“Azərbaycanlılar (etnik-siyasi
tarixə ümumi baxış)” kitabı
AMEA Tarix İnstitutunun
direktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Azərbaycanlılar
(etnik-siyasi tarixə ümumi baxış)” adlı kitabı
işıq üzü görüb.
“Aspoliqraf” nəşriyyatı
tərəfindən nəşr olunmuş kitabda dünya
tarixində dərin iz qoymuş və zəngin mədəniyyət
yaratmış Azərbaycan xalqının etnik-siyasi tarixinə
qısa nəzər salınır. Geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuş bu kitabda
dünyanın ən böyük türk xalqlarından biri
olan azərbaycanlılar barədə yeni
axtarışların nəticələri nəzərə
alınmışdır. “Azərbaycanlılar” kitabı Azərbaycan
xalqının tarixi ilə maraqlananlar üçün vəsait
rolu da oynaya bilər. AMEA Tarix İnstitutu Elmi
Şurasının qərarı ilə çap olunan
kitabın redaktoru dosent Yeganə Gözəlovadır.
Mədəniyyət.-2009.-24 yanvar.-S.2.