Yazan və
yazılan tarix
Onu
sadəcə belə adlandırırdıq: İlham müəllim. Qazandığı (ona verilən deməzdim) saysız-hesabsız ödülləri bilsək də,
universitet tələbələrinin
öz müəllimlərinə “doktor”,
“professor” deyə
müraciətinə şahid olsaq
da, o bizim
üçün sadəcə, İlham
müəllimiydi. Hərəni (iyirmi iki nəfərlik qrupu) öz dilində
danışdıran, hər qələmin özünəməxsus incəliyini elə
ilk gündən göydə tutan İlham Rəhimli.
Universitetə
qəbul olunmağım evdəkiləri nə qədər sevindirsə
də, mənim gələcəkdə bir teatrşünas kimi nə
işlə məşğul olacağım qaranlıq qalırdı. Bütün günümü teatrlarda
keçirəcəyim, hətta səhnəyə çıxacağım barədəki
söhbətlər öz tərəddüdləri
ilə valideynlərimi narahat
edirdi (səhnə işini ən asan
və qeyri-müəyyən mentalitetdən uzaq
sayanları). Amma heç gözləmədiyim
halda yaxınlardan bir nəfər qucağıuşaqlı gəlin
“sənin də sənətin İlham Rəhimlininkindəndir də”-
deyə söhbətə qarışdı. “Bacı, vallah o həmişə efirdə də
elə maraqlı söhbətlər edir ki, adam dinləməkdən
doymur”. Sanki elə o andan
azsavadlı bu qadının yerində etdiyi müdaxiləylə də mənim bundan sonra gedəcəyim yol müəyyənləşdi, dörd
illik tələbə
həyatımın möhürü vuruldu. Tale bizi
Mədəniyyət və
İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə, professor
İlham Rəhimlinin kursuna gətirdi. Bizə bələd olmaq, beş barmağı
kimi tanımaq üçün bu sənət
bilicisinə cəmi bir-iki
ay kifayət etdi. Bu gün
bizlərdən əli qələm tutan hər kəs İlham müəllimə minnətdar olmalıdır. O, bizi
istər dramaturji, istərsə
də birbaşa səhnə
materiallarından yazmağa sövq edirdi. Hər bir tələbənin həvəslə yazması (axı eləsi vardı ki, bu ixtisasa
təsadüfən, könülsüz bağlanmışdı), məxsusi
dəst-xəttini formalaşdırması müəllimimizin uğuruydu.
Hər dəfə yeni bir əsər
üzərində qurduğumuz ədəbi
mühakimələr, öz mübahisələri, yeni-yeni yozumları ilə dilimizi,
qələmimizi və
məntiqimizi püxtələşdirirdi.
Mən
bu gün əslində İlham müəllimin necə təcrübəli bir
müəllim olduğunu vurğulamaq istəməzdim. Bununla universitetdə, teatrlarda, ekranda onu izləyərək, kitablarını mütaliə edərək
tanıyanlara təzə heç nə
demirəm. Sadəcə, onun
sözün əsl mənasında
hər bir tələbəsinə
arxa durduğunu, ərklə tənbeh etdiyini, problemi olanda əlindən gələni əsirgəmədiyini,
auditoriyada ilıq, doğma
ailə münasibəti formalaşdırdığını yazmaya, qeyd etməyə bilmərəm.
Mən desəm də, deməsəm də hər
kəsə (istər teatral, istərsə də sadə
cəmiyyətə) gün kimi
aydındır ki, İlham Rəhimli Azərbaycan
teatrının dünənini, bu gününü
son nöqtəsinəcən bilən, sabahını
açıq-aşkar proqnozlaşdıran yeganə şəxsiyyətdir. Heç çəkinmədən deyə
bilərəm ki, teatr
salnaməmizin ən incə detallarını belə
onun qədər mənimsəyən,
bu yöndə İlham müəllimlə güc tuta biləcək ikinci bir xadim
görmürəm. İlham müəllim
Azərbaycan teatr ailəsinin hər bir övladını qələmi
ilə, tutarlı, məntiqi fikirləriylə oxşayaraq
xarakterizə edib, keçmişi bu gün
qədər işıqlandırıb. Hər zaman
o tarixə müraciət
edib, ondan silsilə yazılar yazıb, bu gün isə mən - öz sevimli müəllimindən
həmişə qayğı, ata mehribançılığı
görən bir məzun, İlham Rəhimlini bir tarix olaraq qələmə
almaq istəyirəm.
İlham
Rəhimli sözünü cəsarətlə, qətiyyətlə və
eyni zamanda da məsuliyyətlə deməyi, hətta bəzən
sözü silah kimi işlətməyi bacaran bir ziyalıdır. Gördüyü işlərin
qədir-qiyməti hələ
bəlkə də çox sonralar
bilinəcək, çəkdiyi zəhmətin ağırlığı, mahiyyəti
lazımınca dəyərləndiriləcək bir
elm adamıdır. Sənətşünasların belə
qibtə etdiyi (dəfələrlə
şahidi olmuşuq) zehnə,
zəkaya, nitq qabiliyyətinə,
dünyagörüşünə malik olması
onun yoluna daim işıq salır. Araşdırdığı hər faktı yüzlərcə ölçüb-biçəndən,
bütün mənbələrlə
tutuşdurub sonda ortaq məxrəcə gəldiyindəndir
ki, altında İlham Rəhimli imzası olan hər yazı, hər məqalə, hər kitab möhürlü, qüsursuz, təkrarsız və bənzərsizdir.
Bu gün teatral
mövzuda hər hansı elmi iş
işləyənlər üçün
İlham Rəhimlinin
silsilə araşdırmaları həm şans, həm də tükənməz
bir bazadır.
İlham müəllim,
düz beş
ildir ki, universiteti bitirmişəm. Amma hər dəfə bu binanın qarşısından
keçərkən “kaş, bircə dəfə İlham müəllimlə rastlaşaydım” cümləsini qəlbimdən keçirmişəm.
Hər dəfə də içəri keçməyə utanmışam, sizin vaxtınızı alacağımdan, dərsinizə mane olacağımdan
çəkinmişəm. Amma unutmamışam
ki, sentyabrın 8-i sizin altmış yaşınız
tamam olur. Və hardasa inanmağım da gəlmir bu yubileyin gerçəkliyinə.
Körpə balalarım bütün asudə zamanımı mənimsələr
də, nə vaxt efirdə sizin
Birdən
görürsən, istənilən bir nəğməni elə səlis,
elə emosional şəkildə təhlil və təhqiq edir ki,
heç uzun illərini musiqişünas adına qurban verən çoxları bunu
bacarmır. İlham Rəhimli qələmi ilə tarix yaza-yaza özü də
tarixiləşib, Azərbaycan teatrının ayaqda durma səbəbindən,
sütunundan birinə çevrilib.
Allah sizi Azərbaycan incəsənətinə çox
görməsin, İlham müəllim. Yubileyiniz mübarək. Sizi illərcə
üzünü görə bilmədiyim qrup yoldaşlarım adından təbrik edirəm. Qələminiz iti, yazınız kəsərli olsun. Sizdən hələ çox şeylər gözləyən mədəni ictimaiyyəti
öz yeni-yeni elmi-mədəni tapıntılarınızla
sevindirin. Dərin
hörmət və ehtiramla:
Samirə Rüstəmova
Mədəniyyət.- 2009.- 4 sentyabr.- S.
5.