Tarixə
çevrilən insan
1988-ci ildən
yadelli təcavüzkarların işğalına məruz qalan
Azərbaycanda gedən qızğın müharibə ərəfəsində
vətənpərvərlik, humanistlik, mübarizlik və cəsarət
hissi Çingiz Mustafayevi müharibə odunun, alovunun içərisinə
səslədi.
Çingiz Mustafayev
1960-cı il avqust ayının 15-də anadan olmuşdu. O, 1977-ci ildə Tibb Universitetinin Sanitariya və Gigiyena fakültəsinə
daxil olub. 1983-cü ildə oranı bitirmiş, hərbçi ailəsində
tərbiyə almışdır.
Çingiz hərtərəfli maraqları olan istedadlı bir gənc idi. Yaradıcılıq, təşəbbüskarlıq
meyilləri, aldığı
tərbiyə ilə vəhdətdə onu gənclərin «cəngi» birliyində musiqi fəaliyyətinə, müharibənin
gedişində isə
müxbir, hərbi jurnalistliyə sövq etmişdi.
Mən də bir
azərbaycanlı kimi
televiziya vasitəsilə
müharibə zonalarında
çəkdiyi bir neçə reportaja baxmışdım. Müşahidələrimə
əsasən, o, bir çox müharibə zonalarında jurnalist kimi çalışır,
müharibənin gedişini
çəkirdi.
1992-ci ildə izlədiyimiz verilişlərin
birində səsləndi
ki, Ç. Mustafayev Ağdamın Naxçıvanı
kəndində gedən
döyüşlərdə mərmi qəlpəsindən
həlak oldu.
Azərbaycan demokratiyasının çağladığı və
təcavüzkarlığa məruz qaldığı
dövrdə Çingiz
çoxşaxəli əməyini
vətənə həsr
etdi. Onun qəlbindəki vətən
eşqi insana, canlı aləmə, xoş diləyi nakam ömrünün açılmaq həsrətilə
yanan qönçəsinə
döndü. Çingizin
bu gözəl və ülvi, əbədiyyətə qovuşan
ilahi arzularına vətən dağlarında
bitən, dərələrində
görünən, sanki
köksü qara, köynəyi qan rənginə boyanan lalələri, boynu bükük yaz çiçəkləri, donmuş
suları, daşa dönmüş abidələri
də sızladı, onun məşəqqətlərə
dözə bilməyən
körpə uşaq hıçqırtısıyla ağlayan yaralı vücudunu ana vətən torpağı
ağuşuna alıb
oxşadı. Çingizin
qəhrəmanlığının özünəməxsusluğu onun haqqında ən gözəl sözlərə zəmin
yaradır.
Xocalının işğalı zamanı gedən döyüşlərdə güllələrdən
deşik-deşik, didik-didik,
parça-parça olan
qadınların, uşaqların,
yaşlıların cəsədləri
içərisində haqqa,
ədalətə, insanlığa
çağırış olan hayqırtısı, soyuqdan, işgəncələrdən
donmuş körpə
qızcığazı əllərinə
alıb iniltili hıçqırtıları insanı
hiddətləndirir.
Vətənin dağılmış
köksü onun ləyaqətli, vətənpərvər
qəlbini didib parçalayırdı. Onun
televiziya vasitəsilə
nümayiş edilən
sünilikdən uzaq olan mübarizliyi hər bir azərbaycanlının
yaddaşından, qəlbindən
illər keçsə
də, silinməz. O, əbədi olaraq insanların qan yaddaşında mətnlik,
milli mübarizlik siması ilə həkk olundu. Onun çəkdiyi reportajlar indi bütün dünyaya göstərilən, sübuta
yetirilən tarixə dönüb.
Çingiz öz canını
azərbaycanlı ana-bacıların,
körpələrin, qardaş
və oğulların
çarəsizlikdən qurtulması,
xalqımızın azadlığı
və xoşbəxtliyi
uğrunda qurban verdi.
Müharibə zamanı soyuq və işgəncədən
donmuş kiçik qızcığazın vücudunu
yana-yana, ağlayaraq ölümün pəncərəsindən
xilas etməsi, onun vicdanlı və humanist həkim olmasını təzahür
edir. Ana torpağımız
gözəl Azərbaycanımız
onun uğrunda əziz canını fəda edən nakam Çingiz oğlunu öz isti, qaynar qucağında
əbədi olaraq bəsləyir.
Çingiz Mustafayevin Milli qəhrəman kimi saf qəlbindəki
mütərəqqi arzuları
daim yaşayır. Azərbaycanın döyünən
qəlbi öz nəbzində həmişə
onu duyur və yad edir.
Qəhrəmanlığın şəhidlik, millilik zirvəsində ucalan əbədiyaşar simasının anadan olmasının «50 illiyi» ərəfəsində bir
insan kimi, tərbiyəsi, psixoloq kimi ürək sözlərimi, qəlbimin
səsini göz yaşlarımsız qələmə
almaya bilmədim.
Min illər boyu yadellilərin diqqətində olan torpağımızın qorunmasında,
Milli azadlıq mübarizəsində tarixin
yaddaşına hopan bir gün azad
yaşamağı 40 il
kölə yaşamaqdan
üstün bilən,
cəngavər, heyrətamiz,
əzəmətli Babəkin,
«Məndə sığar
iki cahan, mən bu cahana
sığmazam» söyləyərək
dərisi soyulsa da, əqidə və məsləkindən
dönməz İmaməddin
Nəsimi kimi ulu balalarımızın qanı ilə suvarılan torpağımız
Çingiz kimi dəyanətli, mərd, igid oğullar yetişdirib.
Yazı «ANS-press» nəşriyyat
Evinin Milli Qəhrəman, tele-jurnalist
Çingiz Mustafayevin
50 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında keçirdiyi vətənpərvərlik
ruhunda ən yaxşı məqalələr
müsabiqəsinə təqdim
olunur.
Esmira Məhərrəmova,
pedaqoq-psixoloq
Mərkəz.- 2010.- 14 avqust.- S. 15.