Müzakirə mövzusu:
“Əqli mülkiyyət
hüquqlarının müdafiəsi və piratçılığa
qarşı mübarizə”
Dünən Azərbaycan Respublikası Müəllif
Hüquqları Agentliyi və Avropa İttifaqının Azərbaycana
Texniki Yardım üzrə Milli Koordinasiya Bürosunun təşkilatçılığı
ilə “Avropa İttifaqında və Azərbaycanda əqli
mülkiyyət hüquqlarının müdafiəsi və
piratçılığa qarşı mübarizə: təcrübə
və problemlər” mövzusunda beynəlxalq seminar işə
başlayıb.
Seminarda “MDB ölkələrində
və Avropa İttifaqında əqli mülkiyyət
hüquqlarının reallaşdırılması:
qanunvericiliyin tənzimlənməsi və təcrübə”,
“Kompyuter proqramı təminatından qanuni istifadənin təmin
edilməsi: problemlər və qarşıda duran vəzifələr”,
“Əqli mülkiyyət hüquqlarının təmin edilməsində
təhlükəsizlik orqanlarının rolu”
mövzularında məruzələr dinlənilir.
Mədəniyyət.-2009.-24 yanvar.-S.2.