Bakıda
Azərbaycan-İtaliya biznes forumu keçirilib
İtaliya Azərbaycan iqtisadiyyatının
diversifikasiyasına yardım etmək niyyətindədir
Dünən Bakıda
Azərbaycan İqtisadi
İnkişaf Nazirliyi
və Azərbaycanda İxracın və İnvestisiyaların
Təşviqi Fondunun (Azpromo)
təşkilatçılığı
ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib.
Tədbirdə çıxış
edən Azərbaycan iqtisadi
inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, 2009-cu ildə Azərbaycanda
ÜDM-in artımı
9,3%, sənayenin inkişafı 12,8%, kənd təsərrüfatında
3,5% artım olub: “Bu ilin ilk rübündə
isə ÜDM 5,4%, pərakəndə əmtəə
dövriyyəsi 8,3%, əhalinin nominal gəlirləri isə 6,5%
artıb. İndiyədək Azərbaycana 70 mlrd.
ABŞ dolları həcmində investisiya yatırılıb
ki, bunun da yarısından çoxunu xarici investisiyalar təşkil edir».
N. Səfərov bildirib
ki, iki ölkə
arasında ticarət dövriyyəsi 4 mlrd.
ABŞ dolları olub:
“Bunun 128 mln. dolları Azərbaycana idxal olunan malların,
qalanı isə İtaliyaya ixrac olunan malların
payına düşüb. Azərbaycanla
İtaliyanın əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir ki,
buna da böyük
potensial var».
Tədbirdə çıxış
edən İtaliyanın Azərbaycandakı səfiri Mario Baldini qeyd
edib ki, İtaliya Azərbaycanın ilk
tərəfdaşlarındandır.
APA-nın məlumatına görə,
İtaliyanın iqtisadi inkişaf
nazirinin müavini Adolfo Urso deyib
ki, hazırda Azərbaycanda bir sıra İtaliya
şirkətləri fəaliyyət göstərir ki, bunlar sənaye
və tikinti sahələrinə
aiddir: «Həmçinin, bir
neçə İtaliya
şirkəti Azərbaycanda hotellərin tikintisində iştirak edir. Daha bir neçə
İtaliya şirkəti Azərbaycanla əməkdaşlıq
etməyə maraq göstərir
ki, bunlar da turizm, mebel
və sənaye sahəsi
ilə məşğul olan şirkətlərdir».
İtaliyanın Azərbaycan
iqtisadiyyatının diversifikasiyasına yardım edəcəyini
bildirən nazir müavini
qeyd edib ki, İtaliya Azərbaycana
kənd təsərrüfatı, yeyinti və turizm kimi sahələrdə yardım göstərə bilər:
“Hazırda İtaliyada 4,3 mln.
şirkət fəaliyyət göstərir ki,
burada hər 11 nəfərə
1 şirkət düşür. Hər il İtaliyada
26 mlrd. avro dəyərində yeyinti
məhsulu istehsal olunur”.
Xatırladaq ki, biznes-forumda 100-ə yaxın şirkət iştirak edir. Onlardan 40-ı İtaliya, qalanı isə Azərbaycan
şirkətləridir. Tədbir çərçivəsində
Azərbaycanla İtaliya arasında
əməkdaşlığa dair sənəd də imzalanıb.
Mərkəz.- 2010.- 27 aprel.- S. 7.