“Azərbaycanfilm” kinostudiyası müəlliflərin
hüquqlarını Kinorejissorlar Gildiyasına həvalə
edib
İctimai Televiziya isə
bununla razı deyil
Məlumdur ki, sovet dönəmində çəkilən
Azərbaycan filmləri
“Azərbaycanfilm” kinostudiyasının
əmlakı hesab olunur. Bu filmlərin
müəlliflərinin hüquqlarının
qorunması ilə Azərbaycan Professional Kinorejissorlar
Gildiyası məşğul
olur. Telekanallar yayımladığı həmin filmlərin hər birinə görə “Azərbaycanfilm”
kinostudiyasına müəyyən
olunmuş məbləğı
ödəməlidir. Amma son zamanlar
İctimai Televiziya Rejissorlar Gildiyasının
bu sahədə olan hüquqlarını tanımadığını bildirir.
Hətta
bununla bağlı veriliş də yayımlayaraq rejissor Ələkbər Muradovun narazılığını və
Mədəniyyət və
Turizm Nazirliyinin bu işə münasibətini nümayiş
etdirdi. Buna qədər isə Rejissorlar Gildiyası İ
TV-nin bu addımına qarşı
iddia qaldıraraq qarşı tərəfi məhkəməyə verib.
Məhkəmə artıq hazırlıq
iclasını keçirib,
fevralda isə işə baxılacaq.
Bütün bunlarla bağlı
biz hər üç
tərəfin məsələyə
münasibətini öyrəndik.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasından
Şahirə Tacəddin: “Bir müəllifin fikri və etirazı hələ hər şey demək deyil”
Azərbaycan Professional Rejissorlar
Gildiyasının mətbuat
xidmətinin rəhbəri
Şahirə Tacəddin
bildirdi ki, İ TV-nin efirində bir müəllifin (rejissorun )
fikri və etirazı hələ hər şey demək deyil: “Əlavə 200 müəllif
var və onların da fikirləri bizə önəmlidir. Hələlik isə məhkəmə
bitməmiş Rejissorlar
Gildiyası heç bir fikir bildirmək
istəmir. Çünki hər şeyi ədalət məhkəməsi
araşdırıb həll
edəcək”.
İctimai Televiziyadan
Tahir Məmmədov:
“Azərbaycan filmlərinin yayımı ilə bağlı lisenziyanın
verilməsində, həmin
filmlərin yayım mexanizmində qanunvericiliyin
tələbinə uyğun
hərəkət etmək
istəyirik”
İctimai Televiziyanın
ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri
Tahir Məmmədov bildirdi ki, İ TV bu məsələni qanun çərçivəsində
həll olunmasının
tərəfdarıdır: “Bu məsələdə Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin mövqeyi çox vacibdir. Bununla bağlı artıq
Mədəniyyət və
Turizm Nazirliyinin münasibəti var. İ TV-nin
də mövqeyi bəllidir. Biz Azərbaycan
filmlərinin yayımı
ilə bağlı lisenziyanın verilməsində,
həmin filmlərin yayım mexanizmində qanunvericiliyin tələbinə
uyğun hərəkət
etmək istəyirik və ümid edirik ki, məhəkəmə
ədalətli qərar
verəcək”.
Mədəniyyət və Turizm Nazirliyindən
Cəmil Fərəcov: “İ TV reklamdan
pul qazanırsa, deməli, kinostudiya ilə müqavilə bağlayıb, həmin filmlərə müəyyən
olunmuş məbləği
ödəməlidir”
Bütün bunlara isə Mədəniyyət
və Turizm Nazirliyinin Kino şobəsinin
Milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcovun münasibəti belə oldu: “İ TV “Azərbaycanfilm”
kinostudiyası ilə
müqavilə bağlamır.
Kinorejissorlar Gildiyası özəl
təşkilatdır. Bu
təşkilat sadəcə
kinematoqrafçıların, müəlliflərin hüquqlarını
qoruyur. “Azərbaycanfilm” kinostudiyası
dövlət təşkilatıdır,
onun əməkdaşlarının
yaradıcılıqdan kənar
işləri aparmağa
imkanı yoxdur. Bu səbəbdən onlar Kinorejissorlar Gildiyası ilə müqavilə bağlayıb
bu işi onlara həvalə ediblər. İTV-dən başqa bütün telekanallar sovet dönəmində çəkilən filmlərin
əmlak sahibi kimi kinostudiyaya müəyyən məbləği
köçürür.
Azərbaycanfilm” kinostudiyası da bu məbləğin 18%-ni
Kinorejissorlar Gildiyasına
ödəyir ki, filmin müəlliflərinə
çatdırılsın. 18%-in də
6%-i rejissor, 6%-i ssenari
müəllifi və filmdə işləmiş
digər məsul şəxslərə ödənilir.
Bir daha qeyd edim
ki, sovet dönəmində çəkilən
filmlərimiz “Azərbaycanfilm”
kinostudiyasının mülkiyyətidir.
Bu əmlak onlarındır.
Sadəcə Gildiya müəllif
hüquqları ilə
məşğuldur. İ
TV reklamdan pul qazanırsa, deməli, kinostudiya ilə müqavilə bağlayıb,
həmin filmlərə
müəyyən olunmuş
məbləği ödəməlidir.
Amma müstəqillik dönəmində
çəkilən filmlərin
müəllif hüquqlarını
isə Kinorejissorlar Gildiyası qoruyur. Qanun da bunu dəstəkləyir
və inanıram ki, məhkəmədə
Kinorejissorlar Gildiyası
qalib gələcək”.
İntiqam
Mədəniyyət.-2009.-31 yanvar.-S.8.