, Vahidli kənd qəbiristanlığındakı
məscid, Yuxarı Öysüzlü kəndindəki XIX əsr
türbələri, Yanıqlı kəndindəki 3 ədəd
türbələr kompleksi, Yuxarı Öysüzlü kəndindəki
Nəsib və Yusif bəylərin XIX əsrə məxsus
yaşayış evləri, Düz Qırıqlı kəndindəki
XIX əsr məscidi.
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 16.