“Əbədiyyət.
AN”ın təqdimatı
olub
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin
(AYB) “Natəvan” klubunda
şair-publisist Mahirə
Abdullanın görkəmli
Azərbaycan yazıçısı
Mir Cəlal Paşayevin
yaradıcılığında milli şüur və həmrəylik probleminin, humanizm fəlsəfəsinin, böyük
ədibin erməni məsələsinə münasibətinin
əks olunduğu “Əbədiyyət. AN” kitabının
təqdimat mərasimi
keçirildi.
AYB-in katibi,
xalq şairi Fikrət Qoca müəllifin böyük
yazıçı, alim,
pedaqoq Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”, “Dirilən adam”
əsərlərinin müasirliyini
və aktuallığını
nəzərə çatdırmasını,
bu əsərləri haqlı olaraq əbədiyyətin yaddaş
dərsi adlandırmasını
yeni tapıntı kimi qiymətləndirdi.
N. Hacızadə, A. Abdulla, F. Mustafa və başqaları Mir Cəlal yaradıcılığında mənəvi dəyərlərin, milli problemlərin ağrısının, sovet senzura sisteminin təzyiqlərinə baxmayaraq, vətəndaş məsuliyyəti ilə əsl kişilik məktəbi yaratmasının incəliklə tərənnüm olunduğunu bildirdilər.
Sonda müəllif tədbirə toplaşanlara minnətdarlığını bildirdi, yeni şeirlərini oxudu.
Mədəniyyət.-2009.-17
yanvar.-S.2.