Cavad xan anıldı
Gəncə xanı Cavad xanın işğalçı qüvvələrə qarşı qeyri-bərabər vuruşda şəhid olmasının 205-ci ildönümü münasibətilə onun məqbərəsi önündə “Sönməyən ulduzların işığı” meydan-tamaşası göstərilib. Tamaşanıın ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar bölməsinin sədri Məmməd Alim, quruluşçu rejissoru isə əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasındakı tamaşada Cavad xanın öz ailə üzvləri ilə birgə böyük şücaət göstərərək həlak olmasından bəhs edilir.
Tamaşanın sonunda şəhər rəsmiləri ictimaiyyət nümayəndələri ilə birgə Cavad xanın məqbərəsini ziyarət edərək, milli mücahidlərimizə öz ehtiramlarını bildirdilər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov KİV nümayəndələri ilə
söhbətində Cavad
xanın bu şəkildə anılmasının
ənənə halını
aldığını və
onun xatirəsinin gəncəlilərlə yanaşı,
bütün azərbaycanlıların
qəlbində daim yaşayacağını deyib.
Maraqlı tarixi hadisələr fonunda insan taleyi faktorunun
önə çəkildiyi
tamaşadan danışan
rejissor B.Osmanov, anım gününün mərdlik, mübarizlik və insanlara vətənpərvərlik ruhunun
aşılanmasına xidmət
etdiyini vurğulayıb: ”Ənənəvi keçirilən bu mərasimlərdə müxtəlif
formalarda qəhrəmanlıq
nümunələrimizi əks
olunmasına, yeni tarixi faktların meydana çıxarılmasına
çalışırıq. İstərdim bütün
Azərbaycan qəhrəmanlarının
xatirəsi bu şəkildə anılsın”.
Mədəniyyət.-2009.-15 yanvar.-S.3.