Teatr kino
haqqında
II yazı
İstehza
Bu qədər
nüfuzetmələr varkən, kinoda teatra, onun akademizminə,
pafosuna istehzalar da tapmaq mümkündür. Məsələn, Kusturitsanın
«Underqraund» filmində
teatrla bağlı maraqlı bir epizod var. Bu
klassisizm dövrünün
pafosa bürünmüş
teatrından bir epizoddur. Filmin qəhrəmanlarından olan
aktrisa saxta, pafoslu ah-ufları
ilə bütün zalı ələ ala bilib. Onun
hər tərpənişinə
diqqət kəsilən
tamaşaçılar bir
anda başqa, həqiqi,əsl tamaşanın şahidi olacaqlar. Gözlənilmədən
səhnəyə aktrisanın
məşuqu Çornıy
ləqəbli silah alverçisi çıxacaq
və əlindəki tapança ilə doğruçu atəşlər
açacaq. Bu yerdə Çexovun teatrla bağlı söylədiyi bir ifadə yerini alacaq: «əgər tamaşanın əvvəlində
səhnədə tüfəng
asılıbsa o, sonda mütləq atəş açmalıdır».
Tamaşanı əvvəlkindən
heç də maraqsız olmayan doğruçu tamaşaya
çevirəndə vur-çatlasın başlayır.
Bu epizod teatrın sözügedən
saxta pafosuna, akademizminə, Antonen Artonun zəndeyi-zəhləsi gedən snobsayağı ədalarına
bir cavab olur. Çornıy ləqəbli qəhrəmanın
tamaşaya gəlmiş
alman zabiti ilə səhnədən zala «razborkası», həm də müəllifin teatrla kobud, məhəllə cayıllarısayağı «razborka»sı kimi yozulur…
Yerli film-tamaşalar!
İlk növbədə
teatrsevərlərə milli teatrımızın səhnəsindəki,
bu gün də oynanılan bir neçə tamaşanı
xatırlatmaq gərəkir. Bunlardan biri Dövlət Pantomima Teatrının illər öncə (təxminən
dörd il əvvəl) tamaşaya qoyduğu və bu gün də
teatrın repertuarında
olan «Kesa və Marito» tamaşası-(filmi)dir (rej. Bəxtiyar
Xanızadə). Elə
deyəsən, proqramda
da belə yazmışdılar - «film-tamaşa».
Akutqavanın mətninin
enerjisi təsvir, görüntü üzərində
qurulub. Ay, yapon evi. Uzun
qara saçlarını
darayan qadın. Ən xırda detallar seyr baxımından
çox əhəmiyyətlidir.
Zira, tamaşada, sən deyən, bir hadisə də baş vermir. Sadəcə Kesa bu ay
işığında gözəl,
çəkici, füsunkar
bir intizarla Maritonu gözləyir. Marito onu, başqasının
şərəfini tapdamağa,
bununla da onun özünü ləkələməyə vadar
edən qadını
- görüşdüyü qadını öldürməyə
gəlməlidir. Qəhrəmanlar
sonadək bir kəlmə də danışmırlar. Əhvalatı
kadrarxası, pardon, səhnəarxası bir səs danışır. Montaj yoxdur. Yaponsayağı çox uzun bir kadr
var. Samuray Marito əlində ay işığında parlayan qılıncla qadının başının
üstündədir. İşıqlar
sönür. Titrlər
enir(tamaşanın sonunda yapon heroqlifləri
ilə rejissorun, iştirakçıların adı
yazılmış parça
lövhələr enir).
Tamaşaçılar sanki
canlı bir filmə, hər tərəfdən, həm
də yaxından dəfələrlə artıq
zövqlə baxa biliblər…
Pantomima Teatrının
daha bir film tamaşası «Şərqə səyahət»
komediyasıdır. Bu
tamaşada yapon döyüş filmləri
parodiya olunur. Dublyaj, səslənmə,
rapid (yavaşıdılmış
sürətdə izlənən
hərəkətlər) kimi
kino elementləri incə, dostyana bir zarafatla istifadə
olunur. Burada həm də şişirtmə döyüş
filmlərinə yarızarafat,
yaıciddi sataşma var. Kino teatra istehza edə bilirsə, teatr da borclu qalmır…
Teatrda montaj
Daha bir kino-tamaşa bir
il əvvəl Teatr Xadimləri İttifaqının Gənclər
Studiyasının hazırladığı «Əli və
Nino»dur (rej. Elvin Mirzəyev, İmadəddin Həsənov).
Azərbaycanlı Əlinin
və gürcü Ninonun sevgisi... Bu sevgi
zərif təfərrüatları
ilə (məsələn,
bizim romanların üstündən nöqtələrlə
keçdiyi sevişmə
epizodları), sadə
bir dildə, yuxu danışırmış
kimi təsvir olunur. Roman yalnız oxucuya yazılmış sətirlərdən ibarət
deyil, suya, küləyə, özünə
danışılan yuxu
kimi bir əhvalatdır. Bəlkə,
daha kinovaridi... Nəinki teatral. Heç bir halda əsərin ictimai, geosiyasi ideya yükü öz ağırlığı
ilə əhvalatın
zərif təəssüratını
sıxa bilmir. Romanı oxuyanlar razılaşar ki, teatrçün «Əli və Nino»nun mümkün
quruluş formasının
vizual-virtual effektlərə
ehtiyacı var. Dedim axı, yuxu kimi bir əhvalatdır
«Əli və Nino»…
Səhnələri
epizodları bir-birinə sürətlə səhnənin bu
başından o başına hərəkət edə bilən
təkərli lövhələr calayır. Tamaşaya bir
fraqmentallıq gətirən, bu lövhələr əsl
montaj rolunu oynayır.
Bu yuxu kimi əhvalata,
kino kimi tamaşaya daha bir vizual effekt əlavə olunur -
proyeksiya. Və bu təkərli lövhələr, proyeksiya,
sürətlə dəyişən aktlar tamaşanın bədii
formasını mükəmməl həll edir.
Kino teatra kömək edir
Teatrlarımıza ayaq
açan ən son bədii-texniki ifadə vasitəsi olan
proyeksiyadan daha sonra «Afinalı Timon» və «Tənha səs»
tamaşalarında istifadə olunub. Afinalı
Timonda Timonun (Fuad Poladov) son, istehazalı gülüşünü
iri planda göstərmək üçün
arxa səhnədə
proyeksiya vasitəsilə
bu görüntü izlədilir. Sanki Timonun bu acı gülüşü
hər kəsə yönəlib. Bu təsvir
ən arxada, fon olduğundan hər kəsi əhatə edə bilir.
«İbrus»
teatrının səhnəsində oynanılan «Tənha səs»
(K.Şahmərdan) tamaşasında da eyni vizual
görüntü yaradılır. Burada əsas məqsəd
tamaşanın stixiyasını qorumaq, dar səhnədə
iztirab çəkən qəhrəmanın daxili əhvalını
daha uzaqlara ötürməkdir.
Teatrda kinonun elementləri
qismində görəcəklərimiz montaj, işıq və
səs effektlərində ola bilər. Bunu
təfərrüatlarına qədər «Yuğ» teatrının istənilən
tamaşasında görmək
olar. Bəzi tamaşalarda fləş, fotoaparat işığı
kimi durmadan yanıb sönən rəngli, ağ-qara işıqlar əsl kino təəssüratı
yaradır. Sanki hərəkət
ayrı-ayrı kadrlarda
dayanır. Burada da rapid effekti yaranır. Amma bu effekt yuxuvarilik
atmosferi ötürür.
Yuxuvariliksə kinoya aiddir.
Səs effektləri də işıqdan geri qalmır. Bəzən «Yuğ»un tamaşalarında məşhur
kinorejissorların filmlərində
olduğu kimi səs, musiqi, təsviri qabaqlayır.
Kino+teatr= kinoteatr
Dünya teatrı bədii-texniki
həll baxımından bunları çoxdan keçsə də,
sadalananlar hələ bizim üçün yeniliklərdir.
Əlbəttə, hər
bir sənətdə olduğu kimi, teatrda da uğur konkret
yaradıcı şəxslə bağlıdır. Amma bu həqiqət
də qəbul edilməlidir: Artıq XXI əsrdir. Texnika sürətlə inkişaf
edir. Bu texniki nailiyyətlərin içində
yaşayan tamaşaçını
köhnə texniki formalarla razı salmaq mümkün deyil.
Bu yerdə «şərait»
istəyən teatr adamlarına XX əsrin texniki imkanları ilə
göstərilmiş uğurlu tamaşaları misal gətirmək
düzgün deyil. Adama deyərlər ki, sən də get o tamaşaçıları yığ
gətir. O tamaşaçılar
ki, internet nədir bilmir. O tamaşaçılar
ki, mobil telefonu olmayıb. O tamaşaçıları ki,
idarəetmə pultuna
əlləri dəyməmişdi…
Dünyada teatrın
texniki imkanları o qədər böyükdür ki, onlar
vizual-virtual janrların inkişafından nəinki narahat deyillər,
məmnuniyyətlə hər şeydən istifadə etməyə
çalışırlar. Bizəsə
yetər ki, teatrda proyeksiya lövhəsi gördükdə
kinoteatr nostaljisini yaşamayaq…
Aliyə
Mədəniyyət.- 2009.- 21 oktyabr.- S. 5.