Gənclərimiz özlərini təsdiqləyə bilirlər

 

Gənclər və idman naziri Azad Rəhimov: “Ölkə gənclərinə dəstək olmağı özümüzə vəzifə hesab edirik”

 

Azərbaycanda gənclərə qayğı hər zaman dövlətimizin diqqətində olub. Ölkə gəncliyinə göstərilən bugünkü diqqətin əsası ulu öndərimiz tərəfindən qoyulub. Onun təşəbbüsü ilə 1996- il fevralın 2- ilk dəfə olaraq müstəqil Azərbaycan gənclərinin I forumu keçirilib. 1997-ci il fevralın 1- forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Belə bir əlamətdar gün ərəfəsində Azərbaycan gənclər idman naziri Azad Rəhimov mətbuata açıqlama verib. Nazir bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın sağlam gələcəyini yeni dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmağı mühüm vəzifə kimi irəli sürüb. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri istər respublikada, istərsə beynəlxalq aləmdə ən müxtəlif sahələrdə özlərini təsdiqləyə bilirlər” - deyən A.Rəhimov ötən illərlə müqayisədə bu gün Azərbaycan gənclərinin fəaliyyətində, təfəkküründə, intellektual səviyyəsində baş verən irəliləyişlər haqqında danışıb: Artıq gənclərimiz Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirlərin təşəbbüsçüsü olurlar. Ötən il respublikamızın paytaxtında keçirilən bir neçə beynəlxalq tədbir, o cümlədən Avropa İttifaqınınGənclər fəaliyyətdəproqramı çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi Böyük Britaniyanın Milli Gənclər Agentliyi ilə birgə BakıdaGənclərin əməkdaşlığının yeni modeli”, yeni yaranmış dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının rəhbərləri üçünGənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının iştirakımövzusunda təlim kursları məhz bizim gənclərin təklifi ilə reallaşdırılıb”.

Azərbaycanlı gənclərin mədəniyyətlərarası dialoqdakı rolundan danışan nazir deyib ki, bu gün Azərbaycan gəncliyi mədəniyyətimizin dünyaya təqdim olunmasında da mühüm rol oynayır: “Ötən il bu baxımdan tədbirlərlə bol oldu. Belə ki, 2008-ci ilin martında Avropa Tələbələr Forumu-Bakıİctimai Birliyi ilə birgə Bakı şəhərindəBeynəlxalq Novruz Festivalı Azərbaycanda-2008” adlı beynəlxalq tədbir keçirildi. Bu tədbir dünya gənclərini xalqımızın milli adət ənənəsi, dəyərləri tarixi haqqında məlumatlandırmaq məqsədi daşıyan mədəniyyətlərarası gənclər mübadiləsi təşəbbüsüdür. Festival çərçivəsində Gürcüstan, Rusiya, Türkiyə, Rumıniya, Finlandiya, Ukrayna, İspaniya, Hollandiya, Moldova, Macarıstan, Almaniya, Belçika Fransadan olan 26 əcnəbi gənc iştirak etmişdir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər etdilər, eyni zamanda Bakı şəhərində təşkil edilmiş bayram tədbirlərinin şahidi oldular, sonra isə ailələrdə Novruz axşamını qeyd etdilər. Bundan başqa, iştirakçılardözümlülük”, “yerli adət ənənələr qloballaşma”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi s. mövzular üzrə müzakirələr apardılar”.

Açıqlamasında A.Rəhimov gənclərimizin sivilizasiyalararası dialoqdakı fəallığını da xüsusi olaraq vurğulayıb: “İnamla demək olar ki, gənclərimiz bu sahədə həddindən artıq fəaldırlar. Ötən ilin may ayında Bakıda Avropa Şurası, İSESKO, Avropa Gənclər Forumu Dialoq Əməkdaşlıq Uğrundaİslam Konfransı Gənclər Forumu ilə birgə təşkil ediləcəkİslamafobiya dini ayrı-seçkiliyin müxtəlif növləri: gənclərə təsiri qarşısının alınmasında gənclərin fəaliyyətimövzusunda beynəlxalq konfransın hazırlıq iclası keçirilib. Hazırlıq iclasında konfransın adı, tarixi, məqsədi, vəzifələri, müzakirə olunacaq mövzular, konfransın işçi dilləri, iştirakçıların sayı, konfransda iştirak üçün qoyulan tələblər bir sıra texniki məsələlər müzakirə olunub.

Yenə həmin ayda İslam Konfransı Gənclər Forumu (İKGF) ilə birgəXocalıya ədalət - Qarabağa azadlıqbeynəlxalq kampaniyanın rəsmi elan olunma mərasimi keçirilib gənclər təşkilatlarının iştirakı ilə Memorandum imzalanıb. Kampaniyanın keçirilməsi il bağlı İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva erməni işğalçı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər haqqında obyektiv məlumatlara dünya ictimaiyyətinin diqqətini cəlb etmək, sözügedən faciələrə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi, eyni zamanda Azərbaycanın Qarabağ münaqişəsində milli maraqlarının müdafiə olunması məqsədilə bu təşəbbüslə çıxış edib. Bundan başqa, kampaniyaya daxil olan şəkillərin beynəlxalq tədbirlər zamanı, həmçinin beynəlxalq təşkilatların qərargahlarında təşkil olunacaq sərgilərdə nümayiş etdirilməsi illik müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına kömək göstərilməsi bizim nazirlik tərəfindən həyata keçirilən vacib işlərdəndir.

Belə ki, “Almaniyada Azərbaycan Gəncləri günləri”nin keçirilməsi ilə bağlı təşkilati işlər həyata keçirilib nümayəndə heyətinin tərkibi müəyyənləşdirilib. İyunda keçirilənŞərq-Qərb” X Bakı Beynəlxalq Kinofestivalının təşkilində nazirlik payçı kimi iştirak edib”.

Azad Rəhimov gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliği, əxlaqi keyfiyyətlərin aşılanması istiqamətində Gənclər İdman Nazirliyinin gördüyü işlərdən danışıb.

Rəhbərlik etdiyi nazirliyin xüsusilə yaradıcı istedadlı gənclərə daim dəstək olduğunu deyən A.Rəhimov bildirib ki, bu mənada onların təşəbbüslərinin layihələrinin həyata keçirilməsinə nazirlik tərəfindən yardım göstərilir: “Belə ki, may ayının 26-da  keçirilən VIII Bakı Kitab Bayramının təşkil olunmasında nazirlik yaxından iştirak edib. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının hazırladığıAzərbaycan Respublikası iqtisadiyyatının sosial-iqtisadi inkişaf istiqamətləriadlı kollektiv monoqrafiyanın nəşrinə  kömək edilib. Pərviz YusifinQum kəndirnəşrinə, Aydınxan ƏbilovunCağın kulturoloji meyarlarıaraşdırma Səlim Babullaoğlununİlyas Köcmənin şəkil dəftərişeir kitablarının nəşr edilməsində Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi paycı kimi iştirak edib. Bakı İncəsənət Mərkəzində 28 May Respublika Günü münasibətilə Yeşim Ağaoğlunun fərdi yaradıcılıq sərgisinin keçirilməsinə sərginin kataloqunun nəşrinə  kömək göstərilib.

Bundan əlavə, gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə maraqlar üzrə klubların yaradılması   respublikanın şəhər rayonlarındaGənclər evi”nin inşa edilməsi nazirliyin qarşısında duran əsas vəzifələrdəndir. İl ərzində Abşeron, Yevlax şəhərlərində gənclər evləri inşa edilib”.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.-2009.-31 yanvar.-S.5.