Antarktidanın ən yüksək zirvəsinə
Azərbaycanın bayrağı
sancılıb
Azərbaycanın
Antarktidaya yollanmış ilk ekspedisiya qrupunun üzvləri qitənin
ən yüksək zirvəsini - Vinson dağını (5140
metr) fəth ediblər. Ekspedisiya qrupu yanvarın 12-də
Çili vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə
11.00-da) zirvəyə yürüşü başa
çatdıraraq, orada Azərbaycan bayrağını
sancıb, habelə bir üzündə ulu ondər Heydər Əliyevin
şəkli olan və "Mən fəxr edirəm ki, azərbaycanlıyam"
sözləri, o biri üzündə isə Azərbaycan
Prezidenti İlham Əliyevin şəkli və "Azərbaycan,
İlhamla irəli!" sözləri yazılmış
bürünc lövhə bərkidiblər.
Ekspedisiya qrupu bu barədə
Azərbaycan Prezidenti İlham Əliyevə peyk rabitəsi
vasitəsilə məlumat verib. Dövlətimizin
başçısı bu tarixi hadisə ilə əlaqədar
onları təbrik edib, gələcək tədqiqat işlərinin
davam etdirilməsində uğurlar arzulayıb.
Xatırladaq ki, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırovun başçılığı ilə 2008-ci il dekabrın 24-də Bakıdan yola düşən Azərbaycan-Antarktida ekspedisiya qrupu dekabrın 30-da Çilinin Punta Arenas şəhərindən bu ölkənin Antarktidadakı Patriot-Hills stansiyasına yollanıb. Ekspedisiya üzvləri təyinat yerinə çatanadək elmi tədqiqat işləri, 300-dən çox meteoroloji müşahidə aparıb, 2 kiloqramadək müxtəlif qiymətli geoloji nümunələr toplayıblar.
Hazırda ekspedisiya qrupu Cənub qütbünə doğru
irəliləyir və
elmi tədqiqat işlərini davam etdirir.
Mədəniyyət.-2009.-15 yanvar.-S.1.