Rumıniyada Azərbaycanla bağlı konfrans keçirilib

 

Tədbirdə Dağlıq Qarabağla bağlı ətraflı məlumat verilib

 

Buxarestdəki Rumın-Amerikan Universitetində (RAU) Azərbaycana həsr olunmuş konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir universitet rəhbərliyinin, Buxarest Yazıçılar Assosiasiyasının, Azərbaycanın Rumıniyadakı səfirliyinin Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü dəstəyi ilə təşkil olunub.

Tədbirdən əvvəl Rumın-Amerikan Universitetinin rektoru doktor Ovidiu Folkuts ilə Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor H. Qırbya, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev səfirliyin humanitar məsələlər üzrə attaşesi Fəxri Kərimli arasında görüş olub. Görüş zamanı O. Folkuts Azərbaycan haqqında belə bir tədbirin keçirilməsinə çoxdan hazırlaşdıqlarını, bu işdə həmin ali məktəbin müəllimi Şerban Corceskunun böyük əməyinin olduğunu bildirib. O, həmçinin, başçılıq etdiyi universitet ilə Azərbaycandakı ali məktəblər arasında əməkdaşlıq əlaqələrinin qurulması, gələcəkdə RAU-da təhsil almaq üçün Azərbaycandan tələbələrin cəlb olunması kimi layihələri həyata keçirmək niyyətində olduqlarını qeyd edib.

Soydaşlarımız bildiriblər ki, Rumın-Amerikan Universiteti kimi nüfuzlu ali məktəbdə Azərbaycana dair ilk tədbirin keçirilməsi olduqca müsbət hal kimi qiymətləndirilməlidir Azərbaycan tərəfi perspektivdə bu universitet ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır.

Söhbət zamanı universitetdə ənənəvi olaraq təşkil edilən tələbələrlə əcnəbi diplomatların görüşü layihəsi çərçivəsində Azərbaycanın Rumıniyadakı səfirinin bu ali məktəbə dəvət olunması barədə ilkin razılıq əldə olunub.

Universitetin konfrans salonunda keçirilən tədbirdə Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbya Azərbaycan haqqında təəssüratlarını bölüşüb.

H. Qırbya Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən bəhs edib XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi zamanı erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri, xüsusilə vurğulayıb. Rumın yazıçısı, eyni zamanda, 20 Yanvar hadisələri, azərbaycanlıların soyqırımı Quba kütləvi məzarlığı haqqında da ətraflı məlumat verib. H. Qırbya qeyd edib ki, xristianlığın dövlət dini elan edildiyi ilk ölkə Ermənistan deyil Azərbaycanda daha erkən dövrlərə aid xristian abidələrinin aşkar edilməsi bu faktı bir daha sübut edir.

Konfransın sonunda Rumın-Amerikan Universitetinin rektoru, doktor Ovidiu Folkuts, Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor H. Qırbya, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İ. Hacıyev səfirliyin humanitar məsələlər üzrə attaşesi F. Kərimli Azərbaycanla bağlı, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin kökləri Azərbaycan dövlətinin problemin həllinə dair mövqeyi ilə bağlı sualları cavablandırıblar.

 

S.Mehrəliyev

 

Mərkəz.- 2010.- 15 dekabr.- S. 5.