ƏBÜLFƏT

MƏDƏTOĞLU

 

Kİ...

 

Gizli deyil ülfətim

Sadəcə qədərdi ki...

Bu qaçqın Əbülfətin

Şikəst ömrü birdi ki...

 

Onda bu necə qayğı

Bu necə kədərdi ki...

Üzümə baxıb söylər

Çəkdiyin hədərdi ki...

 

Məndən öncə gələnlər

Gəlişimə gülənlər

Gülə-gülə ölənlər

əkib, dərdi ki?..

 

Qəm özünü öyürdü

Baş-gözünə döyürdü

Ardımca söz yüyürdü

Ölümdən betərdi ki...

 

 

          * * *

 

Daha bu şəhərdən getmək zamanı

Yerim qalmayıb gecələməyə.

O qədər aldatdım yordum ürəyi-

Daha haqqım da yox güc eləməyə

 

yaş o yaş deyil, ki zaman

Yüz yerə bölünüb dağılır güman

Məndən uzaq durun - mən uğursuzdan

Gəldim diləkləri puç eləməyə.

 

Bilmədən qəlbimi qoydum sapanda,

Sözüm oxşamadı inci, mərcana

Yolum da qurtarıb,çatmışam sona

Əlvida, hazıram köç eləməyə

 

 

Mədəniyyət.-2009.-15 yanvar.-S.13.