Bankların sayına görə MDB-də üçüncüyük

 

Filialların sayında isə «Böyük səkkizlik»dən 10 dəfə geri qalırıq

 

Son dövrlər Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr aparılır, bu barədə müxtəlif fikirlər səsləndirilir. «İqtisadi forum» jurnalının baş redaktoru Samir Əliyev dünyanın müxtəlif ölkələrində bankların sayı ilə bağlı material hazırlayıb. Yazıda beynəlxalq təcrübədə olan faktlardan istifadə edən S.Əliyev müqayisəli təhlillər aparıb. Bu mövzuda ölkəmizdə müzakirələr aparıldığını nəzərə alaraq yazıdan bəzi maraqlı məqamları diqqətinizə çatdırırıq.

Müəllif qeyd edib ki, hazırda dünyada bankların sayının azaldılması prosesi gedir. Qlobal maliyyə böhranı bu prosesi daha da sürətləndirib: «Kommersiya banklarının sayına görə, ABŞ liderdir. Bu ölkədə 7 minə qədər bank fəaliyyət göstərir. Bankların sayına görə, ikinci böyük ölkə Almaniyadır. Bu göstəriciyə görə, üçüncü ölkə Rusiyadır. Hazırda Rusiyada 1058 bank fəaliyyət göstərir».

Ölkələr Bankların sayı Əhalinin sayı, milyon nəfər Hər 100.000 nəfərinə düşən bankların sayı

 

ABŞ 6936 308,9 2,3

Almaniya 2048 81,8 2,5

Fransa 880 65,5 1,3

Avstriya 867 8,4 10,3

İtaliya 793 60,3 1,3

İsveçrə 327 7,8 4,2

Polşa 70 38,2 0,2

Rumıniya 41 21,5 0,2

Çexiya 37 10,5 0,4

Bolqarıstan 30 7,6 0,4

Lixtenşteyn 15 0,036 15

Mozambik 13 16,1 0,1

Litva 12 3,3 0,4

Çernoqoriya 11 0,624 1,8

Estoniya 9 1,34 0,7

Andorra 8 0,084 8

MDB ölkələri

Rusiya 1018 141,9 0,7

Ukrayna 175 49 0,4

Azərbaycan 46 9 0,5

Qazaxıstan 34 15,2 0,2

Belarus 32 9,5 0,3

Özbəkistan 30 27,6 0,1

Qırğızıstan 22 5,3 0,4

Ermənistan 22 3,2 0,7

Gürcüstan 19 4,4 0,4

Moldova 15 3,6 0,4

Tacikistan 13 7,4 5,7

Türkmənistan 11 5,1 0,2

 

Cədvəldən məlum olur ki, Azərbaycanda bankların sayı MDB- Rusiya Ukraynadan sonra üçüncüdür. Ölkədə əhalinin hər 100 min nəfərinə 0,5 bank düşür. Əhalinin hər 100 min nəfərinə düşən bankların sayına görə, Azərbaycan MDB ölkələri arasında yalnız Tacikistandan, Rusiyadan Ermənistandan geri qalır. Tacikistanda bu göstərici 5,7, Rusiya Ermənistanda isə 0,7 təşkil edir. Empirik analizlər göstərir ki, bankların sayına bir çox amillər - tarixi, makroiqtisadi, institusional amillər təsir göstərir. Bura inflyasiya, adambaşına düşən ÜDM-in həcmi, bank sektorunun nisbi ölçüsü daxildir. Adambaşına düşən ÜDM-in həcmi artdıqca bank xidmətlərinə (pulköçürmələrinin həcmi artır, kreditlərə tələbat artır, depozit baza artır) tələbat da artır. Bank biznesinin cəlbediciliyi bazara yeni oyunçuların çıxmasını şərtləndirir ki, bu da bankların sayını artırır. Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə ölçmək olar».

Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM- payı 5%-i ötmür.

Müəllif qeyd edir ki, istənilən ölkədə bankların sayının ixtisarı maliyyə resurslarının konsentrasiyasını artırır: «Azərbaycanda hazırda konsentrasiya yüksək səviyyədədir. 5 bankın aktivlərinin cəmi aktivlərdə payı 61% təşkil edir. Mərkəzi Şərqi Avropa ölkələrində oxşar vəziyyətdir. Qərbi Avropa ölkələri arasında - Portuqaliya, Danimarka Yunanıstan bu göstəriciyə - 65-70%-ə uyğundur».

Avropa ölkələrinin bank sektorunda konsentrasiya səviyyəsi belədir:

 

Ölkələr Bazarın payı, %-

Niderland 84

Belçika 83

Finlandiya 81

Yunanıstan 67

Danimarka 67

Portuqaliya 63

İsveç 54

Fransa 47

İrlandiya 44

Avstriya 44

İspaniya 44

Böyük Britaniya 33

Lüksemburq 32

İtaliya 27

Almaniya 22

Orta göstərici 53

 

İnkişaf etmiş ölkələrdə bir banka əhalinin hər milyon nəfərinə düşən filialların sayı yüksəkdir.

Böyük səkkizliy”ə daxil olan ölkələrin bank filiallarının sayı aşağıdakı kimidir:

Ölkə Bankların sayı Filialların sayı Orta hesabla bir banka düşən filialın sayı 1 milyon nəfər düşən filialların sayı

 

ABŞ 7475 59895 8 268,4

Almaniya 2400 45467 18,9 565,8

Rusiya 1205 3295 2,7 23

Fransa 880 26370 30 419,5

İtaliya 778 30944 39,8 523,1

Britaniya 346 11300 32,7 240,5

Yaponiya 247 35371 143,2 277,6

Kanada 70 9327 133,2 284,3

Azərbaycan 46 626 14 70

 

Müəllif qeyd edir ki, Britaniya, İsveçrə, İsveç, Belçika, Finlandiya Norveç kimi Avropa ölkələrində filialların bağlanması tendensiyası müşahidə edilib: «Skandinaviya ölkələrində filiallar şəbəkəsi 1991-1992-ci il böhranından sonra restrukturizasiya olunaraq azalıb. Britaniya, İsveçrə Belçika birləşmiş bankların filialları bir-birini təkrarladığı üçün bağlanıb. Filiallar ancaq 3 Avropa ölkəsində - Almaniya, İtaliya İspaniyada artıb. İtaliya İspaniyada bu regional bank ekspansiyasına qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlıdır. Azərbaycan bank filiallarının inkişaf səviyyəsi hələlik arzu olunan səviyyədə deyil. 1 milyon sakinə düşən filialların sayına görə, “Böyük səkkizlikölkələrindən ən azı 10 dəfə geri qalır. Beynəlxalq təcrübədə 1 banka orta hesabla 22 filial düşür. Azərbaycanda 2010-cu il yanvarın 1-i tarixinə 626 filial fəaliyyət göstərir. Onların 38-i Beynəlxalq banka məxsusdur. Ölkədə 40 bankın yerli filialı var, 6 bankın isə yoxdur. Bir bankın orta hesabla 14 filialı mövcuddur. Əhalinin hər milyon nəfərinə düşən bank filiallarının sayı isə 70-dir. Bank aktivlərinin ÜDM- payı ilə bağlı göstəricələr Azərbaycanda zəifdir. 2009-cu ildə bank aktivlərinin ÜDM- payı 34% təşkil edib. Bu Şərqi Avropa ölkələrinin göstəricilərindən (65-80%) təxminən 2 dəfə azdır. Bu göstərici inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Fransada 280%, Almaniyada 300%, Britaniyada isə 400% təşkil edir. Bank kreditlərinin ÜDM- payı 24%, əmanətlərin payı isə 7%-dir. Həmin göstəricilər orta Avropa göstəricisindən dəfələrlə aşağıdır. Belə müqayisələrin siyahısını çoxaltmaq da olar. Reallıq ölkədə bankların sayının azaldılmasını tələb edir. Məhz bu addımla maliyyə institutlarında yüksək kapitallaşmanı maliyyə dayanıqlığını təmin etmək, bankların rəqabət qabiliyyətini artırmaq olar».

 

 

Mərkəz.- 2010.-15 aprel.- S. 6.