TÜRKSOY Daimi Şurasının
26-cı toplantısı keçirildi
Ötən həftə Azərbaycan daha bir mədəni tədbirə ev
sahibliyi etdi. Oktyabrın 16-17-si tarixlərində
“Qafqaz Point” hotelində
“Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009» çərçivəsində TÜRKSOY Daimi Şurasının
26-cı toplantısı keçirildi.
Əvvəlcə tədbirdə iştirak etmək üçün Bakıya gələn
TÜRKSOY-un baş direktoru
Düsen Kaseinov, Azərbaycan mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
və digər iştirakçılarla birlikdə
Heydər Əliyevin abidəsinin qarşısına
əklil qoydu. Daha sonra toplantı
iştirakçıları Şəhidlər Xiyabanını
ziyarət etdilər.
Açılış mərasimində Azərbaycan
Prezidenti İlham Əliyevin təbrik məktubu oxundu.
Tədbirdə türkdilli ölkələrin
mədəniyyət nazirlərinin
Daimi Şurasının
müvəqqəti koordinatoru,
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş
direktoru Düsen Kaseinov və təşkilata üzv dövlətlərin mədəniyyət
nazirləri iştirak
edirdi.
Toplantını giriş nitqi ilə açan TÜRKSOY Daimi Şurasının müvəqqəti
koordinatoru Əbülfəs
Qarayev Bakıda keçirilən toplantıya
təşrif buyuranlara
təşəkkürünü bildirdi: “TÜRKSOY Daimi Şurasının növbəti
XXVI toplantısı Bakı
şəhərində keçirilir.
Beynəlxalq təşkilat
olan TÜRKSOY Avrasiyanın
türkdilli arealı çərçivəsində milli dil, tarix,
mənəvi irs və müasir mədəniyyət
və incəsənət
yaxınlığı ilə
birləşən ölkə
və xalqların
regional mədəni əməkdaşlığını
həyata keçirir.
Qurumun əsası 1992-ci ilin yazında İstanbul şəhərində türkdilli
dövlətlərin mədəniyyət
nazirlərinin birinci görüşündə qoyulub.
Təşkilatın strukturu, idarəetmə
orqanlarının və
fəaliyyət mexanizmlərinin
formalaşmasında 1992-ci ilin
dekabrında Bakıda
keçirilmiş ikinci
toplantısının böyük
əhəmiyyəti oldu.
İki gün keçiriləcək tədbirdə
təşkilatın fəaliyyəti,
maliyyə durumu, hüquqi sənədlərə
düzəlişlər və
əlavələr, eləcə
də TÜRKSOY-un 2010-cu il
üçün fəaliyyət
Proqramının müzakirəsi
və təsdiqi kimi məsələlər
müzakirə olunacaq”.
Nazir bu görüşün
TÜRKSOY Daimi Şurasının
sayca Bakıda keçirilən 5-ci toplantısı
olduğunu vurğuladı:
“TÜRKSOY-un yaradılması və fəaliyyət prinsipləri haqqında müqavilə 12 iyul
1993-cü ildə Almatı
şəhərində (Qazaxıstan)
altı təsisçi
dövlət və təşkilatın daimi üzvləri - Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Türkiyə
və Özbəkistan
tərəfindən imzalanıb.
Daha sonra TÜRKSOY haqqında müqaviləyə
müşahidəçi dövlət
qismində Tatarıstan,
Başqırdıstan, Şimali
Kipr Türk Respublikası, Rusiya Federasiyası tərkibində
olan Tuva Respublikası, Xakasiya Respublikası, Altay Respublikası
və Saxa-Yakutiya Respublikası və Moldova
Respublikası tərkibindəki
Qaqauz Yeri qoşulub”.
Novruz bayramı Avropada qeyd ediləcək
Toplantı zamanı Düsen Kaseinov maraqlı fikirlə çıxış etdi:
“30 sentyabr 2009-cu ildə
Novruz bayramı
YUNESKO-nun Qeyri-Maddi İrs
siyahısına daxil edilib. Bununla əlaqədar 2010-cu ildə TÜRKSOY Novruz bayramını Parisdə,
YUNESKO-nun qərargahında qeyd etməyi planlaşdırır.
Tədbirdə vurğulandı ki, Bakıda keçirilən
İslam Konfransı Təşkilatına üzv
dövlətlərin Mədəniyyət
Nazirlərinin VI Konfransı
çərçivəsində İSESKO
ilə TÜRKSOY arasında
əlaqələrin qurulması
və genişləndirilməsi
məsələləri müzakirə
edildi.
Əbülfəs Qarayev qeyd
etdi ki, qarşıdakı illərdə
TÜRKSOY-un fəaliyyəti daha da genişləndiriləcək
və “Şərq-Qərb”
Bakı beynəlxalq kinofestivalı çərçivəsində
türkdilli ölkələrdə
çəkilmiş filimlər
də nümayiş etdiriləcək.
Sonra Düsen Kaseinov qurumun türk xalqlarının daha da yaxınlaşması
istiqamətində həyata
keçirdiyi tədbirlər
barədə ətraflı
məlumat verdi.
Tədbirdə vurğulandı ki, dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin “Koroğlu”
operası artıq 5 ölkədə böyük
uğurla nümayiş
etdirilib. 6 ölkədən
250 incəsənət ustasının
iştirakı və
TÜRKSOY-un dəstəyi ilə
həyata keçirilən
bu mədəniyyət
layihəsi müştərək
türk mədəni irsinin təbliği, gələcək nəsillərə
çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Türk dünyasının
ən böyük operalarından olan “Koroğlu”nun türk xalqlarının teatr səhnəsində oynanılması
bu xalqların mədəni həyatında
böyük hadisədir.
Azərbaycan Prezidenti İlham
Əliyevin TÜRKSOY-un fəaliyyətinin
genişlənməsi istiqamətində
göstərdiyi təşəbbüsləri
yüksək qiymətləndirən
baş direktor vurğuladı ki, yaxın vaxtlarda qurumun akademiyası yaradılacaq.
Açılış mərasimində çıxış edən
Türkiyənin mədəniyyət
və turizm nazirinin müavini Kamal Fair Gənc, Qazaxıstanın mədəniyyət
və informasiya naziri Janna Kurmanqaliyeva , Qırğızıstan, Tatarıstan,
Başqırdıstan, Qaqauz
Yeri və digər ölkələrdən
gəlmiş nümayəndələr
toplantının işinə
uğurlar arzuladılar.
Sonra toplantı işci qrupunun iclası ilə davam etdirildi.
“Rəssamların görüşməsi”
Elə həmin gün Muzey Mərkəzinin sərgi qalereyasında TÜRKSOY-un təşkilatçılığı
ilə türkdilli ölkələrin rəssam
və fotoqraflarının
sərgisi açıldı.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev mərasimi açaraq bildirdi ki, paytaxtımızda “Bakı İslam mədəniyyətinin paytaxtı
- 2009” mədəniyyət ili çərçivəsində
növbəti mühüm
tədbir keçirilir.
Türkdilli ölkələrin mənəvi yaxınlaşmasına
xidmət edən belə sərginin təşkili bu dəfə paytaxtımıza
nəsib oldu.
Azərbaycan artıq 15 ildən artıqdır ki, TÜRKSOY-un üzvüdür. Bu yaxınlarda
Prezident İlham Əliyevin türkdilli ölkə rəhbərlərinin
Naxçıvan şəhərində
keçirilən zirvə
görüşündə türk xalqlarının mədəniyyət sahəsində
əməkdaşlığın, dostluğun, qardaşlığın
inkişafında TÜRKSOY-un xidmətlərini yüksək
qiymətləndirib.
“Rəssamların
görüşməsi” adlanan
bu sərgidə
TÜRKSOY–a üzv olan
ölkələrdən 16 rəssamın
32 əsəri, həmçinin
foto ustalarının
67 işi nümayiş
etdirilirdi.
Rəsm sərgisində qalib gəlmiş Qazaxıstan təmsilçisi
mükafatlandırıldı, Kazan şəhərində keçirilən
VIII Açıq Kazan Fotomüsabiqəsində
“Harmoniya” işinə
görə, “Mənzərə”
nominasiyasında 3-ü yerə
layiq görülmüş
həmyerlimiz Əqdəs
Bağırzadəyə diplom
təqdim olundu.
Bakı Bəyannaməsi
TÜRKSOY
daimi şurasının
26-cı toplantısına oktyabrın
17-də yekun vuruldu.
TÜRKSOY
Daimi Şurasının
müvəqqəti əlaqələndiricisi,
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu gündən
etibarən qurumun fəaliyyət dairəsi genişlənəcək və
təşkilat beynəlxalq
status daşıyacaq. Bu səbəbdən
də qurum Türk Mədəniyyəti
Beynəlxalq Təşkilatı
adlanacaq. Beynəlxalq qanun
və nizamnamələrə
uyğun fəaliyyət
göstərəcək təşkilatın
baş direktoru isə baş katib statusunu yerinə yetirəcək.
Bundan başqa təşkilatın
beynəlxalq qurumlar tərəfindən tanınması
və əlaqələrinin
genişləndirilməsi üçün
ardıcıl addımlar
atılacaq.
Nazir vurğuladı ki, bu dəyişikliklər
Naxçıvan şəhərində
keçirilən türkdilli
ölkələrin dövlət
başçılarının IX zirvə görüşü
zamanı nəzərdə
tutulmuş məsələlərin
bir növ davamıdır.
Bildirildi ki, iki
gün davam edən toplantıda ötən müddət ərzində təşkilatın
fəaliyyəti təhlil
edilib, TÜRKSOY-un hüquqi
sənədlərinə düzəlişlər
və əlavələr
olunub, eləcə də qurumun 2010-cu il üçün
fəaliyyət proqramının
müzakirəsi aparılıb.
Toplantıda türk mədəni irsinin qorunması və inkişaf etdirilməsi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi,
türkdilli xalqların
tarixi-mədəni əlaqələrinin
gücləndirilməsi, ikitərəfli
və çoxtərəfli
əməkdaşlığın genişləndirilməsinin vacibliyi
və digər bu kimi məsələlər
müzakirə edilib.
TÜRKSOY-un baş direktoru Düsen Kaseinov qurumun türk xalqlarının daha da yaxınlaşması istiqamətində həyata
keçirdiyi tədbirlər
barədə ətraflı
məlumat verdi
və Bakıda yekunlaşan toplantının
əhəmiyyətindən danışdı.
Qurumun növbəti toplantısı 2010-cu il mayın 6-8-də Moldovanın tərkibinə
daxil olan Qaqauz Yeri Muxtar
Respublikasında təşkil
ediləcək. TÜRKSOY Daimi Şurasının müvəqqəti əlaqələndiricisi
vəzifəsini isə
muxtar bölgənin mədəniyyət naziri
Dmitri Kambur daşıyacaq.
Sonra TÜRKSOY Daimi Şurasının 26-cı toplantısının
yekun sənədi - Bakı Bəyannaməsi imzalandı.
Sənəddə Azərbaycanın təklifi nəzərə
alınaraq, TÜRKSOY–un təşkilatçılığı
ilə “Ümumtürk
mədəniyyətinin inkişafı
strategiyası”nın hazırlanması,
dünya sivilizasiyasının
inkişafına əhəmiyyətli
töhfə vermiş
zəngin türk mədəni irsinin qorunması və dəstəklənməsi üzrə
TÜRKSOY Fondunun yaradılması,
qurumun Avropa Şurası, İSESKO və
bir sıra digər beynəlxalq təşkilatlarla əməkdaşlıq
qurması öz əksini tapdı. Sənəddə, həmçinin Ermənistan tərəfindən
işğal edilmiş
Dağlıq Qarabağ
və ətraf rayonlarda türk mədəni irsinin məhv edilməsinin pislənilməsi ilə bağlı məsələlər
də yer alıb. Bəyannamədə TÜRKSOY-un Avropa Şurasının “Sənətçilər
dialoq naminə” layihəsində iştirak
etməkdə maraqlı
olduğu da qeyd edildi.
Mehparə
Mədəniyyət.
- 2009.- 21 oktyabr.- S. 4.