Bakıda Beynəlxalq Turizm Səyahətlər Sərgisi başlayıb

 

Dünən Bakıda 9-cu Azərbaycan Beynəlxalq Turizm Səyahətlər Sərgisi “AITF 2010” öz işinə başladı. Sərginin açılış mərasimində ölkə prezidenti İlham Əliyev iştirak etdi. Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən tədbirə qatılan 100-dən çox şirkət, bu il 2 pavilyonda qərarlaşmışdı. Turizm Səyahətlər SərgisiSərgini ziyarət et - dünyanı kəşf et!” şüarı altında keçirilirdi. Sərgidə ilk dəfə olaraq Azərbaycanın regional turizm sektoru geniş şəkildə təqdim olunurdu. Demək olar ki, bütöv bir pavliyon ölkəmizin istirahət zonaları, sanatoriyaları mehmanxanaların ekspozisiyasına həsr edilmişdi. Pavliyonun girişində stendi qurulan Xaçmaz rayonu sərgiyə 5-dən çox istirahət mərkəzi mehmanxana tipli obektlə qatılmışdı. Sərgi iştirakçılarına Xaçmaz rayonu ərazisindəki istirahət mərkəzləri, göstərilən xidmətlər barədə geniş məlumat verilirdi. Xaçmaz Rayon Regional Turizm İnformasiya Mərkəzinin rəisi Vasif Əhmədov bizimlə söhbətində bildirdi ki, rayonda 70 mehmanxana bu tipli obyektlər var ki, Mədəniyyət Turizm Nazirliyi tərəfindən qeydiyyata alınıb. V. Əhmədov iki il əvvəllə müqayisədə rayondakı istirahət komplekslərində qiymətin aşağı salındığını söylədi. Onun sözlərinə görə, iki il əvvəl 1 nəfərin istirahəti üçün 80 manat tələb olunurdusa, bu il 40 manata endirilib.

Quba rayon ərazisində 40-dan artıq turizm obyekti olsa da, onlardan 5-i sərgiyə çıxarılmışdı. Sərgiyə Masallı Lerik rayonlarındakı turizm obyektləri qatılmışdı. Bu rayonların ərazisində ortabab istirahət mərkəzində bir adamın birgünlük dincəlməsi 40 manatdan 200 manata qədərdir. «Daşvənd» otelinin sahibi Hakimə Əzimova bildirdi ki, bu qiymətə səhər yeməyi atla gəzinti daxildir.

Onu da qeyd edək ki, sərgidə ölkənin turist cəlb etmək üçün potensialı olan bütün rayonları iştirak edirdi. Turizm obyektlərinin sahibləri yerli xarici turistləri qəbul etmək üçün hər cür şəraitlərinin olduqlarını desələr , sərgi iştirakçılarının çoxu qiymətlərin bahalığından narazılıq edirdi. Kamilə Quliyeva adlı sərgi iştirakçısı bizə bildirdi ki, ölkəmizin turizm obyektlərində dincəlmək, Antalyada dincəlməkdən baha başa gəlir: «Mən hər il istirahətimi xarici ölkələrdə keçirirəm. Çünki bizdə qiymətlər çox bahadır. Elə bu gün sərgiyə qatılan turizm obyektlərində qiymətlərlə maraqlandım. Bir nəfərin birgünlük dincəlməsinə 80 manat tələb edirlər. Ona görə çoxu öz ölkəmizi qoyub xaricdə istirahətə üz tutur».

Qeyd edək ki, sərgidə İtaliya, İsveçrə, Almaniya, Avstriya, Fransa, Rusiya, Ukrayna, Belarus, Çin, Kipr, Sloveniya, Latviya, Litva, Estoniya, Vyetnam, Kamboca, Sinqapurun turizm şirkətləri iştirak edirdi.

İlk dəfə olaraq sərgidə Rusiyanın tur-operatorları Sankt-Peterburq şəhəri üzrə ekskursiya turları təşkil edirdilər. Truskavets digər şəhərlərin balneoloji kurortlarını təklif edən Ukrayna şirkətləri sərgidə fəal iştirak edirdilər.

 

 

Z.QULİYEVA

 

Mərkəz.- 2010.- 29 aprel.- S. 6.