Mədəniyyət və Turizm Nazirliyinin müşavirəsi keçirildi

 

Bu dəfə şəhər rayon uşaq musiqi, incəsənət rəssamlıq məktəblərinin işi müzakirə olundu

 

Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mədəniyyət turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə respublikanın şəhər rayon uşaq musiqi, incəsənət rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçirildi. Toplantıda 2008-2009-cu tədris ilinin yekunları yeni tədris ilində respublikanın uşaq musiqi, incəsənət rəssamlıq məktəblərinin qarşısında duran vəzifələr müzakirə edildi. Müşavirədə çıxış edən mədəniyyət turizm naziri respublikada fəaliyyət göstərən musiqi, incəsənət rəssamlıq məktəblərindəki mövcud vəziyyətdən danışdı: “Sözsüz ki, bu sahədə aparılan islahatlar respublikada fəaliyyət göstərən musiqi, incəsənət rəssamlıq məktəblərinin fəaliyyətində müsbət dəyişiklər edib. Keçən il Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycanda musiqi təhsilinin inkişafı ilə bağlı dövlət proqramı təsdiq olunmuşdu. Bu gün sözügedən sahədə aparılan işləri müzakirə etmək istərdik. Real olaraq nöqsanlarımızı görmək, gələcəkdə istər Bakıda, istərsə respublikanın bölgələrində musiqi təhsilinin yaxşılaşdırılmasına, tədris olunan fənlərin coğrafiyasının genişləndirilməsinə dair müxtəlif tövsiyələr vermək istəyirik».

«Ancaq çoxsaylı cəhdlərə baxmayaraq bəzi problemlər hələ öz həllini tapmayıb», deyən nazir bildirdi ki, ən əsas problem kadr sahəsindəki çatışmazlıqdır. Ə.Qarayev onu da bildirdi ki, bu gün respublikada ümumilikdə bu tipli 235 məktəb fəaliyyət göstərir. Onların böyük əksəriyyəti musiqi məktəbləridir. Bu gün həmin məktəblərdən 207-si keçirilən tədbirdə təmsil olunur: “Problemlərin həllini, eyni zamanda yol verilən nöqsanları bu gün hamınızla birgə müzakirə edəcəyik. Son illər bu sahədə dövlət büdcəsindən yetəri qədər vəsait ayrılır bu işin yaxşı getməsi üçün lazımi tədbirlər görülür. Ancaq çox təəssüflər olsun ki, bəzən bu cəhdlərimiz boşa gedir”. Nazir onu da bildirdi ki, ki, paytaxtda təmir olunan 5 musiqi məktəbində artıq bərpa işləri bitib, iki musiqi məktəbində isə hazırda davam edir.

Mədəniyyət Turizm Nazirliyinin tədris şöbəsinin rəhbəri Yaşar Əliyev məruzə ilə çıxış etdi. Y.Əliyev nazirliyin gənc nəslin estetik intellektual tərbiyələnməsinə yeni istedadların aşkar olunmasına yönələn fəaliyyəti haqqında danışdı.

 

 

Mehparə

 

Mədəniyyət.- 2009.- 2 sentyabr.- S. 3.