Əlibaba Məmmədovun yubileyi qeyd olundu

 

Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, muğam ustası, “Şöhrət” və “İstiqlalordenli Əlibaba Məmmədovun 80 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, əvvəlcə Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevanın yubilyara ünvanlandığı təbrik məktubu oxunub.

Yubiley mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva xanəndənin ən gözəl sözlərə və arzulara layiq olduğunu bildirib: “Əlibaba müəllim Azərbaycan musiqi sənətinin yaraşığıdır. Mədəniyyət aləmində böyük ənənələrin daşıyıcısıdırbu ənənələri yaşadır. Əlibaba Məmmədovun bəstələri Azərbaycan musiqisinin incisidir”.

Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam etdirilib. Gənc ifaçılar Oksana Aslanova, Şahin Yaqubzadə, Sevda Nurəliyeva, Pərvin Məmmədov, Səidə İslamqızı, İlkin Əhmədov, Tamara Muradova, Tural Salmanov, Babək Niftəliyev, Rəvanə Ərəbova başqalarının ifasında yubilyarın müəllifi olduğu mahnılar səslənib.

 

 

Mərkəz.- 2010.- 14 aprel.- S. 3.