Bitməyən polifoniya

 

Ən əvvəl o, - «Leyli və Məcnun»un müəllifi - nəinki bizdə, bütün Şərqdə ilk operanın banisi kimi yad ediləcək. Dahiyanə bir istedadla, qədim ənənələri olan, əsrlərdən-əsrlərə ötürülən milli musiqimiz, muğamımız, onun qələmində yeni janrda monumental əzəmətlə «dirildi». Ardınca bir-birindən möhtəşəm operalar yazdı ki, feyzindən, hüsnündən doymaq çətin. Və əbədən də «millətlər içində millət olmağımıza» qürrələnmək asan. Operettalar yazdı, baxdıq, sevdik, feyziyab olduq, kinokomediyalar çəkib dünyaya göstərdik və dünyadan görsənək. Felyetonlar yazdı ki, zar-zar ağlamalıykən acı-acı gülək. Məqalələr yazdı ki, elmdən, dünyadan xəbərdar olaq. elə böyük işlər gördü ki, içimizdən nəinki pişik, heç əjdaha da çıxsa, onu uda bilməsin.

 

«Mən gələcəkdə nə iş görəcəm»

 

1885-ci il 18 sentyabr. Ağcabədi. Şuşalı Əbdülhüseyn bəy Hacıbəyovun arvadı Şirin xanım Ağcabədidə öz qohumlarının evində qonaq olduğu zaman bir oğlan doğmuş, adını Üzeyir qoymuşlar. Hacıbəyovların Üzeyirdən başqa daha 2 oğlu 1 qızı vardı. Üzeyir hələ rus-tatar məktəbinin şagirdi ikən xalq nağıllarını əl ilə yazıb kitabça şəklində tərtib edir - «Kitabi-məzhəkə». İndi kitabçanın yeganə nüsxəsi onun ev-muzeyində saxlanılır. Rus-tatar məktəbini bitirdikdən sonra Üzeyir Hacıbəyov Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olur. Burda o, musiqi nəğmə dərslərində xüsusilə fərqlənir. Seminariyanın II kursunda oxuyanda «Mən gələcəkdə nə görəcəm» mövzusunda inşa yazır: «Mən məktəblərimiz üçün ana dilində tədris olunmaqdan ötəri dərs kitabları tərtib edəcəm. Bunun üçün osmanlırus kitablarından istifadə edib hesab, coğrafiyas. elmləri öz dilimizə tərcümə edəcəm». 1904-cü ildə Üzeyir bəy Qori Seminariyasını bitirib, Hadrut kənd məktəbində müəllim işləyir. Bir ildən sonra Bakıya gəlir və «Həyat» qəzetində işə girir. «Rus-tatar tatar-rus lüğəti» tərtib edir.

 

 Teatr içində teatr göstərmək

 

1908-ci ildə ilk milli operamızı - «Leyli və Məcnun»u yazır. Bu, tək Azərbaycan üçün deyil, bütünlükdə Şərq üçün əlamətdar hadisə idi. «Leyli Məcnun» operası elə həmin il Ərəblinskinin rejissorluğuHaqverdiyevin dirijorluğu ilə tamaşaya qoyulur uğur qazanır. Amma bu uğurla bahəm, müəllifin qeydlərindəki «Mən çox teatr sevən adamam, ələlxüsus müsəlman teatrına çox gedənəm. Çünki burada iki cürə tamaşa olur. Biri teatrçıların öz tamaşası, biriteatra yığılmış müsəlmanların öz hərəkətidir ki, çox vədə teatrdan da interesni olur...» bu misralar da qeyd olunmalıdır. Bu, teatr həyatından bir mənzərə idi. Səhnədə qadın aktrisa olmadığından Leyli rolunu kişi ifaçı oynayırdı. Və təsəvvür etsək ki, Leyli kobud səslə və bığla səhnədə görünürdü, o zamankı şəraitin necə olduğunu bilərik. Əlbəttə, operanın ağlagəlməz uğuru ilə bahəm, müxtəlif həcvlər də var idi. Diqqət edin: «... Canım, birdən-birə biz İtaliya ilə musiqi barəsində bir cərgədə durduq, dəxi bunasözün? Yevropalılar bir opera vücuda gətirməkdən ötəri nə qədər zəhmət çəkir, axırda görürsən ki, bir kompozitor Verdi ya Rubinşteyn, yaxud Bethoven, Vaqner ömürlərinin yarısını sərf edəndən sonra bir işi əmələ gətirirlər.... Amma düşmən kor olsun ki, bizlər gözəl opera yaza bilirik...»

Baxın, «Zəmbur»un istehzası indi bizə düzünə gəlib çatır: «Çalxalandıqca zaman nehrə kimi...»

 

Ucuz satılan ən bahalı opera

 

1910-cu ildə Üzeyir bəy ilk musiqili komediyamız olan «Ər və arvad»ı yazdı. Elə həmin ildə Üzeyir bəyin ikinci opera əsəri olan «Şeyx Sənan» tamaşaya qoyuldu. 1910-cu ildə bəstəkarın yeni operası «Rüstəm Söhrab» meydana çıxdı. Bir il sonra tamaşaya qoyulmuş «O olmasın, bu olsun» musiqili komediyası Üzeyir Hacıbəyovu bir dramaturq kimi təsdiq etdi. 1912-ci ildə onun «Şah Abbas Xurşidbanu» «Əsli Kərəm» operaları oynanıldı. Sonuncu daha böyük uğur qazandı. Müəllifi səhnəyə çiyinlərində gətirdilər. 1912-ci ildə Üzeyir bəy 2 il müddətinə Moskvaya oxumağa gedir. Maddi cəhətdən təmin olunmaq, təhsilini yarımçıq qoymamaq üçün səhnə əsərlərini «Nicat» cəmiyyətinin ixtiyarına verir. «Ehtiyac məni «Leyli Məcnun» operasına müəllif hüququmu cüzi məbləğ müqabilində həmin cəmiyyətə satmağa məcbur etdi. Halbuki o zaman operanın tamaşasına bilet tapmaq olmur böyük gəlir götürülürdü».

Maddi vəziyyətin ağırlığı üzündən bəstəkar Moskvada çox qala bilmir və Bakıya qayıdır. Bir müddət yenə bədii yaradıcılıqla məşğul olur. 1913-14-cü illlərdə Leninqradda təhsilini davam etdirir burada məşhur «Arşın mal alan» musiqili komediyasını yazır. Bu əsər Üzeyir Hacıbəyovu bütün dünyada məşhur edir. «Leyli Məcnun»dan «Arşın mal alan»a qədərki qısa bir dövr Üzeyir Hacıbəyova əsrlərə sığmayan böyük şöhrət gətirdi. Təkcə «Arşın mal alan»a görə Üzeyir Hacıbəyov nəinki Zaqafqaziya Orta Asiya ölkələrində, habelə Yaxın Şərqdə tanınmağa başlayır. Komediyanın Amerika, Fransa, İngiltərə bir sıra xarici ölkələrdə tamaşaya qoyulması, dünyanın əksər dillərinə tərcümə edilməsi müəllifə dünya şöhrəti gətirir.

Dövri mətbuatda müxtəlif imzalarla çap etdirdiyi felyeton və məqalələrlə yanaşı, Üzeyir Hacıbəyov musiqişünaslıq fəaliyyəti ilə də məşğul olur, musiqi təhsili və metodikasına aid dərsliklər çap etdirir. «Azərbaycan xalq türk musiqisinin əsasları», «Azərbaycan musiqisinin inkişaf tarixi», «Çahargah» mövzusunda birinci fantaziya» və s. əsərlərini yazır.

1937-ci ildə Üzeyir bəy «Koroğlu» operasını yaradır. Bu möhtəşəm opera, onun məşhur uvertürası dahiyanə zirvə idi ki, «Leyli Məcnun»dan «Koroğlu»ya qədər Azərbaycan opera sənəti Üzeyir Hacıbəyov yaradıcılığından yol keçdi. Faciəvi nakam məhəbbət əhvalatları; məşhur «Leyli Məcnun», «Əsli Kərəm» xoşbəxt sonluqlu, umub-küsən qoymadan hamını vüsala çatdıran, cüt-cüt evləndirən - «Arşın mal alan», «O olmasın, bu olsun» kimi məzəli operettalar sanki müəllifin yaradıcılıq ovqatını kompensasiya edir.

 

Felyetonun içindən Baxırıq boylana-boylana...

 

Felyetonlardan boylanan acı yumor, ciddi elmi yazılar - çoxqatlı yozumlara, tədqiqatlara yer qoyan Üzeyir bəyin yaradıcılığı... Necə ki, yazdığı operalar indi monumental səhnə əsərləridir. Az qala bir əsrdir ki, camaat baxıb doymur, romansları neçə-neçə ifaçılar yetişdirir bu günümüzdə meyar ola biləcək musiqi yalnız odur. Elə yazıları, məqalələri, felyetonları 80 il yol gəlib bu günümüzün içindən boy verir. Səbəb? Çünki Üzeyir bəyi ağrıdan şeylərin ağrısına elə öyrəşmişik ki, hərdən bir felyetonunu, həcvini oxuyub heyrət edirik. ağrıdığımız yadımıza düşür. Oxuyuruq gülürük. Güldüyümüz yadımıza düşür.

«Bir kişi peyğəmbərlik iddiası edirdi, onu tutub qubernatorun yanına gətirdilər. Qubernator soruşdu ki, möcüzə göstərə bilərsən? Dedi, bilər. Dedi: göstərərsən? Kişi cavabında dedi ki, bilirəm, sən fikir eləyirsən. Qubernator dedi, bil görək. «Peyğəmbər» dedi: bu saat sən fikir eləyirsən ki, əgər bu kişi yalançı olsa tutub həbs edərəm. Amma sonra rüşvət alıb buraxaram». Bu, Üzeyir bəyin yazdığı kiçik satirik hekayədir. Hər dəfə oxuyanda elə bilirəm, Üzeyir bəy o «peyğəmbər» kimi qabaqcadan bilirmiş, biz indi fikir eləyirik. Üzeyir bəy 80 il əvvəl xalqın nəinki bədii estetik təfəkkürunə, həmçinin mədəni-ictimai həyatına təsir etməyi bacardı. O, əvvəlinci maarifçi opera yazan idi, əvvəlinci demokrat idi. Amma Üzeyir bəy ən əvvəl vətəndaş idi.

1948-ci il. Noyabrın 23-ü. Üzeyir bəy ömrünü xalqına bağışladı. Xalqı onu itirdi. O, xalqını qazandı. O xalqı ki, tabutunu Akademiyanın binasından Fəxri Xiyabana kimi çiyinlərində gətirdi; ucu-bucağı görünməyən axınla...

 

 

Aliyə

 

Mədəniyyət.- 2009.- 4 sentyabr.- S. 3.