Kitabın ayrı
estetikası var
O kompyuterdə yoxdur
Kitab barədə yazmağa nə
ehtiyac? Amma, deyəsən,
yaymalı və öyməli olacağıq.
Çünki kitaba laf edənlər, kitabdan qaçanlar təbəqəsi araya-ərsəyə gəlib.
Əslində bütün
zamanlarda kitabdan qaçanlar olub. Bu da təbiidir.
Ancaq günümüzdə bir
qədər fərqlidir.
Özünü yüksək
səviyyəli, ali dünyagörüş daşıyıcısı
sayanlar kompyuterdə yazmağı, oxumağı
öyrənəndən sonra
nümayişkaranə bir
şəkildə bu iddiada bulunurlar: daha kitabın kitabı bağlandı. Əsla belə deyil. Kitab yarandığı gündən
əbədiyaşar bir
missiyanın daşıyıcısıdır.
Kompyuter kitabın övladıdır, kitabın
yetirməsidir. Kompyuter
dünyaya gəlişi,
yaranışı üçün
məhz kitaba borcludur. Kitablarda əsrlərlə yığılmış
bilgilər olmasaydı,
bu gün bəşəriyyəti heyrətə
gətirən elmi-texniki
yeniliklərdən heç
əsər-əlamət
belə yox idi. Tam məsuliyyətlə
deyə bilərik ki, kompyuter əsrlərlə
zərrə-zərrə
toplanmış, illərlə
kitablarda cəmlənmiş
bilgilərin məhsuludur.
Təkcə kompyuterin
yox, ümumən sivilizasiyanın bugünkü
inkişafı digər
predmetlərdən daha
çox kitab(lar)la bağlıdır.
Heç
kəs müasir dünya sivilizasiyasının
çağdaş tərəqqisində
kitabların əlahiddə
rolunu dana bilməz. Əksinə, ən azından bir neçə kitab oxumuş şəxs təsdiqləyər
ki, bugünkü bütün elmi-texniki nailiyyətlər yalnız
kitab(lar)ın sayəsində mümkün olmuşdu.
Kompyuter texnologiyası
da insan zəkasının ən böyük kəşfidir.
Bu danılmaz gerçəklikdir. Ancaq zamanında kitabın kəşfi, bəlkə də, kompyuterin icadından daha böyük yenilik idi. Kitabın kəşfi (çapı)
demişkən, bu məqamda bir məsələyə də
münasibət bildirmək
yerində olardı. Qərb dünyası müasir kitab çapını İohann
Quttenberqin adı ilə bağlayır. Bu onların tarixidir, bununla işimiz yoxdur. Ancaq bu tarix
bir o qədər
də qədim deyil. Adıçəkilən
şəxs 1440-cı
ildə müasir tipli mətbəə yaradıb. Bundan sonra Avropada kitab çapına başlanılıb. Ancaq Şərqdə kitabın
tarixi daha qədimdir.
Bu məqamda sıralamanı, bəlkə
də, yanlış edərəm. Ancaq Şərqdə kitabın tarixi çox qədimdir. Şərqin kitab tarixi daş kitabələrdən, daşmasma
üsulundan, həmçinin
müxtəlif əşyaların
üzərinə yazılmış
yazılardan başlayır.
Şərqin ən böyük mənəvi abidələrindən sayılan
on iki min
inək dərisi üzərində yazılmış müqəddəs
«Avesta» kitabını
Qərbdən gəlmiş
Makedoniyalı İsgəndər
yandırdı.
Bu bir haşiyə idi. Qayıdaq mətləb üstünə. Kitabla kompyuterdən, daha doğrusu, kompyuterin kitabı sıxışdırmasından
danışırdıq. Bugünkü
nəsildə (gənclərdə)
belə bir tendensiya var ki, kompyuter hər
şeydir, o varsa, daha kitaba
ehtiyac yoxdur. Birincisi, kompyuter hər şey ola bilmədiyindən, hər şeyi də əvəz edə bilməz. Bu mümkün olası iş deyil. Onu da
tam məsuliyyətlə
demək olar ki, lap gələcəkdə
də kompyuter kitabı əvəz etmək qüdrətində
olmayacaq. Bununla mən kompyuter texnologiyasının virtual
gücünə kölgə
salmaq niyyətində
deyiləm. Bu güc düşəsi iş deyil. Ancaq onu əminliklə
demək olar ki, kompyuter kitabı
tam əvəzləyə
və onun missiyasını tamamilə
daşıya bilməyəcək.
Kompyuter texnologiyaları
daha çox operativliyi və çevik dinamikası ilə səciyyələnir.
Kitabın estetikası
tamam özgədir. Kitabda ayrı bir ülvilik yatır, onda romantika var. Tam səmimi etiraf etmək olar ki, kompyuterdə
bədii mətn - roman, povest oxumaq
adama ləzzət eləmir. Heç kompyuterə hədsiz aludə olan gənclər də necə ki, bədii
mətn oxumurlar. Onu da bilirik
ki, yeniyetmə və gənclər kompyuterdə müxtəlif
oyunlar oynayır və «çat»laşırlar. Bu hələ hər şey deyil. Ancaq kitab hər
şey olmasa da, çox şeydir. Kitab insanlara çox şey vermək gücündədir. Hər
bir kitab təkdir. İnsan da ayrılıqda fərddir. Vaxtilə deyilib ki, ən
pis kitabdan da nə isə
əxz etmək, mənimsəmək mümkündür.
Bilik və savad da fərdidir.
Kollektiv intellekt yoxdur. Dünyagörüş
individual şəkildə
formalaşır. Bütün
bunlar da birbaşa kitabdan mütaliədən keçir.
Özünüdərk - dünyanıdərk
birbaşa özünütərbiyə
ilə bağlıdır.
Bu yerdə böyük rus yazıçısı M.Qorkinin
məşhur aforizmi ilə razılaşmamaq olmur: «Məndə olan bütün müsbət keyfiyyətlər
üçün kitablara
borcluyam».
Bu gün insanların
kütləvi halda kitabdan qaçmasını kompyuterlə
bağlamaq düzgün olmazdı. Kompyuterin yaddaşında yüzlərlə kitab yatır, onları hamı oxuyurmu? Cavab müsbət ola bilməz.
Təkcə Azərbaycan
insanında deyil, ümumən dünya insanında kitabdan
qaçış var. Ancaq bu qaçış
çox da uzun çəkməz. Kitaba kütləvi dönüşə lap az qalıb. Bəlkə də, azalmayıb, kitaba dönüşə artıq
start verilib. Dönüş demişkən,
yaxşı kitab qızıl kimidir. Qızıl qaldıqca qiymətə mindiyi kimi, yaxşı kitabında zaman keçdikcə, keçmiş
antikləşdikcə insana
maraqlı gəlir.
Bir də kitabın heç bir baxımdan ziyanı yoxdur. Kitab insan sağlamlığına
mənfi təsir göstərmir. Çünki
kitab radiasiya daşıyıcısı deyil».
Son olaraq deyək ki, kitab müqəddəsdir.
O heç vaxt məğlub olmayacaq.
Xeybər İSMAYIL
Mədəniyyət.- 2009.- 10 sentyabr.-
S. 7.