Əjdərbəy, Göy məscid və ya İttifaq
məscidi
Bakının mərkəzində qərar tutmuş,
özü kimi tarixi də qədim və zəngin olan Əjdərbəy
məscidi
Abidənin özəlliyi ondadır ki, o həm də
xalq arasında Əjdərbəy, Göy məscid və ya
İttifaq məscidi kimi adlanır.
Məscidin tikilmə
tarixi çox maraqlıdır. Deyilənlərə görə,
Nabat xanım Xocabəy qızı Aşurbəyli-Rzayeva Təzəpir məscidini tikdirməyə başladıqda
qardaşı Əjdər
bəy ona kömək təklif edir. Nabat xanım
isə cavabında, «əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin» - deyir və köməkdən imtina edir. Belə
olduqda Əjdər bəy Aşurbəyov
1905-ci ildə məscid
tikdirmək qərarına
gəlir və indiki Göy məscidin əsası qoyulur. Beləliklə, məscidin tikilməsi maraqlı təsadüf nəticəsində baş
verib. Deyilənlərə
görə, məscidin
ilk adı İttifaq olub. Əjdər bəy Aşurbəyov məscidi tikdirərkən məramı
belə olub ki, bura üz
tutan şiələr
və sünnilər heç bir maneə olmadan birlikdə namaz qılacaqlar. Bu ənənə bu günə qədər də qorunub saxlanılır. Maraqlıdır
ki, Göy məscid bu günə qədər İslam dininin hər iki məzhəbindən
olan müsəlmanların
birlikdə namaz qıldıqları yeganə
məkandır. El arasında məscidin bir neçə adla çağırılmasına
gəlincə, bu da təsadüfi deyil. Günbəzinin rənginə görə,
tikili el arasında Göy məscid adı ilə çağırılır.
Əjdər bəy rəhmətə getdikdən
sonra məscidə onun adı əlavə
olunur.
Digər müqəddəs
yerlər kimi, Göy məscid də sovet hakimiyyəti illərində
repressiya hədəfinə tuş gəlib. Elə tikilinin daxilində İslama zidd elementlərin vurulması buna bariz nümunədir. İkinci Dünya müharibəsi illərində
məscid ibadət yeri kimi bağlanaraq
başqa məqsədlərlə
istifadə olunur. Yalnız müharibədən
sonra döyüş iştirakçılarının, xüsusilə də Bakıda yaşayan müsəlman tatarların
müraciətindən sonra
məscid yenidən müsəlmanların ixtiyarına
verilir.
Memarlıq üslubuna
görə, məscid simvolik görünüşə
malikdir: O, həm Kərbəladakı məscidi, həm Məkkədəki
Kəbə evini xatırladır. Tikili inşa edilərkən müsəlman
Şərqinə məxsus
geniş memarlıq nümunələrinə diqqət
yetirilib. Artıq iki ildir ki,
ölkə prezidenti İlham Əliyevin fərmanı ilə məsciddə aparılan təmir-tikinti işləri yekunlaşmaq
üzrədir. Təmir-tikinti işləri zamanı Göy məscidin əlavə korpusu tikiləcək. Bu korpusun üst
mərtəbəsində inzibati
otaqlar, konfrans zalı inşa ediləcək. Dəstəmazxana
və yuat yerləri zirzəmidə olacaq. İbadət mərasiminə məscidin
həyətində yer
ayrılması nəzərdə
tutulur.
Yeni korpusda mərasim zalının tikilməsi də nəzərdə tutlub. Burada da əsas
məqsəd yas çadrlarının küçələrdən
yığışdırılması, onun qapalı yerdə, yəni məscidin daxilinə keçirilməsidir. Bir sözlə, bərpa və yenidənqurma işləri məscidi gözəl ibadət evinə çevirəcək.
Mədəniyyət.- 2009.- 25 sentyabr.- S. 15.