Musiqi həftəsinin
növbəti bayram sevinci
Ötən həftə
musiqi günümüzə həsr olunmuş növbəti tədbirlərdən
biri də Bədii Sərgi Salonunda baş tutdu. “Azərbaycan təsviri
sənətində musiqi obrazları” adlı sərgidə T.Ə.Kərimovun
“Ü.Hacıbəyov”, M.Ə.Mustafayevun “Bahar simfoniyası”,
E.Şaxtantinskayanın “Müslüm Maqomayev”, “Qara Qarayev”, N.Ə.İsmayılovun
“Sevinc”, T.Nərimanbəyovun “E.Sabitoğlu”, Ş.N.Ələkbərovun
“Muğam-Segah” və başqa rəsmlər sərgiləndi.
Sərgidə iştirak
edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət
şöbəsinin məsləhətçisi Qalib Qasımov
tədbirlə bağlı fikirlərini söylədi: “ Bu sərgi
Dövlət Rəsm Qalereyasının təşəbbüsü
ilə baş tutub. Burada nümayiş etdirilən əsərlərin
böyük əksəriyyəti
də qalereyanın, eyni zamanda Dövlət
İncəsənət Muzeyinin
fondundan seçilib. Bizim bu sərgini
təşkil etməkdə
əsas məqsədimiz
Azərbaycan rəssamlarının
musiqi mövzusuna müraciətini nümayiş
etdirməkdir. Bildiyiniz
kimi, Üzeyir bəyin ad gününə
həsr olunmuş silsilə tədbirlər keçirilir və Üzeyir musiqi həftəsi münasibətiylə
biz qalereyanın bu təşəbbüsünü
dəstəkləyirik. Gördüyünüz sərgidəki bu gözəl əsərlər
yenidən tamaşaçıların
ixtiyarına buraxılıb.
İstənilən adam
bizim sərgini gəlib ziyarət edə, əsərlərlə
tanış olub onlardan böyük zövq ala bilər”.
Yeganə
Mədəniyyət.-
2009.- 25 sentyabr.- S. 3.