Əlliyədək və əllidən o yana
Unudulmaz yazıçımız Mehdi Hüseynin «Şeyx Şamil» pyesində qəhrəmanlardan biri avazla şeir oxuyur. O biri deyir:
- Görəsən, dünyada şeirdən gözəl bir şey varmı?
- Var, qardaşım, var. Azadlıq hər şeydən şirindir.
Ömrün əlli yaşını haqlayan şair dostum Əbülfət Mədətoğlu haqqında yazarkən yadıma bu fikirlər düşdü. Əsl şair qəlbində şeir ilə azadlıq bir boyda, bir biçimdə olur. Hərdən mənə elə gəlir ki, nə şeirsiz azadlıq var, nə azadlıqsız şeir. Bu da bir həqiqətdir ki, şairlər üçün ən böyük azadlıq da bəzən azlıq edir. Bəs onlar nə istəyirlər? Veriləjək javabların da sərhədi yoxdur. Dünyanın bütün şairlərinin istəkləri üst-üstə düşür:
Dünyamız o qədər kiçik ki, dar ki,
Taleyin o qədər
oyunu var ki,
Sən məni
özünlə götür
apar ki,
Həmişə gözünün önündə
olum.
Qarşıma şairin kitablarını
töküb, onları
bu əlimdən o biri əlimə ötürə-ötürə vərəqləyirəm. Əlli illik
bir ömürdən süzülüb, sıyrılıb
gələn kitablar, mən bilirəm, siz nejə başa
gəlirsiniz.
Adi bir oxuju duyğularından
çox-çox uzaqlarda
dayanıb şair dostumun ömür-gün yolunu ələk-vələk
eləmək, çözələmək,
yaşanan günləri,
ayları, anları bir yerə yığıb
gözləmək istəyirəm. Bu ürəyimdən keçən
bir istəkdi. Şair ömrünə, duyğularına onun özü qədər yaxın gəlmək mümkünmü ola?
Mürgülər dağ kəndim -
mənim Tuğ kəndim,
Amma ki, yuxusu quş
yuxusudur.
Bəlkə də bu ikijə
misra mənə bu qədər kövrək, bu qədər həzin və həsrətli təsir bağışlamazdı,
əgər Tuğ indi əsirlik həyatı yaşamasaydı. Başqa
bir bənd içimi çəkir:
Kəndimin adı dilimdə,
Danılmaz dadı
dilimdə,
Məni izləyən
ölümlə -
Dönəjəm Tuğa,
bilirəm.
Hiss edirəm
ki, Əbülfət Tuğ kəndini ürəyində duz dərdinə çevirib.
Təkjə Tuğumu? Bu
kənd böyük Qarabağ ağrısının
balaja bir zərrəsidir, ümmandan
damladır.
Deyirlər, şairlər həsrət
üçün doğulurlar. Axı niyə
belə olur? Niyə onlar dünyaya suçəkən kimi dərd çəkməyə
gəlirlər? Ən böyük
sevinjin içində
ən böyük kədər yaşamaqla hamıdan öndə gedirlər. «Məndən ötüb sənə dəysin»-demirlər.
Çilənər üstümə
«dualı» su tək,
Yaddaşım çox şeyi mənə andırır.
İşə bax, sən Allah, içim özümü -
Çölüm özgələri ütüb
yandırır.
Belinski dostlarından
birinə yazırdı:
«Əziz dost, sənin
şeirlərini mən
çox sevirəm. Sən mənim düşündüklərimi
məndən önjə
düşünüb qələmə
alırsan. Sonra da mən orada özümü və öz duyğularımı
tapıram. Elə
buna görə də mənim səmimi oxuju təşəkkürlərimi qəbul
et».
Əbülfət Mədətoğlunun yaradıjılığı
öz oxujularını
duyğulandıran, düşündürən,
isidən bir poeziyadır. Elə şairlər var
ki, özü ilə yaradıjılığı
arasında böyük
xarakter fərqi yaşanır. Belələrini görəndə düşünürsən
ki, o, özünü
yaşayıb, özgəsini
yazır. Şairlər də var ki,
özü yaradıjılığını,
yaradıjılığı özünü tamamlayır.
Əbülfət Mədətoğlunun şeirləri
onun xarakterinin, mən deyərdim ki, həm də
öz taleyinin güzgüsüdür.
Onun şeirləri çox vaxt mənə köhnə tanışları
xatırladır. Hər birinin öz «xasiyyəti», hər birinin öz «taleyi», hər birinin «öz deyimi», bir az
da hər birinin «öz gileyi»…
Mənim azadlıqda
Şərti çəkdiyim
Jəzamın adını
Çəkənlər bilir.
Tanrı hər insana
bir ömür bəxş edir. Amma bu bir ömrü
nə qədər rəngarəng yazır.
Biri digərindən təkjə
rənglərinə görə
yox, həm də bu rənglərdəki
ilmə-ilmə naxışları,
oymaları ilə seçilir. Bu baxımdan şair ömrü bir qədər fərqli olur. Ə. Mədətoğlu
deyir:
Görün ki, ürəyim nejə təşnədi
Şirin təbəssümə,
şirin sevgiyə…
Bir anlıq
təsəvvürümə gətirirəm ki, bir Allah bəndəsi günün günorta çağında yolu kəsib «Qarabağ sizin üçün nədir?» deyib
sorğu keçirir. Bu sualı tanımaza-bilməzə
Əbülfət Mədətoğluya
da verir. Əbülfətin həmin suala
nə javab verəjəyini, nə deyəjəyini bilməsəm
də, çəkdiyi
«ah»ı eşidirəm. Bu «ah» çoxlarının həsrətinə bənzəməyən,
ağrısına oxşamayan
ağrının «ah»ıdır.
Dərdi çəkən
varsa, dərd bəxtəvərdi,
Dərdli bəxtəvərin biri də mənəm.
Ürəyim dərdlərin
süd anasıdır,
Mən elə əzəldən dərd kiridənəm.
Yaxud
Müharibə - göz
yaşı,
Mən torpağın xəstəsi.
Şəhid olsam, qəbrimə,
Başdaşı - gül dəstəsi.
Şahidi olduğum, duyduğum bir fikri də
deməyim gəlir. Əbülfət
Mədətoğlunun sevgi
şeirlərində bir
ədəb-ərkan, ağıryanalıq
var. Ülvi, doğma hisslərin ənənəviliyi duyulsa
da, fikir və deyim təzədir.
Niyə dərdin
içindən
Dərd axtarırsan
mənə
Niyə hər görüşəndə,
Şərt axtarırsan
mənə -
Bu, olar, bu da
olmaz.
Şairlik peşə deyil. Tanrı vergisi,
Allah payıdır. Tanrı isə
kimə nə verdiyini özü bilir. Bu payı əmanət bilənlər
isə ən şirin nemət olan ömrü belə qurban verməkdən çəkinmirlər.
Bütün hallarda Əbülfət
Mədətoğlu ömrünün
çox hissəsini poeziyaya həsr edib, misra və
kəlmə işığında
gejələr keçirib,
gündüzlər yola
salıbdı.
Sevgidən yazmayan şair yoxdu. İstər təbiətə, istər jəmiyyətə,
istərsə bir gözələ ünvanlasa
belə, şair sevgisi bənzərsizdir.
Əbülfət Mədətoğlunun sevgisi öz sevgisidir. Nifrəti də başqa
nifrətlərə bənzəmir.
Elə fikirləşməyək ki,
şairlər qu quşu kimi bütün ömürləri
boyu birjə nəğmə oxuyurlar.
Onların qələmlərinin süngüyə çevrilən,
nifrət oxuyan anları da olur. Amma bütün hallarda şair ürəyi bənzərsiz qalır: rəhmli, mərhəmətli
və kövrək. Əbülfətin ürəyi
kimi… O, ömrün əllinji pilləsində
də, ondan əvvəlki pillələrdə
olduğu kimi, özünü axtara-axtara
yoluna davam etməkdədir.
Əziz dost, mən
əllini keçib yaşın bu tayının özünəməxsus
şirinliklərini, qayğılarını
yaşamaqdayam.
İnan ki, əlli birinji
ilin ilk gününə
qədəm qoyduğun
an nəyinsə baş
verdiyinin şahidi olajaqsan. O, bizim ikinji ömrümüzdü. Mən buna
ad tapmamışam. Gəl,
birlikdə axtaraq! Səninlə «kəşfiyyata»
getməyə nə var…
Taleh Həmid
Mədəniyyət.-2009.-15
yanvar.-S.13.