Azərbaycan kitabları Koreya
kitabxanalarında
Azərbaycan Respublikasının
Cənubi Koreya Respublikasındakı səfirliyinin
təşəbbüsü ilə
qarşılıqlı razılaşma əsasında Asiya ölkələri arasında reytinq cədvəlinə görə dördüncü, Cənubi Koreya Respublikasında birinci yerdə olan Seul Milli Universitetinin
kitabxanasında Azərbaycanın
xarici və daxili siyasətini, iqtisadiyyatını, mədəniyyətini,
turizm imkanlarını və digər sahələri əks etdirən materiallardan ibarət “Azərbaycan-Land
of Fire” adlı bölmə açılıb.
Hazırda universitet kitabxanasında Azərbaycan bölməsi ilə yanaşı, yalnız ABŞ səfirliyi tərəfindən yaradılmış
“Windows on
Heydər Əliyevin
siyasi həyat yolunu əks etdirən kitablar, ingilis və Azərbaycan dillərində
Ermənistan - Azərbaycan-
Dağlıq Qarabağ problemi, 20 Yanvar və Xocalı faciələri, Azərbaycanın
tarixi, mədəniyyəti,
incəsənəti və
ədəbiyyatına dair
kitab, jurnal, qəzet və təbliğat xarakterli digər materiallar Cənubi Koreya Respublikasının Parlament Kitabxanası, Xarici İşlər və Ticarət Nazirliyi, Xarici İşlər və Milli Təhlükəsizlik
İnstitutu, Koreya Sülh İnstitutu və İpək Yolu Fondu da
daxil olmaqla, ölkənin iyirmidən çox əsas universitet
və tədqiqat institutlarının kitabxanalarında yerləşdirilib.
Mədəniyyət.- 2009.- 2 sentyabr.- S. 2.