"Vətən üçün
ölməliyik" - deyən
Ülvi Bünyadzadə
20 Yanvar gecəsinin 20 yaşlı şəhid
şairi kimi tanıdığınız Ülvi Bünyadzadə
yaşasaydı, bu il 40 yaşı olacaqdı. Ancaq o,
yaddaşlarda həmişəlik 20 yaşlı cavan şair
kimi qaldı
VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK
(Sinif yoldaşlarıma)
Biz öz ömür
sazımızda
"Dilqəmi"ni
bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.
Bisütunu biz də
yaraq,
Çənsiz Çənlibellər
quraq.
Sazımızda
ağlayaraq,
Biz həyatda gülməliyik.
Döyüşlərdə
yoğrulmuşuq,
Gələcəyə
qaranquşuq.
Həyat
üçün doğulmuşuq,
Vətən
üçün ölməliyik!
1982
DÜŞÜNCƏLƏRİM
Açmadım gözümü,
açmadım ki, mən -
Gözümə
görünən göz dağım olsun.
Açdım ki, dünyada insanam deyən -
Ağır çağlarımda dayağım
olsun.
Yoxdur əqidəmdə
nə ölüm, nə qan,
Mənim arzu-kamım ona düşməndi.
Məsləki yolunda vuruşan insan,
Şərəfsiz tökülən qana düşməndi.
Buludsuz səmadan
gözüm doymayır,
Elə bil dənizdi…
küləksiz gündə
Məni xəyalımdan
Araz ayırır,
Eyhamlar söyləyir sirli sözündə.
Araz, de, nə
qədər nəğmələr
yatır,
Sənin qəzəb dolu qəmli nəğməndə.
Qulaq as, qulaq
as, gör hara çatır,
Mənim gürşad
səsim,
səsin gələndə.
O taydan Savalan, bu taydan
Qoşqar,
Buludlar başında körpü
salıbdı.
Bu mənfur
dirəklər, acı
tikanlar,
Bilmirəm heç kimdən miras qalıbdı.
Hicran dərdi
mənə ağır
olsa da,
Gözümdən tökülən qanlı
yaş deyil.
Təbrizim o tayda küskün qalsa da,
Bilir ki, ürəyim dilsiz daş deyil.
Bilin, daşdan
deyil, mənim ürəyim,
Ələsgər sazının havasıdı
o.
Demə nə danışım, demə
nə deyim,
Şəhriyar şeirinin nəvasıdı
o.
Səttarxan hədəsi,
Cavanşir bəhsi,
Koroğlu gərdişi,
Nəsimi səsi,
Xətai sürəti,
Nəbi qülləsi,
Babək qılıncının davasıdı
o.
Urmiya gölünün
gəmi, kədəri,
Yadların qənimi, dostların yeri.
Neçə şəhərlərin
qızıl dan yeri,
Neçə axşamların səbasıdı
o.
1988
AĞLAYA
Bu şanlı
torpağın bəxti
kəm oldu,
Otura ağlaya, dura ağlaya.
Qaragöz qızların
qisməti buymuş,
Kətməni bəxtinə vura, ağlaya.
Zülmətin quyusu dərindən dər in,
Evləri yıxıldı,
ev tikənlərin,
Bir azca başları dikələnlərin
Gözü həsrət qalıb nura, ağlaya.
Verirlər yadlara az nemətimi
Payız nemətimi,
yaz nemətimi,
Yaltaqlar yurdumun naz-nemətini
Uduzub, istəyir cura, ağlaya.
Axtarın elimin nər balasını,
Versin haqsızların
haqq bəlasını,
Söküb ürəklərin
kin qalasını,
Təzədən şəfqətlə qura,
ağlaya.
Bilmirəm mən kimin qismətindəyəm,
Alqışla qarğışın vəhdətindəyəm.
Bir el gözəlinin
həsrətindəyəm,
Ülvinin dərdini sora, ağlaya.
1987
Ömür yolu
( poemadan bir parça)
Aman qardaş,
Doğrudurmu,
deyirlər,
Gecə-gündüz
qan
tökülür yurdumda.
Qarabağın tarixini danırlar,
Məscid uçur,
dam sökülür yurdumda.
Qarabağdı mənim
dinim -imanım,
O torpağın
nişanəsi,
iziyəm.
Məni belə
aciz
görmə qəbirdə,
Qəbirdə də
Qarabağın özüyəm.
Yox,
yox,
ulu torpaq,
Sənin uğrunda
həmişə
hər yerdə
mərd olacağıq.
Sənin
hər qarışın
ocaq yeridi.
Qan töküb
o yeri
biz alacağıq.
Zəmanə dəyişib,
pis
zəmanədi.
Rüşvətlə,
yalanla
sözü keçən
var.
Sənin halal
çörəyindən,
suyundan
hələ güc alan var,
hələ içən
var.
Ömrüm səndən
ayrı düşsə,
Bəxtim qara bağlar ağlar.
Öz oğlunu
yad eyləyib,
Qoşqar kimi dağlar
ağlar.
Gözlərindən qəm yaşını sil, yaşa.
Yaşa Vətən,
milyon-milyon il
yaşa.
Yaşamağın mənasını bil, yaşa.
Mədəniyyət.-2009.-17 yanvar.-S.13.