YUNESKO-nun Moskva
Bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin vebsaytının
təqdimat mərasimi
Bu gün Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Muzey Mərkəzinin Akt zalında
YUNESKO-nun Moskva Bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi
çərçivəsində yaradılmış Muzey Mərkəzinin
vebsaytının təqdimat mərasimi keçirilir.
Resursun İnternet
ünvanı belədir: www.museumcenter.az. Bu barədə Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidməti bildirmişdir.
Müasir cəmiyyətdə
texnologiyaların inkişafı həm ayrı-ayrı insanlar
və təşkilatlar arasında, həm də ölkələr,
kontinentlər və mədəniyyətlər arasında yeni
ünsiyyət üsullarının meydana gəlməsinə
gətirib çıxarmışdır. Təqribən 10
ildir ki, Muzey Mərkəzi öz fəaliyyətində
kompyuter texnologiyalarının tətbiqini nəzərdə
tutan işlərə başlamışdır. 2000-ci illərin
əvvəllərindən sərgi və keçirilən tədbirlərə
multimedia materiallarının yaradılması üzrə
iş gedir. Muzey Mərkəzinin informasiya köşkündə
Mərkəzin tarixi və fəaliyyəti haqqında proqramlar
quraşdırılmışdır. 2008-ci ildə Muzey Mərkəzində
Bakı əhalisi və qonaqları üçün müasir
texnologiyalar vasitəsilə Dövlət Rus Muzeyinin sərvətləri
ilə birbaşa təmasda olmağa imkan verən “Rusiya muzeyi:
virtual filial” İnformasiya-Tədris Mərkəzi
açılmışdır.
Kompyuter
proqramlarının, habelə külli miqdarda nəşr, foto
və video materialların toplanması nəticəsində Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin
vebsaytının yaradılması ideyası meydana gəldi.
Saytın
yaradılmasında partnyor qismində Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi,
YUNESKO-nun Moskva Bürosu, Dövlət Rus Muzeyi və YUNESKO
işləri üzrə Azərbaycan Respublikasının Milli
Komissiyası çıxış etmişdir.
Vebsaytın
yaradılması “MediaDizayn” studiyasında həyata
keçirilmişdir.
Vebsayt Bakıda 2007-ci
ildə yaradılmış “Rusiya muzeyi: virtual filial”
İnformasiya-Tədris Mərkəzi, Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin
fəaliyyəti haqqında dolğun məlumata malik olaraq, həmçinin
bir qrup ölkələr ərazisində və ondan xaricdə
Muzey Mərkəzinin vahid mədəniyyət-informasiya məkanına
inteqrasiya vasitəsi kimi çıxış edir.
Vebsayt 3 dil – Azərbaycan,
rus və ingilis versiyasına malikdir və çox
böyük auditoriya üçün açıqdır. Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin
sərvətləri yaradıcı dizayner işləmələrinin
internet texnologiyalarının son nailiyyətləri ilə
sintezi həm Azərbaycanda, həm də bütün
dünyada qlobal şəbəkə istifadəçiləri
üçün açıq etdi. Sayt foto və video
materiallarla zəngindir və müasir multimedia icra
üsulları onların internet şəbəkəsi vasitəsi
ilə baxılmasına imkan yaratmışdır.
Saytın dizaynı ciddi
klassik üslubda tərtib olunub.
Sayt geniş axtarış sistemi ilə təchiz olunub.
Texniki işləmələr saytın “canlı” olmasını və “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin bütün fəaliyyətinin dinamik əks etdirilməsinə imkan vermişdir.
Vebsayt artıq dünyanın aparıcı axtarış sistemləri tərəfindən indeksləşdirilmiş və Muzey Mərkəzinin fəaliyyəti ilə bağlı olan sorğu verdikdə ilk cavab sətirlərində çıxması təmin olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi və “Rusiya muzeyi: virtual filial” portalı arasında olan ikitərəfli isnad mübadiləsi saytın tez bir zamanda Qlobal Şəbəkənin “mədəniyyət seqmentinə” qatılmasına yardım etmişdir.
Saytın tərkibi bir neçə blokdan ibarətdir.
Saytın istifadəyə verilməsi Bakıda 2007-ci ildə yaradılmış “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzinin gələcək inkişafına xidmət edəcək, Azərbaycan mədəniyyətinə əlavə auditoriyanı cəlb edəcək, müxtəlif ölkələrin vətəndaşlarının Azərbaycan mədəniyyəti ilə daha yaxından və geniş tanış olmasına imkan yaradacaq, ölkədə və ölkədən kənarda vahid mədəniyyət-informasiya məkanının genişləndirilməsinə və xalqlararası əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 25 sentyabr.- S. 9.