Zəlimxan Yaqubun 60 illik yubileyi keçirilib

 

Dünən Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

APA-nın məlumatına görə, öz yubiley tədbirində səhnəyə çıxan Zəlimxan Yaqub ürək sözlərini tamaşaçılarla bölüşüb: “Çox qürur iftixar duyuram ki, bu gün Heydər Əliyevin adını daşıyan bu sarayda mənim yubileyim qeyd olunur. Bu gün Azərbaycanın mədəniyyətinə, incəsənətinə yiyə durulur. Çox çətinliklərdən sonra məhz son illərdə saza, sözə qayıtmışıq. Xoşbəxtəm ki, 12 ildən sonra yenidən bu sarayda xalqıma hesabat verirəm. Mən üç dəfə ölümdən qayıtdım bu gün sizlərin qarşısındayam”.

Yubilyar bütün iştirakçıları, eləcə Türkiyə, İran, Qırğızıstan, Gürcüstan digər ölkələrdən onun yubileyinə gələn qonaqlara təşəkkürünü bildirib. Daha sonraZəlimxan Yaqub - 60” adlı sənədli filmi nümayiş olunub. Mərasim çıxışlar musiqili proqramla davam etdirilib.

Yubiley mərasimində baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Misir Mərdanov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər dövlət rəsmiləri, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

 

Mərkəz.- 2010.- 17 aprel.- S. 2.