“...O, Naxçıvandır”
Rayonda mədəniyyətin uğurları və
nailiyyətləri
Babək
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Naxçıvan
MR-in əməkdar mədəniyyət işçisi Aybəniz
Babayevanın yaxşı işinin nəticəsidir ki, şöbənin keçirdiyi
maraqlı mədəni-kütləvi tədbirlər, təkcə
rayonda deyil, eləcə də muxtar respublika ərazisində
geniş tamaşaçı kütləsinin marağına səbəb olmuşdur.
1973-cü
ildə Babək Rayon Uşaq Musiqi Məktəbində fortepiano müəlliməsi
kimi fəaliyyətə başlayan Aybəniz xanım 1978-ci ildə həmin
məktəbin müdiri vəzifəsinə seçki yolu ilə
seçilmişdir. O, neçə illərdir ki, rayon mədəniyyət
və turizm şöbəsinə
rəhbərlik edir.
İşgüzarlığı, bacarığı, qabiliyyəti və təşəbbüsü ilə böyük hörmət qazanan A.Babayev dəfələrlə,
Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin eləcə də
rayon rəhbərliyinin
təşəkkürlərinə və fəxri fərmanlarına
layiq görülüb. Onun rəhbərliyi sayəsində rayon mədəniyyət və turizm şöbəsinin nəzdində
yaradılmış dram dərnəyi
gördüyü işin bəhrələrindən biridir.
Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin, Babək Rayon İcra Hakimiyyəti rəhbərliyinin
və rayon Mədəniyyət
və Turizm Şöbəsinin birgə keçirdiyi tədbir çox maraqlı və yaddaqalan olmuşdur. Dram dərnəyi
səhnəyə ilk addımlarını
Braziliya yazıçısı və dramaturqu
Qilyermo Figeredunun «Ezop» tamaşası ilə açdı. Tamaşanın əsas ideyası azad eşqdir. Bu
azadlıq isə Ezopun simasında
ümumiləşdirilmişdir. Ezop, şagird,
filosofdur, ancaq quldur. Özünü filosof,
kütbeyin, əfəl, araq
düşkünü adlandıran Ksanf tərəfindən alınmış bir quldur.
Ezop qul olmaqla yanaşı, müdarizdir, öz hüquqlarını tələb edir, azadlıq uğrunda
mübarizə aparır. O, azadlığı yalnız haqq-ədalətin qələbəsi
ilə əldə edir. Və
nəhayət Ezop 3 pərdəli tamaşanın son səhnəsində azad bir insan kimi
haqq səsini qaldırır. Onun çağırışına səs verən qulların qollarından sivrilib atılan zəncirlər tamaşanın ən maraqlı yeri və kulminasiya
nöqtəsidir.
Əsər öz
dövrünün üzgünlüklərini, eybəcərliklərini
xarakterizə edir. Tamaşadakı
Ezop surətini gənc Firdovsi
Səfərov gözəl
ifa etmişdi. Özünün peşəkar aktyorluğu və istedadı ilə hamının
diqqətini cəlb etmişdi. Tamaşanın
quruluşçu rejissoru, eləcə də Ksanf surətinin ifaçısı Yusif Əliyev
və Kleya rolunun ifaçısı Çinarə
Feyzullayevanın çıxışları alqışlarla qarşılandı. Tamaşanın quruluşçu
rəssamı Əli Səfərli,
bəstəkar Şəmsəddin Qasımov olmuşdur.
Tarixin alınmaz
qalası - Sədərək
Oğuz
türk elinin yurd yeri Azərbaycanın alınmaz torpağı olan qəhrəman
Sədərək qalası ulu tarixin neçə-neçə savaşlarının,
döyüş meydanlarının istinadgahı olub. Tarixin enişli-yoxuşlu yollarında
saysız-hesabsız şəhidlər vermiş oğuz türk eli düşmənə heç
vaxt əyilməmiş, mərdlik, şücaət göstərərək,
hər qarış torpaq uğrunda qəhrəmanlıq salnaməsi yazmışdı.
Azərbaycanın
cənub qurtaracağı olan Sədərək rayonu 1990-cı ilin
avqustunda yaradılmışdır. Cənub-qərbdən 11 kilometr
Türkiyə ilə, şimal-qərbdən 24 kilometr məsafədə Ermənistanla həmsərhəddir. Ərazisi
151,34 kvadratkilometrdir.
1990-1993-cü
illərdə erməni-rus silahlı qruplaşması Sədərək üzərinə
14 dəfə güclü hücum etmiş, lakin hər dəfə düşmən
geri oturdulmuşdur. Lakin bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-20-də
rayonun Kərki kəndi ermənilər tərəfindən
işğal olunmuşdur.
Son
illər ərzində rayon ərazisində arxeoloji qazıntılar nəticəsində
Eneolit, Tunc dövrlərinə, antik və orta əsrlərə
aid yaşayış yerləri və qəbir abidələri aşkar edilərək
öyrənilmişdir. Rayonun cənubunda eradan əvvəl
IV-III minilliyə aid yaşayış
yeri aşkar edilmişdir. Ərazidə Əjdahan, Cin Təndiri, Cəhənnəmdərə, Şir arxı, Dəhnə, Fərhad arxı, Kültəpə,
Ağoğlan, Karvansara və sair tarixi
yerlər mövcuddur. Sədərək qalasının
izləri bu günədək
qalmaqdadır. Rayon ərazisindəki
tarixi-memarlıq abidələrindən
3 məscid, orta əsrlərə
aid qala xarabalığı, müdafiə
istehkamı, Karvansara, Ağoğlan
piri, XIX-XX əsrin əvvəllərində
tikilmiş hamam binası mühafizə olunur.
Ağoğlan türbəsi
- rayonda yerləşən
ziyarətgahlardan biridir.
Yerli əhalidən
aldığımız məlumata görə, türbə seyid Pərinin qəbiri üzərində
tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə
vardır. Əfsanəyə görə Ağoğlan bədniyyətli dərvişi
öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin
etmişdir.
Əjdahan
mağarası - Sədərək kəndindən şimalda qayalığın içərisində
arxeoloji abidə. Mağaranın uzunluğu 12 metr, eni 5 metrdir.
Araşdırmalar
nəticəsində mağaranın girişindən erkən orta əsrlərə
aid keramika məmulatı aşkar edilmişdir. Yaşayış yerini III-VIII əsrlərə
aid etmək olar.
Fərhad
arxı - Sədərək rayonunun Sədərək qalasının yerləşdiyi
dağın şimal, cənub və qərb ətəyi boyunca uzanan
arxeoloji abidə.
Su
arxının möhkəmliyini təmin etmək üçün iri daş bloklardan dəstək
divarı hörülmüşdür. Divarın bəzi qismləri
Dəmir dövrü üçün xarakterik olan rizalitlərlə möhkəmləndirilmişdir. Fəhrad
arxını eramızdan əvvəl I minnilliyə aid
edirlər.
Sədərək
qalası - rayon ərazisində yerləşən Vəlidağın cənub-qərb
silsiləsi üzərində Son Tunc və İlk Dəmir dövrünə
aid arxeoloji abidə. Hələ qədim zamanlarda Anadolu-Sədərək-Naxçıvan istiqamətindəki
qədim karvan-ticarət yolu buradan yaxşı müşahidə olunur və nəzarətdə saxlanılırdı. Burada
qalaya çıxmaq üçün bütün keçidlərin
qarşısını kəsən 2,5 metr enində sikloptipli möhtəşəm
müdafiə səddi vardır. Səddin giriş qapısının eni 5 metrdir. Qala divarı boyunca
bir neçə yerdə daş tikinti qalıqları
və mədəni təbəqə vardır. Qala
- şəhərin müdafiə sistemi
qədim Naxçıvanın
qalatikmə memarlığı üçün səciyyəvi
üslubda inşa edilmişdir. Sərgi Anadolu və Şərur ərazisində yaranmış güclü tayfa ittifaqları, dövlət
qurumları arasında siyasi münasibətlərin
gərginləşməsi ilə əlaqədar
olan təhlükələrin
qarşısını almaq məqsədi ilə
salınmış Sədərək qalası Naxçıvan diyarının siyasi
tarixində mühüm
rol oynamışdır.
Hüseyn Əliyev
Mədəniyyət.- 2009.- 2 sentyabr.- S.
4.