Kulinariya günü
qeyd edildi
20 oktyabr Azərbaycanda
Beynəlxalq Kulinariya Günü
kimi tanınır. Artıq üçüncü dəfədir ki, ölkəmizdə bu gün təntənəli şəkildə qeyd olunur. Beynəlxalq Kulinariya günü
münasibətilə, 12 saylı Bakı Peşə Liseyində
tədbir keçirildi. Tədbiri
açıq elan edən liseyin
direktoru Şərif Hacıyev qonaqları
salamlayaraq ilk sözü Milli Kulinariya Mərkəzinin icraçı direktoru Nailə Muradovaya verdi. Nailə xanım son
3 ildə görülən işlərdən,
qazanılmış uğurlardan söhbət
açdı. Daha sonra
qonaqlara söz verdi.
Tədbir
haqqında Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayevin fikirlərini öyrəndik. O, bildirdi
ki, belə tədbirlərin keçirilməsi
vacibdir: “Gənc nəsil milli
kulinariyamızın sirlərinə bələd olur, gələcəkdə ölkəmizin
hüdudlarından kənarda xalqımızı layiqincə təmsil
etmək imkanı qazanır. Mədəniyyət və Turizm Nazirliyi olaraq bundan sonra
da belə tədbirlərin keçirilməsi
üçün əlimizdən gələni
edəcəyik”.
Tədbirdə Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov
da iştirak edirdi. Onun sözlərinə
görə, bu gün
kulinariya sahəsində
çalışan insanların əlamətdar günüdür. Həmçinin də təhsil
sektoru üçün
məxsusi gündür. Çünki
bu tədbirdə şagird
və müəllimlər öz
hazırladıqları məhsulları nümayiş
etdirir, digərlərindən nə isə
öyrənmək imkanı qazanırlar. Bu
peşə təhsilinin yüksəlməsinə xidmət edən
və bu sahəyə marağın
artmasına səbəb olan bir aksiyadır.
Ülkər
RƏHMANQIZI
Mədəniyyət. - 2009.- 21 oktyabr.- S. 3.