Hollandiyada Molla Nəsrəddinə heykəl qoyulub

 

Şifahi xalq ədəbiyyatı qəhrəmanının heykəli süd məhsulları fabrikinin həyətində yerləşir

 

Hollandiyada Molla Nəsrəddinə heykəl ucaldılıb. Türk dünyasının şifahi xalq ədəbiyyatı qəhrəmanının heykəli süd məhsulları fabrikinin həyətində yerləşir. O, göldə qatıq çalan formada təsvir edilib.

Hollandiya Mozaik Mədəniyyət və Sənət Vəqfinin rəhbəri Əli İhsan Ünal fabrikin sahibinin Molla Nəsrəddin heyranı olduğunu bildirib. "Qatıqların emblemində də onun şəkilləri var. Bu, Molla Nəsrəddinin Hollandiyada tanınması baxımından böyük əhəmiyyət kəsb edir. «ANS-press» haberler. com saytına istinadla yazır ki, heykəl ziyarətçilər üçün açıq olacaq. Burada onun həyatı, lətifələri və s. ilə bağlı yazılar da yerləşdiriləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, 2005-ci ildən Hollandiyanın Rotterdam şəhərində ''Hollandiya Molla Nəsrəddin şənliyi" keçirilir. Bu il eyniadlı ənənəvi şənlik oktyabr ayında başlayacaq.

 

 

Mərkəz.- 2010.- 22 aprel.- S. 13.