HEYDƏR
ƏLİYEV
«Bakinski
raboçi» qəzetinin 17 iyul 1923-cü il tarixli sayında
onların adları bir-bir çəkilir, 18 qazma
ustasının yolda olduğu bildirilirdi.
Amerika
səfəri zamanı Heydər Əliyev Ağ evdəki tədbirlə
yanaşı, daha 75 işgüzar danışıq
aparmışdır. Onun müsahibləri sırasında
«Bi-Pi-Amerika», «Frontera resursez», «Şevron», «Pennzoyl», «Yunokal»,
«Konoko», «Eksson» və «Şell» kimi ən böyük şirkətlərin
başçıları olmuşdur.
Prezidentin
qrafiki bu görüşlərlə də məhdudlaşmırdı.
O, konqresmenlərlə, senatorlarla, Beynəlxalq Əlaqələr
Komitəsinin sədri Gilmanla, Nümayəndələr
Palatasının spikeri Qinqriçlə söhbətlər
aparmışdır. Bu danışıqlar
ayrıca mövzu olaraq Azərbaycanın milli
maraqlarının beynəlxalq meydanda inadkar və
ardıcıl müdafiəsinə, ABŞ Konqresi tərəfindən
Azadlığa dəstək Aktına bədnam 907-ci əlavənin
aradan götürülməsi uğrunda mübarizəyə
yönəldilmişdir.
Yəqin
ki, Azərbaycandan kənardakı oxucularımızın
çoxuna «907-ci əlavə» adlı sənəd heç nə
deməyəcək. İzah edək: 1992-ci ildə ABŞ
konqresi «Azadlığı müdafiə aktı»nı
müzakirə edirdi. Böyük Amerika sahibkarı R. Bernsin
sözlərilə desək, həmin günlərdə ermənilər
təkcə Azərbaycanın döyüş meydanlarında
deyil, həm də ABŞ Konqresinin kabinetlərində və
zallarında mübarizə aparırdılar. Sonunda, erməni
lobbisi bu sənədə 907 saylı əlavənin
yazılmasına nail ola bildi. Bu düzəlişdə, «Ermənistanı
blokadada saxladığına görə Azərbaycana heç
bir maddi kömək edilməyəcəyi» qeyd olunurdu. Ermənistan-Azərbaycan
müharibəsi bitənə qədər bu düzəliş
qüvvədə qalmalı idi. Heydər Əliyev məhz bu ədalətsizliyə
qarşı, təcavüzün qurbanı olduğu halda, Azərbaycanın
bütün dünyaya təcavüzkar kimi təqdim
olunmasıyla mübarizə aparırdı.
Əliyevin
okeanın o tayına səfəri ilə bağlı daha bir
neçə epizoda nəzər salaq:
Fikir
verin, o, necə gərginliklə işləyir, öz
müsahiblərini necə nəzakətlə və təmkinlə
öz tərəfinə çəkib «maarifləndirir».
İyulun
28-də Nyu-Yorkda «Bi-Pi-Amerika» neft şirkətinin təmsilçiləri
Stiv Persi, Edd Uayhet və Maykl Taunshetlə görüş
keçirilir.
H.
Əliyev deyir:
- Azərbaycanda dünyanın müxtəlif
ölkələrinin, o cümlədən Amerika Birləşmiş
Ştatlarının şirkətləri ilə, həmçinin
neft- mədənlərində fəaliyyət göstərən
şirkətlərlə müştərək işlərin
geniş aparılması üçün hər bir şərait
yaradılmışdır.
Ölkəmizə qoyulan xarici sərmayələrin
qorunması qanunvericiliklə təsdiqlənmişdir. Azərbaycan
öz iqtisadiyyatını bazar münasibətləri əsasında
qurur və öz qapılarını dünyanın
üzünə açıb.
Avqustun
2-də Heydər Əliyev Hyustonda «Pennzoyl» şirkətinin
prezidenti Ceyms Peytlə görüşür:
-
«Pennzoyl» Azərbaycana gələn ilk xarici şirkətlərdən
biridir. Mən «Pennzoyl»un ölkəmizdə qaz-kompressor
stansiyasının yaradılmasında və Azərbaycanda qaz
hasilatının artırılmasında xidmətlərini
yüksək qiymətləndirirəm. «Pennzoyl»un «Əsrin
müqaviləsi»ndə öz payı var, «Qarabağ»
yatağının müştərək işlənilməsi
üzrə müqavilənin həyata keçirilməsində
isə sizin şirkət aparıcı rol oynayır. Mən
bilirəm ki, Azərbaycanın maraqlarını Birləşmiş
Ştatlarda təqdim və təbliğ etməklə, siz
böyük iş aparırsınız.
Avqustun
3-də yenə Hyustonda o, «Eksson» şirkətinin prezidenti Tenni
Kuntsla danışıqlar aparır:
-
1994-cü ildə «Əsrin müqaviləsi» imzalandıqdan
sonra qalan kiçik hissənin bölüşdürülməsi
böyük çətinlik törədirdi. Yadınızda
qalmış olar, o vaxt sizin kimi, bir çox iri kompaniyalar bu
hissəni almaq istəyirdi. Həmin şirkətlər
arasında sizin ölkənizin təmsilçiləri kimi,
Avropanın da, qonşularımızın da şirkətləri
vardı. Siz bunu bilirsiniz, mən də bilirəm, adlar çəkmək
istəmirəm, bu artıq tarixdə qalmışdır.
Onda
mənə də qərar qəbul etmək çətin idi,
çünki sizin şirkətlə yanaşı
başqaları da, eynilə belə sanballı olanlar bizimlə
həqiqətən, yaxşı münasibətlər qurmaq
istəyirdilər.
Uzun
götür-qoydan sonra qərara gəldim. Bu qərar «Eksson»a
«Əsrin müqaviləsi» imzalandıqdan sonra ona
qoşulmağa imkan verdi. Və bundan sonra sizinlə bir
neçə görüşüm oldu. Mən istəyirdim ki,
siz ayrıca bir yataqda işləyəsiniz. Yaxşı ki, nəhayət,
bu baş tutdu. Yatağın adı «Naxçıvan»dır, mənim
doğulduğum yer belə adlanır. Və bu, üzərinizə
daha böyük məsuliyyət qoyur...
-
Bəli, - cənab Kunts dillənir, - «Eksson» bununla fəxr edir.
Maraqlıdır,
görəsən, bu danışıqlar zamanı Prezidentin qəlbində
hansı dərin hisslər baş qaldırırdı. Öz
kiçik vətəni Naxçıvana sevgisini dilə gətirməklə,
sanki müqəddəs bir etirafı
açıqlayırdı.
- Mən doğulduğum yeri bir də ona
görə sevirəm ki, 1990-cı ildə, Moskvada
yaşadığım zaman, həyatım təhlükəyə
məruz qaldığı vaxt, mən təqib olunurdum,
çox-çox maneələrlə üzləşirdim və
mən Azərbaycana qayıtdım, Bakıda yaşamaq
mümkün olmadığından, anadan olduğum yerə-
Naxçıvana getdim. Orada çox çətin günlər
yaşadım, amma Naxçıvan məni mehribancasına
öz qoynuna aldı və mən əlimdən gələni
etdim ki, o yaşasın. Ola bilsin, oraya qayıtmasaydım, bu
diyarın sakinlərini böyük təhlükə gözləyərdi.
Ona görə mən öz vətənimi- anadan olduğum
yeri çox sevirəm. Dar günlərdə o mənə
kömək əlini uzatdı, mən bunu çox qiymətləndirirəm.
Gözləyirəm ki, siz işə fəal
başlayacaqsınız. Bilirəm ki, «Eksson» Amerikanın ən
böyük neft şirkətidir. Amma bilmirəm, indiyədək
Ağ evdə müqavilələr
imzalamısınızmı?
-
Bu ilk dəfə baş verdi!
-
Görürsünüzmü, biz sizinlə sadəcə
müqaviləni imzalamamışıq, həm də onun
Ağ evdə imzalanmasına nail olmuşuq! Mən sizinlə
bir neçə dəfə Bakıda və Birləşmiş
Ştatlarda görüşmüşəm. Ancaq indi Ağ evdə,
sizin hökumətin rəhbərlərilə birgə,
onların iştirakı ilə müqavilə imzaladıq. Bu
özü-özlüyündə tarixi hadisədir və
müqaviləni də siz imzalamısınız.
cənab
Kunts bildirir:
-
Bizim şirkətimiz Azərbaycanın Dövlət Neft
Şirkəti ilə birgə Xəzərdə «B-9» bloku
üzərində işləyir. Bu perspektivli struktur dərin
su qatlarının altında yerləşir. Həmin
struktur üzrə də yaxın zamanda müqavilənin
imzalanması yaxşı olardı. Bu bizə və ARDNŞ-ə
daha böyük dərinliklərə getməyə və
oradan neft çıxarmağa imkan verərdi... Şübhəsiz
ki, siz bu yatağa ad qoyacaqsınız, çünki «B-9»
adı heç nədən xəbər vermir...
-
Bəli, bu müvəqqəti addır, müqavilə
imzalanandan sonra başqa ad olacaq. Mən Natiq Əliyevə
tapşıraram ki, bu barədə mənə məlumat
versin.
-
Biz Xəzərin iri, dərində yerləşən
strukturlarının işlədilməsinə qatılmaq istəyirik
və yaxın zamanda öz təkliflərimizi ARDNŞ-ə təqdim
edəcəyik. Zənnimcə, Xəzərin Azərbaycan
sektorunun dərin laylarında böyük neft ehtiyatları
var. «Eksson»un təcrübəsi və imkanları bu
yataqların ARDNŞ ilə birgə rasional istifadə ediləcəyi
haqqında danışmağa əsas verir.
cənab
Prezident, fürsətdən istifadə edib, əvvəllər
sizinlə danışdığım başqa bir məsələyə
də toxunmaq istəyirəm. Söhbət Xəzərdəki
qaz yataqlarının istismarından gedir. O zaman biz elan etdik ki,
bu qaz yataqları, onların istismarı və mavi
yanacağın nəqli haqqında təklifləri Azərbaycan
Dövlət Neft Şirkəti ilə birgə
hazırlayacağıq. Bu təkliflər hazırdır və
hesab edirəm ki, bizim vitse-prezident və cənab Natiq
Əliyev onları bütün müddəalar üzrə
razılaşdıracaqlar. Qaz yataqlarının istismarı
üzrə daha fəal hərəkətlərə əl
atılmalıdır, çünki bu məhsula müştəri
axtarışı neft istehlakçısının
axtarışından fərqlidir, burada rəqabət yüksəkdir.
Yaxınlıq amilini nəzərə alaraq, Azərbaycan
qazı üçün ən yaxşı satış
bazarı Türkiyə ola bilərdi. Sizin şimal qonşunuz
«Qazprom» Türkiyə ilə bir neçə müqavilə
bağlasa da, Türkiyənin hələ də bu məhsula
ehtiyacı var. Buna görə də bu bazarı əldən
verməmək üçün, kəşfiyyat işləri
sürətləndirilməlidir.
-
Əgər məsələ öz həllini tapıbsa, Natiq
Əliyevə tapşırıq verərəm və siz
danışıq aparıb, son layihəni
hazırlayarsınız. Mən sizin sözlərinizlə
razıyam. Qaza böyük ehtiyac bizim bölgədə də,
Türkiyədə də, başqa ölkələrdə də
var və buna görə siz bu işə operativ
başlasaydınız, sox yaxşı olardı... Bizim
dostluğumuz çox etibarlıdır və mən
bütün təklifləri nəzərdən keçirəcəyəm.
Qaz yataqlarına aid təkliflərin sürətləndirilməsi
üzrə sizin fikirlərinizlə tam razıyam.
Avqustun
3-də yenə də «Hyuston»da Heydər Əliyev «Teksako»
şirkətinin vitse-prezidenti Robert Blak ilə
görüşür:
-
«Teksako»nun 95 illik tarixi var və o, 80 ildir ki, dünyanın
müxtəlif ölkələrində layihələr həyata
keçməkdədir, - deyə Robert Blak söhbətə
başlayır. - Amma Azərbaycana gəlməkdə biz
gecikmişik. Bir neçə il öncə şirkətin
direktorlar şurası qərar qəbul etmişdir ki, biz Xəzər
bölgəsinə getməyək və mən indi bu qərara
görə çox təəssüflənirəm.
Dünyanın bir çox şirkətləri kimi, biz də səhv
edirik...
-
Kim deyir ki, səhv etmir, demək, həqiqəti söyləmir,
- Heydər Əliyevin çöhrəsinə xəfif təbəssüm
qonur.
-
Səhvi başa düşmək, boynuna almaq və səhvə
yol verdiyini etiraf etmək lazımdır.
-
Şirkət idarə heyətinin yeni rəhbərliyi Azərbaycanın
neft yataqlarının işlənməsində uzun müddət
iştirak etmək üçün əməkdaşlığa
başlamaq arzusundadır...
Prezident buna qısaca cavab verdi:
- Azərbaycanın qapıları
bütün dünyaya, bütün şirkətlərə, ələlxüsus,
Amerika Birləşmiş Ştatlarının şirkətlərinin
üzünə açıqdır və bununla əlaqədar
hələ istifadə etməyə imkan var. Yaxşı ki,
siz səhvinizi başa düşmüsünüz.
Bəs “907” necə olsun?..
Bir dövlət
olaraq ABŞ öz xarici siyasətini tənzimləyərkən
Konqresin mövqeyi ilə əksər hallarda hesablaşmaq məcburiyyətindədir. Xüsusilə ona görə
ki, müvafiq proqramların maliyyələşdirilməsində
əsas söz sahibi Konqresdir.
SSRİ
dağılandan sonra, 1992-ci ildə Konqres region ölkələrinə
uzunmüddətli yardım proqramını təsdiq etdi. Proqram “Fridom Sapport Akt” (Azadlığa dəstək
Aktı) təşkilatı tərəfindən
hazırlanmışdı və bu proqramın 907-ci maddəsi,
prezident Konqresi əmin etməyənə qədər, Azərbaycan
Ermənistana düşmənçilik hərəkətlərindən,
həmçinin, Ermənistan mallarına embarqodan əl
çəkib, o vaxta qədər Azərbaycana yardım
göstərməyi qadağan edirdi. 907-ci maddəni təhlil
edən Amerika analitiklərindən biri onun genezisini
“ABŞ-ın Erməni Assambleyası və Erməni Milli Komitəsi
tərəfindən uğurlu lobbiçiliyin” nəticəsi
kimi şərh edirdi.
Prezident Heydər
Əliyevin Vaşinqtona səfərindən əvvəl də,
sonra da ABŞ-ın Azərbaycanla münasibətlərini əngəlləyən
bu düzəliş haqqında müxtəlif səviyyələrdə,
hətta Konqresin özündə də kəskin mübahisələr
gedirdi. Müxtəlif
qurumlar və fərdi şəxslərdən bu maddənin ləğv
edilməsi təklifləri daxil olurdu. Amerikanın
keçmiş məşhur siyasi xadimləri (əvvəl
adlarını çəkmişdik - müəllif) Konqresdə
lobbiçiliklə bu maddənin ləğvinə
çalışırdılar. ABŞ
Dövlət Departamentinin ciddi səyləri də diqqətdən
yayınmırdı. Departamentin Xəzər
regionunun enerji inkişafı ilə bağlı Konqresə
verdiyi hesabatda bu açıq-aydın göstərilirdi.
Bu hesabatda Dövlət Departamenti ABŞ
qarşısında həlli zəruri olan səkkiz vacib məsələnin
durduğunu göstərirdi. Siyahıda
birinci yerdə müəlliflərin fikrinə görə, təkcə
Amerikanın Azərbaycana yardımını deyil, eyni zamanda
Birləşmiş Ştatların bu ölkəyə təsirini
məhdudlaşdıran 907-ci maddə dururdu. Heritec Fondu
hazırladığı ikinci hesabatda da (“ABŞ-ın Qafqazda
və Mərkəzi Asiyadakı siyasəti: Yeni
”İpək yolu ilə tərəqqiyə doğru”)
Respublikaçılar partiyasına yaxın mövqedən
çıxış edərək, Azərbaycana qarşı
sanksiyaları ləğv etməyi təklif edirdi.
ABŞ
administrasiyasının adından 907-ci maddənin ləğvinə
çağırış S. Telbottun Mərkəzi Asiya
Universitetindəki çıxışında da səslənmişdi. Bunu “əlaqələrin inkişafı
yolunda özümüzün yaratdığı maneə”
adlandıran Telbott administrasiyanın bu maddə ilə razı
olmadığını bildirərək deyirdi: “Mən
güman edirəm ki, siz bu məsələ ilə
bağlı gələn həftə Prezident Əliyev
Vaşinqtona gələndə daha geniş informasiya
alacaqsınız”.
Heydər
Əliyevin prezident Bill Klintonla və ABŞ-ın qanunvericilik
hakimiyyətinin nümayəndələri ilə
görüşlərindən geniş informasiya verilmirdi. Azərbaycan Prezidenti Corctaun
Universitetindəki çıxışında bu sanksiyanı ədalətsiz
adlandırdı və onun ləğvinə
çağırdı. Əliyevin
çağırışları, sanksiyaya verdiyi qiymət və
keçirdiyi görüşlər zamanı ortaya qoyduğu
arqumentlər təsirsiz ötmürdü.
Hər iki
partiyanın nümayəndələri, təşkilatlar və
ayrı-ayrı şəxslər tərəfindən səslənən
tənqidlərə cavab olaraq, ABŞ Konqresi bu istiqamətdə
ciddi işləməyə başladı. Həmin dövrdə “Azadlıq/Azad
Avropa” radiostansiyalarının yaydıqları xəbərə
görə, Demokratlar partiyasının beynəlxalq münasibətlər
komitəsinin rəhbəri, İndiana ştatından olan
demokrat konqresmen Li Hamilton “bu qadağanın ləğvinin
vaxtının çatması” fikri ilə tamamilə razı
olduğunu bildirmişdi. Konqresmen Piter Kinq
(Nyu-Yorkdan olan respublikaçı) qanunvericilərə bu
qanunun ləğv edilməsini təklif edirdi. Kanzasdan
respublikaçı senator Sem Braunbek
“ABŞ-ı regionda daha balanslaşdırılmış siyasət
aparmağa” çağırırdı.
Bütün bunları dünyaya yayan
“Azadlıq/Azad Avropa” radiostansiyası 1997-ci il
iyulun 31-də K. Falinin icmalına sadəcə belə bir
başlıq vermişdi: “Azərbaycan: Əliyev ABŞ
Konqresində Azərbaycana iqtisadi yardım məsələsində
lobbiçilik edir”. Bəli, Azərbaycana artan
maraq, ABŞ siyasətində bu ölkənin vacibliyinin
etirafı, həmçinin Xəzər neftinə
çıxmaq zərurəti ilə bağlı milli maraqlar
daha əhəmiyyətli idi, nəinki ermənipərəst
qrupların lobbiçilik cəhdləri. Həmişə
olduğu kimi, Heydər Əliyevin əvvəlcədən gəldiyi
qənaət bu dəfə də özünü doğrultdu.
Artıq ABŞ-ın regiondakı siyasətinin
qarşısında duran birinci məsələ - 907-ci maddənin
ləğv edilməsi zəruriyyəti əslində onun
daxili siyasətinin həll edəcəyi məsələyə
çevrildi. İkinci mühüm məsələ
isə regional siyasət sahəsinə aid idi - Xəzər
hövzəsi regionunda - daha fəal - Dağlıq Qarabağ ətrafında
yaranan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə
təsir göstərən siyasət yeritmək.
Telbott əvvəldə göstərdiyimiz
çıxışında yəqinliklə deyirdi:
“Münaqişəli qətnamə Amerikanın regiondakı
siyasəti üçün bir nömrəli problem ola bilər”. ABŞ
administrasiyası bu problemi üstələmək
üçün Prezident Heydər Əliyevin səfərindən
dərhal sonra 907-ci maddəyə bir sıra istisnalar etdi ki, o
da Azərbaycanla qarşılıqlı əməkdaşlıq
münasibətlərinin inkişafına öz təsirini
göstərdi. 1998-ci ildən başlayaraq
ABŞ yönlü xətt Azərbaycan xarici siyasətinin əsas
strateji məqsədlərindən birinə çevrildi.
1999-cu ildə Heydər Əliyev NATO-nun 50 illiyi
ilə əlaqədar yenidən Vaşinqtona səfər edir.
Hətta 2001-ci ildə ABŞ Ermənistan-Azərbaycan
münaqişəsi tərəflərinə silah
satışına embarqonu da götürürdü.
c. Buşun prezidentliyi dövründə
ABŞ-Azərbaycan münasibətləri daha da genişlənməyə
başladı. Həmkarı Heydər Əliyevlə
danışıqlar zamanı ABŞ Prezidenti c. Buş ölkəsinin
maraqlarından çıxış edərək bildirdi ki,
“Amerika Birləşmiş Ştatları sizinlə sıx
işləyərək, qlobal enerji təhlükəsizliyini təmin
etməyə və Azərbaycan xalqı üçün daha
firavan, dinc gələcək qurmağa yardım etməyə
hazırdır”. Dünyanın yeganə
fövqəldövlətinin gənc, müstəqil Azərbaycana
bu diqqəti şübhəsiz Heydər Əliyevin xidmətlərinin
çox gərəkli nəticəsi idi və onu sevindirməyə
bilməzdi. Heydər Əliyev əldə
edilən siyasi nailiyyətləri qorumağı və ondan
ölkəsinin, millətinin mənafeyi naminə yetərincə
istifadə etməyi bacaran siyasətçi idi. Digər tərəfdən onun şəxsi keyfiyyətləri
müsahiblərinin, dövlət
başçılarının diqqətindən
yayınmırdı. Məsələn, ABŞ Prezidenti
c. Buş (oğul - müəllif) Heydər Əliyevi belə
dəyərləndirirdi: «Heydər Əliyevin şəksiz
liderliyinə, cəsarətinə, misilsiz
dünyagörüşünə və nadir natiqlik
istedadına valehəm”. Şübhəsiz, kim
olursan ol, qarşında belə bir xarizmatik lider, kamil bir şəxsiyyət
görəndə onunla dünyanın, ölkələrin
münasibətlərini çözməyin nə qədər
asan olduğuna bir daha əmin olursan.
Üç dənizin əfsanəsi və
gerçəklikləri
2002-ci il sentyabrın
18-də Bakı-Tbilisi-ceyhan əsas neft boru kəmərinin təməlqoyma
mərasimi keçirildi. Yeni, insan əli ilə
yaradılan bu arteriya vasitəsilə Azərbaycanın «qara
qızılı» dünya bazarına çıxaraq,
respublikaya bolluq və firavanlıq gətirəcəkdi.
Təməlqoyma
mərasimi unudulmaz və həyəcanlı bir an idi. Əsas
iştirakçılar üç prezident - Heydər Əliyev,
Əhməd Necdət Sezər, Eduard Şevardnadze də həyəcanlı
idilər. Azərbaycan, Türkiyə, Gürcüstan...
Heydər Əliyev: «Qeyd etmək istərdim
ki, vaxtilə Bakı-Tbilisi-ceyhan neft kəmərinin çəkilməsinə
qarşı çıxanlar bu layihəni xülya
adlandırırdılar. Onlar Azərbaycanda
heç zaman bu qədər neftin olacağına
inanmırdılar. Bu cür danışıqlar çox
oldu... Amma bütün bunlar əsassız idi,
biz bu çətin işin öhdəsindən gələ
bildik. «Üç dəniz əfsanəsi» adlanan
konfransdakı nitqimdə dedim ki, siz burada əfsanə
haqqında danışırsınız. Mən
sizə demək istərdim ki, bu, boş xəyal deyil, əfsanə
deyil, üç dəniz birləşir. Onları
Türkiyə, Gürcüstan və Azərbaycan Amerika Birləşmiş
Ştatlarının daimi dəstəyi ilə qovuşdurub
sözügedən layihəni reallığa çevirəcək.
Ona görə də biz indi arzularımızın
reallaşdığı bir anı yaşayırıq».
Əhməd Necdət Sezər: «Mən bir
daha başda hörmətli Heydər Əliyev və
Şevardnadze olmaqla Şərq-Qərb enerji dəhlizinin
reallaşmasında əməyi olan hər bir kəsə
öz minnətdarlığımı bildirirəm. Məndən öncə Türkiyə prezidentləri
mərhum Turqut Özal və hörmətli Süleyman Dəmirəl
cənabları da fəaliyyətlərində siyasi əminlik
nümayiş etdirərək, hazırkı
uğurlarımızın başlanğıcını
yaratdıqlarına görə onlara minnətdarlığımı
bildirirəm. Arzu edirəm ki, bu nəhəng
layihə Azərbaycan, Türkiyə və Gürcüstan
xalqları arasında qarşılıqlı dostluq və
qardaşlığın möhkəmlənməsinə,
regionda sülh və əmin-amanlığın qorunmasına
xidmət etsin».
Eduard Şevardnadze: «Əsası bu gün
qoyulan əsrin layihəsi bizim gələcək nəsillərə,
nəvələrə və nəticələrə miras qalacaq.
Mən fəxr edirəm ki, məhz bizim nəsil
onlara bu cür var-dövlət qoyur. Biz
birgə səyimiz, qarşılıqlı əməkdaşlığımız
və yorulmaz fəaliyyətimiz nəticəsində,
kiçik də olsa, möcüzə yaratmaq iqtidarında
olduğumuzu dünyaya sübut etdik. Arzu
edirəm ki, gələcək işlərimizdə də bu
cür qarşılıqlı əməkdaşlığımız
nəticəsində yeni möcüzələrin
reallaşmasına imza ataq».
25 may 2005-ci il. Bu tarix də Azərbaycanın ən yeni tarixinə
daxil ediləcək. Həmin gün
Bakı-Tbilisi-ceyhan neft boru kəməri istifadəyə
verilib.
Azərbaycan
paytaxtı həmin günlərdə xüsusi bəzədilmişdi. Çoxlu qonaqlar gəlmiş,
çoxsaylı təbriklər göndərilmişdi. Ölkə Prezidenti İlham Əliyev də
çıxış edərək iqtisadiyyat ilə siyasətin
uzlaşdığı bu böyük layihənin necə
başlandığını xatırlatdı, bir çox
skeptiklərin fikirlərinə baxmayaraq, Heydər Əliyevin
bu layihəyə ürəkdən inandığını
söylədi.
- Bir çoxları Bakı-Tbilisi-ceyhan
layihəsinin reallaşmasına şübhə ilə
yanaşırdı, - borunun neftlə doldurulmasına həsr
edilmiş təntənəli mərasimdə İlham
Əliyev dedi. - Bəziləri hətta maneçilik də
törətdilər, amma bunun xeyri olmadı. Azərbaycanın
Türkiyə və Gürcüstanla əməkdaşlığı,
ABŞ-ın dəstəyi, BP-nin və başqa şirkətlərin
maddi-texniki köməyi bu əfsanənin reallaşmasına
yardımçı oldu.
ABŞ
Prezidenti Corc Buş Azərbaycan Prezidentinə xüsusi təbrik
məktubu göndərdi. O yazırdı: «Bu boru kəməri sübut edir ki, Xəzər
nefti Avropa və başqa bazarlara iqtisadi cəhətdən səmərəli,
ekoloji cəhətdən zərərsiz şəkildə
daşına biləcək».
Bakıda həmin
gün Rusiyadan da qonaqlar gözləyirdilər. Rusiya Prezidentinin enerji əməkdaşlığı
üzrə xüsusi nümayəndəsi İqor Yusupov gəlməliydi.
Amma gəlmədi. Dedilər
ki, xəstələnib. Olan işdir.
... Əsası Heydər
Əliyev tərəfindən qoyulan nəşrə, onun
oğlu - Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev daha 2 cildin əlavə olunmasını təklif
etdi. Materiallar Heydər Əliyevin ABŞ,
Rusiya və digər dövlətlərə səfərləri,
danışıq və müsahibələri içərisindən
seçildi. Kitablar Heydər Əliyevin təklif
etdiyi «Azərbaycan nefti dünya siyasətində» adı ilə
dərc olundu. Oğul atasının yolunu
davam etdirdi.
2004-cü ilin avqust ayında Fransanın
«Mond» qəzeti «Niyə neft geosiyasi arenaya qayıtdı?» sərlövhəli məqalə dərc
etdi. Qəzet «Afrikadan Xəzər regionunadək
yeni neft yataqlarının meydana çıxmasından»
yazırdı.
Xəzər
regionu «Geosiyası planda vacib ərazi olması ilə
seçilir. Müxtəlif tədqiqatlara əsasən, Azərbaycan,
Qazaxıstan və Türkmənistanda kəşf olunmuş
neft ehtiyatı 30 milyard barrel təşkil edir. Bu da demək olar ki, Şimal dənizinin neft
ehtiyatlarına bərabərdir. Bakı-Tbilisi-ceyhan
neft kəmərinin inşası Azərbaycan neftinin
Gürcüstandan keçərək Türkiyə limanı
vasitəsilə Aralıq dənizinə
çıxmasını təmin edəcək. Bütün
bunlar İran, Türkiyə və Çinin gözdən
qoymadığı bu rayonda amerikalılarla rusların gizli
qarşıdurmasına gətirib çıxarır,- deyə «Mond» bildirir. - Bu ölkələr
arasında Rusiya təkcə neft sahəsində deyil (gün ərzində
təxminən 8 milyon barrel neft ixrac edilir ki, bu da Səudiyyə
Ərəbistanının potensialı qədərdir), qaz
sektorunda da özünün imkanlarından geniş istifadə
edilməsini israr edir. Qeyd edək ki, Yaxın
Şərq dünya qaz ehtiyatlarının 36%-ni təşkil
etdiyi halda, Rusiyada bu rəqəm 45%-ə çatır. Bu iki amil Rusiya Prezidenti Vladimir Putinin Rusiya
maraqlarını satmaqda şübhəli bilinən
oliqarxların əlində olan enerji siyasətinə nəzarəti
öz əlinə almasından xəbər verir».
«Mond» 2004-cü ilin yayında neft
birjalarında «qara qızılın» qiymətinin yüksək
həddə çatmasını təhlil edərək
yazır ki, OPEK və təşkilata üzv olmayan neft
hasilatı ölkələrinin kranı daha çox
açmağa ünvanlanan çağırışlar nəzərəçarpacaq
dəyişiklik və səmərə verməyəcək.
OPEK-ə üzv ölkələrin istehsal gücü
hazırda 96%-ə qədər yüksəlib, ondan tələb
olunan, gündə 2 milyon barrel əlavə neft hasil etmək
isə bir o qədər də asan başa gəlməyəcək.
Analitiklərin
fikrincə, yeni enerji partlayışını Çin
yaradıb. Beynəlxalq Energetika Agentliyinin verdiyi məlumata
görə, 2025-ci ildə bu ölkənin neftə tələbatı
gün ərzində 5,5 milyon barreldən 11 milyon barrelə qədər
yüksələcək. Təkcə bu ölkənin
payına dünya tələbatındakı artımın
40%-i düşür. Tezliklə yüksək
istehlakçılar sırasına Çinlə birgə
inkişaf etməkdə olan digər Asiya ölkəsi
Hindistanın da qatılacağı gözlənilir.
2004-cü ilin iyununda Böyük Britaniyanın son on ildə
ilk dəfə olaraq neft idxalına başlaması dünyada
yeni dövranın başlandığını xəbər
verən bir nişanədir.
Neftə
tələbat artır. Bəs bu qədər nefti hardan əldə
etmək olar? Nəzəri cəhətdən kəşf
edilmiş neft ehtiyatlarına görə Səudiyyə Ərəbistanından
sonra dünyada ikinci yeri tutan İraq dövləti təklifin
genişləndirilməsində həlledici rol
oynamalıdır. Lakin ölkədəki vəziyyətin əlverişsiz
olması məsələnin həllinə maneçilik
törədir. Bu cür şübhələr qismən
bütün ərəb-fars zonasında da mövcuddur. Nəticə
etibarilə, yeni təchizat mənbələrinin
axtarılmasına ehtiyac duyulur. «Mond»un qənaətinə
görə, onlardan biri Xəzərdir.
Mərkəz.- 2010.- 11 dekabr.- S.10-11.