Filmlərə baxış oldu
Qonaqlı-qaralı
Bakımızın bu həftəki qonaqları Mərakeş
kinematoqrafçıları oldu. 16-18 oktyabrda Mərakeşin mədəniyyəti
ilə tanış olduq.
Mərakeş filmlərinə
baxış keçirildi. Tədbiri kinorejissor Cəmil Quliyev açıq elan edərək, iştirakları
və media işçilərini filmə
baxmağa dəvət
etdi. Öncə “Baxış”, sonra isə “Susuzluq” filmlərinin təqdimatı
oldu.
“Baxış” filmi
gənc bir fotoqrafın müharibə
dövründə çəkdiyi
şəkillərin məsuliyyətini
daşıdığından, onun necə peşmançılıq və
nigarançılıq hissi
keçirdiyindən bəhs
edir. “Susuzluq” filmində
isə bir gəncin azadlıq uğrunda apardığı
mübarizədən söhbət
açılır. Maraqlı
süjet xətti olan bu filmləri
seyr etdikdən sonra təəssüratlarımızı
kinorejissor Cəmil Quliyevlə bölüşdük.
Öyrəndik ki, Mərakeş kinosu Afrika qitəsinin ən qədim kinematoqraflarından biridir.
«Onun yaranma tarixi 1897-ci ilə təsadüf edir. Orada ilk çəkilişlər
Lümer qardaşlarının
operatorları tərəfindən
çəkilib. Daha sonra isə xarici şirkətlər fəaliyyət göstərməyə
başlayıb. Orada yerli filmlər o qədər də çox çəkilmirdi. 1948-ci ildə
Mərakeşdə milli
kinematoqrafiya məktəbi
yarandı. “Susi” adlı studiya açıldı və ondan sonra milli
kinolar çəkməyə
başladılar.
Ümumiyyətlə, Mərakeş
kinematoqrafiyası öz çəkiliş meydanlarını əsasən
xarici ölkələrin kinostudiyalarına verir. Mərakeş təbiəti
çox zəngindir və orada müxtəlif
natura çəkilişləri
aparmaq olar. Xatırlatmaq istərdim ki, məşhur “Terminator”, “Kasablanka”, eyni zamanda “Mumiya”
filmləri Mərakeşdə
çəkilib.
“Ümumiyyətlə,
bizim tamaşaçı üçün Mərakeş filmləri
çox maraqlı olardı. Azərbaycan tamaşaçısının,
xüsusilə gənc
nəslin Mərakeş
filmlərindən xəbəri
yoxdur. Ona görə də müxtəlif ərəb
ölkələrinin kinematoqrafiyası
ilə tanış olmaq, onların nümayəndələrinin filmlərinə
baxmaq, məncə, məqsədəuyğun olardı
və belə tədbirləri alqışlayırıq”.
Ülkər RƏHMANQIZI
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 10.