HEYDƏR ƏLİYEV
Qızı nənəsi
tərbiyə etdi. Məktəbi əla qiymətlərlə
bitirdi. Amma arzuladığı Tibb İnstitutuna qəbul
etmədilər. Onlar Moskvaya müraciət etdilər. Paytaxtdan
cavab çox tez gəldi: «Vətəndaş N. M.
Şəmsəddinskaya qəbul imtahanlarına
buraxılsın».
İlyinin
əsərləri professor Şəmsəddinskayanın
stolüstü kitabıdır. Üz qabığında onun
sonralar dul qalan xanımının imzası görünür:
«Bizim əziz Nailə Musayevna Şəmsəddinskayaya,
böyük müəllim və insan F. N. İlyindən bir
xatirə».
Çox fərəhli
haldır ki, Bakıda, Azərbaycanda belə insanları
hələ də xatırlayırlar.
Beynəlxalq Valyuta Fondunun
prezidenti cənab Kamdessyu xanımı ilə Bakıya
gələndə onları Heydər Əliyev qəbul
etmişdi. O, xanım Kamdessyuya kiçik bir Azərbaycan xalçası
bağışlayır:
- Qoy bu hədiyyə
sizə bizim ölkəmizi xatırlatsın.
- cənab Əliyev, siz
sanki mənim fikrimi oxumusunuz. Məhz bu cür naxış, bu
cür rəngli xalçalar zövqümü oxşayır,
- deyə xanım Kamdessyu təşəkkür etdi.
Həyat yoldaşı da
əlavə etdi:
- Burada olmaqdan artıq
qorxuram. cənab Prezident xanımımın fikirlərini
oxuyur. Gülərək deyir: - Görünür, tez
getməli olacağıq.
Dostluq
şəraitində davam edən söhbət Heydər
Əliyevin SSRİ Nazirlər Soveti, Siyasi Bürodakı
fəaliyyəti dövrü ətrafında davam etdirildi.
Əliyev Kremldəki kabinetində əvvəllər Stalinin
Sovet Xalq Komitəsindəki birinci müavini Molotovun
çalışdığını xatırladı. O,
həm Komitədə katib vəzifəsində, həm
də xarici işlər naziri vəzifəsində
çalışıb, Stalinin yaxın silahdaşlarından
biri olub. Tarixə biganə olmayan Komdessyunu Vyaçeslav Mixayloviç
Molotovun şəxsiyyəti çox maraqlandırırdı.
Onun fikrincə, Xruşşovun rəqibi olan bu
siyasətçi ədalətsiz olaraq qəbul
edilməmişdir. Əliyev mövzu ilə bağlı
mövqeyini izah etdi. Siyasi Bürodakı iclaslardan
fraqmentlər danışdı. Kamdessyu Əliyevə
diqqətlə qulaq asır və heyrətlənirdi: «Axı
siz bütün bunları necə yadda saxlayırsınız?»
Əliyevin heyrətamiz
yaddaşı əvvəldə qeyd etdiyimiz kimi, bir
çoxlarının təəccübünə səbəb
olmuşdu. Buna sübut olaraq, Heydər Əliyevi uzun illərdən
bəri tanıyan insanların söhbətlərini də
misal gətirmək olar.
1968-ci il dekabrın
23-də respublika DTK-sının sədri general Heydər
Əliyev öz kabinetində Neft və Kimya İnstitutunun
məzunu, gənc mühəndis-energetik Xəqani
Bağırovla söhbət edir. Onun atası
Azərbaycanın qocaman çekistlərindəndir və
oğlu da onun davamçısı olmaq istəyir. Heydər
Əliyev mütəxəssisi sahənin texniki yenilikləri
barədə sorğu-suala çəkir, teatrda son vaxtlar
hansı tamaşalara baxdığıyla, oxuduğu kitablarla,
musiqi zövqüylə maraqlanır. Xəqani çox
oxumuş, savadlı, rus və xarici ədəbiyyatın
klassiklərini bilən, amma Azərbaycan klassiklərindən
yalnız Nizami ilə Füzulini yaxşı bilən bir
gənc təsiri bağışlayır. Heydər Əliyev
bunu ona irad tutaraq bildirir ki, öz milli mədəniyyətimizi
də dərindən öyrənmək lazımdır,
belə olarsa, dünya ədəbiyyatını daha
gözəl mənimsəmək olar. Söhbətin sonunda
Əliyev onların böyük ailəsi ilə, bacı
və qardaşlarının nə işlə
məşğul olduqları ilə maraqlanır. Bu
hadisədən on dörd il keçir. Bu müddət
ərzində həm Heydər Əliyevin, həm də
Xəqani Bağırovun həyatında çoxsaylı
dəyişikliklər olur. Azərbaycan Dövlət
Sərhədinin Mühafizəsi İdarəsinin sədr
müavini olan Xəqani Naxçıvana gəlir. Onu Heydər
Əliyev qarşılayır. Amma əsas
məsələyə keçməzdən əvvəl
onların ailəsi ilə, bacı və qardaşları
ilə maraqlanır.
Xəqani müəllim o
günləri xatırlayaraq indi də heyrətlə deyir:
- O bizim ailənin
neçə üzvü olduğunu da xatırlayırdı.
Fatma Abdullazadənin də
maraqlı bir xatirəsini danışaq:
- İnsan çox şeyi
xatırlaya bilər və çox şeydən
məlumatı olar - bu mümkündür. Amma Heydər
Əliyev informasiyanı məhz lazım olduğu anda
xatırlayırdı. O, misal üçün, hansısa bir
kəndə gələndə on beş il əvvəl
gördüyü adamın adını da xatırlaya bilirdi:
«Vaqif, yadındadır, həmin il kolxoz sədri filankəs
idi, filan sahədə filan qədər məhsul
yetişmişdi və sən mənə şikayət edirdin
ki, yığım yaxşı təşkil olunmayıb».
Həm də bu, sadəcə ətrafdakılara təsir
göstərməkçün deyildi, - deyə Fatma xanım
əlavə edir, - bəlkə də, izaholunan bir qürur idi.
Öz gücünü göstərən bahadırlar kimi.
Onun beyni sanki indiyədək görünməmiş bir
kompyuter idi.
Ucqar kənddə və ya
müəssisədə təsadüfi bir görüş
tamam başqa şəraitdə - məsələn,
yazıçılarla görüşdə, böyük partiya
yığıncaqlarında yada düşə bilərdi.
Heydər Əliyev adətən, bütün siyasi
mühitdə «sadələr» kimi qəbul edilən insanlarla -
çoban, usta-qazmaçı kimilərlə
söhbətlərindən yerli- yataqlı danışa
bilərdi.
Maraqlıdır,
görəsən, Heydər Əliyev özü bu cür
fenomenal yaddaşı haqqında nə deyirdi:
«Bilirsiniz, çox zaman
əvvəlcədən heç bir məruzə,
çıxış hazırlamıram. Yaddaşımda olanlar
bəs edir. Hər hansı bir tamamlayıcı rəqəm
və ya materialları isə arayış şəklində
əldə edirəm... Allaha şükür, yaddaşım
yaxşıdır, ona görə hər şeyi
xatırlayıram. Hələ əvvəllər, sovet
dövründə də öz ölkəmdə
çıxışım zamanı heç bir mətndən
istifadə etmirdim.
Moskvada bir dəfə
belə etdim, amma sonra dedilər ki, lazım deyil. Hamı
mətnlə çıxış edir, sən
seçilmək istəyirsən? Bu, əslində ona
görə deyildi. Hər adamın bir vərdişi var, bu da
məndə çoxdan yaranıb... Əgər sən bu
işlə hər gün məşğul olursansa, baş verənlərin
hamısından xəbərdarsansa, onda bütün detallar
yaddaşında həkk olunur. Bütün bunlar bir
gündə formalaşmır. Tədricən yaddaşda
toplanır, formalaşır, lazım olan anda isə
üzə çıxır. Mən belə
təsəvvür edirəm» (1999-cu il 25 dekabr. Rusiya
jurnalistləri ilə görüşündən).
Hətta «səma
dəftərxanası» da ona tabe idi
Fenomenal yaddaşla
bərabər, Heydər Əliyevi yaxından tanıyanlar ona
xas olan xüsusi yumor hissini də qeyd edirlər. O, yumoru qiymətləndirir,
zarafatı başa düşürdü. Yəqin
ki, oxuculardan çoxu Heydər Əliyevi «Şən və
Hazırcavablar Klubu»nun tamaşalarında çox
görüblər.
Ürəkdən
qəhqəhə çəkən Əliyevin
kadrlarını Moskva televiziyası da göstərib. Ən
çətin anlarda da yumor hissi Heydər Əliyevi tərk
etmirdi. Mixail Qusman Heydər Əliyevin işdən
uzaqlaşdırıldığı, adi təqaudçü
olduğu vaxtlardan bir epizodu xatırlayır:
«Kino evində məşhur
yazıçı Maqsud İbrahimbəyovun oğlu, rejissor
Murad İbrahimbəyovun yeni filminə baxış
keçirilirdi. Maqsud premyeraya Heydər Əliyevi də
dəvət etmişdi. Sadəcə,
nəzakət xatirinə çağırmışdı,
inanmırdı ki, Heydər Əliyev gələ bilər.
Amma qeyd olunan vaxtda Kino evinin qarşısına
bahalı xarici maşınlarla bərabər, köhnə bir
«Moskviç» də yaxınlaşdı. Bu,
Heydər Əliyevin keçmiş mühafizə xidmətinin
rəhbəri Saşa İvanov idi. Heydər
Əliyevi, onun qızı Sevili premyeraya gətirmişdi.
Film Heydər Əliyevin çox xoşuna gəldi və
o, İbrahimbəyovları - həm atanı, həm də
oğulu təbrik etdi, yeni yaradıcılıq uğurları
arzuladı və getməyə hazırlaşdı. Amma premyeradan sonra yüksək qonaqları banket
gözləyirdi. Maqsud Heydər
Əliyevdən xahiş etdi ki, banketdə də iştirak
etsin. Heydər Əliyev
məmnuniyyətlə razılaşdı.
Amma bu vaxt
qonağının işinin çox olduğuna görə
imtina edəcəyini gözləyən Maqsud özünü
itirdi. Hörmətli şəxsə, ağsaqqala xüsusi
hörmət, diqqət lazım idi. Bəs
Əliyevi kimə tapşırsın? Əlbəttə
ki, Qusmana.
Beləcə, biz
yanaşı oturduq. Onun söhbətlərdə necə
maraqla iştirak etdiyini görmək lazım idi. Mənsə hörmətli qonağı
əyləndirmək üçün onun MK-nın birinci
katibi olduğu vaxtlarda Bakıda yayılan məzəli
lətifələri xatırlamağa başladım. cəsarətimi toplayıb ona danışdım.
Maraqlı
lətifələrdən biri bu idi ki, Bakıda hətta hava da
Əliyevə tabedir. Həqiqətən də, bakılılar
bir çox maraqlı təsadüflərin şahidi
olmuşdular. Tutalım buludlu havadır,
günorta isə Heydər Əliyevin mitinqdə və
kursantların nümayişində çıxışı
gözlənilir. Onun gəlişi
ərəfəsində isə hava gözlənilmədən
açılır.
Budur, Azərbaycan
paytaxtının baş meydanında - Lenin meydanında camaat
növbəti tədbirə toplaşıb. Səhərdən pis hava
şəraiti var: yağış, külək, soyuq... Saat onda Əliyev öz əməkdaşlarıyla
gəlir. O saat yağış kəsir, külək
dayanır, günəş çıxır.
- İstəyirsən öl, istəyirsən qal, bu
belədir! - deyə Qusman söhbəti
davam etdirir.
Biz tədbirdən
dağılışırıq, hava məsələsi
barədə kimsə ciddi, kimsə zarafatla danışır.
Və bu vaxt mən o günlərdə SİTA-nın Azərbaycandakı
şöbəsinin rəhbəri, Azərbaycan KP MK-nın
katibi, Azərbaycan Ali Sovetinin deputatı və Heydər
Əliyevin o vaxtkı spiçrayteri (məruzə yazan - red.
), hazırda dünyasını dəyişmiş Yefim
Qriqoryeviç Qurviçi görürəm. Yeri
gəlmişkən, onun oğlu, o da dünyasını
dəyişib, Qrişa Qurviç Moskvada çox maraqlı,
ağıllı və səmimi bir veriliş aparırdı:
«Staraya kvartira». Mən ona yaxınlaşıb zarafatla
deyirəm:
-Yəqin ki, Heydər Əliyevin «səma
dəftərxanası» ilə xüsusi münasibətləri
var. Fikir verin, o gələn kimi yağış dayanır,
külək kəsir və günəş çıxır.
Müdrik Qurviç mənə belə cavab verir:
- Bilirsən, «səma dəftərxanası»nda da
ağıllı adamlar oturub. Nəyə görə onu
hirsləndirsinlər ki...
Mən bunu Heydər
Əliyevə danışanda, - televiziyada çox maraqlı
müəllif proqramının - «Hakimiyyətin formulu»nun
yaradıcısı Mixail Qusman xatirəsini bitirir, - o, elə
bir qəhqəhə çəkdi ki, az qala stuldan
yıxılacaqdı».
Heydər Əliyevlə söhbətində
nəzakətli Mişa bircə sözü
dəyişmişdi: Əslində Qurviç belə
demişdi: «Onlar niyə onunla kəllə-kəlləyə
gəlsinlər ki?»
Əlbəttə ki, bu
sözdəyişimi ilə həqiqətin mahiyyəti
dəyişmir.
«Bakının
bütün küçələrini yaxşı
tanıyıram»
2000-ci ilin iyununda,
Bakının isti günlərində Azərbaycanda Rusiya
mədəniyyəti günləri keçirilirdi. Dünya
şöhrətli kollektivlər, mədəniyyət
işçiləri gəlmişdilər. Gələnlərin
hamısı Bakı, Gəncə, Sumqayıt və
Naxçıvan şəhərlərində
gülərüzlə, səmimi qonaqpərvərliklə
qarşılanırdı.
- Son illərdə burada hər şeyin bu qədər
dəyişdiyinə mən özüm də
təəccüblənirəm, - Heydər Əliyev
görüşlərin birində heyrətini gizlədə
bilməmişdi. - Bakı mənim üçün yeni
şəhər deyil. 16 yaşımdan Bakıda
oxumuşam. Tələbənin də
işi nədir? Oxuyur və küçələri
gəzib hər şeylə
Nə isə Heydər
Əliyev həmsöhbətlərini bütün Bakıda
«gəzdir»di.
İçərişəhəri, vaxtilə 40-cı
illərdə çimərlik kimi istifadə edilən
Dənizkənarı bulvarı, Bakının ən qədim,
dağlıq yerlərini...
Heydər Əliyev Bakıya
rəssam, memar, qurucu nəzərləri ilə baxırdı. Abşeron
yarımadasından danışarkən, hər dəfə
onun dənizə daxil olan qartal dimdiyinə bənzədiyini
deyirdi: «Abşeron qartalın başıdır. Bənzətməni
davam etdirsək, onda Bakını qartalın gözü hesab
etmək olar».
Dağlıq ərazidən
yuxarı şəhərə qalxan pilləkənlər fayton
yoluna, sonra isə şoseyə çevrildi. Ezamiyyətlərdən
Bakıya qayıdan Heydər Əliyevin bu yolla getdiyi az olmayıb.
Qonaqlarla olanda isə Badamdar
silsiləsinin dənizin içinə kimi uzanmasından
danışırdı. Silsilənin bitdiyi yerdə isə
Şıx kəndi başlayır. Artıq
gözəl «Bibiheybət» məscidinin görüntüsü
şəhərkənarı Bakı qarşısında
canlanırdı. Şıx adı
«şeyx» sözündən yaranıb. Şeyxlər
keçmişdə müqəddəs, ağsaqqal, ruhani
insanlar kimi qəbul edilirdilər.
«Qurd qapı»sından
bütün Bakı ovuc içi kimi görünür. Aşağıda
- dağlıq ərazidən şəhər amfiteatr kimi
dənizə yaxınlaşır. Mərkəzdə
dənizə daxil olan qədim qala -
İçərişəhər yerləşir.
Bakıda daha bir qala -
Səbail də olub, indi bu əraziyə Bayıl deyirlər. Səbaili
isə Xəzərin suları udub. Hazırda,
daş kitabələr, su altından tapılan materiallar
İçərişəhərdə, Şirvanşahlar
sarayında açıq muzey kompleksində saxlanılır.
İnsanların fikir, arzu
və düşüncələrini özündə əks
etdirən Azərbaycan muğamı kimi, Bakının quru
daşları da xalqın həyatı və istəkləri
haqqında öz dilində danışır, lal
İçərişəhər
özü-özlüyündə bir kitab, canlı
salnamədir.
Şairlər tarixi
İçərişəhər abidəsinə tez-tez
müraciət edirlər. Şair Ə. Xələflinin
«İçərişəhər: daşlar, insanlar»
poemasından bir parçaya nəzər salaq:
Saraydan boylanan o türfə gözəl,
Memarın
daşlaşmış məhəbbətidir.
«Rast»ın karvanında oxunan «Üzzal»
Bitməyən tarixin
hekayətidir.
Qarşı yatan Qara dağdan su gəlir,
«Şah kəhrizi» aram-aram
çağlayır.
Bir igidin sinəsini ox dəlir,
Sevgisinə için-için ağlayır
İnsan əməlinə söykənib yaşar
Elə memar özü Qız qalasıdı,
Xəzər zaman-zaman kükrəyər, daşar
Lal sükut içində
daş qalasıdı.
Heydər Əliyev tarixin,
dövrlərin əlaqəsini qoruyub saxlamaq üçün
əlindən gələni edib, hətta gücü
çatandan da artıq çalışıb. O, Hüseyn cavidi öz
xalqına qaytarıb. Aleksandr Dzasoxov Heydər
Əliyevin bir neçə əsr əvvəl Suriyanın
Hələb şəhərində dəfn olunmuş Azərbaycanın
görkəmli şairi və mütəfəkkiri Nəsiminin
nəşini vətənə qaytarmaq üçün
göstərdiyi səyləri yaxşı xatırlayır.
Biz Nəsiminin 600 illik yubileyini
Azərbaycanın necə təntənə ilə qeyd
etməsindən artıq yazmışıq. Xatırladaq ki, Nəsiminin adı bütün
ərəb və ümumən Şərq dünyasında
məşhurdur, əsərləri onlarla dilə
tərcümə edilib, onun mənəvi və fəlsəfi
ideyaları bu gün də aktualdır. Heydər
Əliyevin göstərişi ilə SSRİ
Yazıçılar İttifaqının katibi Alim
Keşokovun rəhbərlik etdiyi nümayəndə heyəti
Dəməşqə yola düşür. Suriya rəhbərləri Nəsiminin qəbrinin
vətəninə köçürülməsinə
razılıq vermirlər. Sonra Dzasoxov Sovet
İttifaqının bu ölkədəki səfiri
vəzifəsində çalışarkən Heydər
Əliyevin xahişi ilə məsələyə bir də
qayıdır. Amma Suriya rəhbərliyi
öz mövqeyində qalır, yox cavabı verir.
- Biz bu haqda Heydər Əliyevlə Moskvada SSRİ
Nazirlər Sovetində işlərkən 2-3 dəfə
danışmışdıq. Nəsimi
qəddarcasına öldürülüb. Onu
müstəqil fikirlərinə, fərqli
düşüncələrinə görə
cəzalandırıblar. Nəsimiyə
və onun həmfikirlərinə görə, insan - Allah
tərəfindən yaradılan dünyada əsas
varlıqdır.
Bir dəfə Prezidentin
dəftərxanasından məşhur bəstəkar Arif
Məlikova zəng vurub bildirirlər ki, Prezident Səudiyyə
Ərəbistanına səfər edəcək. İstəyir
ki, onu müşayiət edənlərin arasında siz də
olasınız. Əlbəttə ki,
sənətkar razılaşır. Müsəlman
dünyasının ən böyük
mərkəzlərindən olan Məkkəni və
Mədinəni ziyarət etmək bütün
müsəlmanların ən böyük arzusudur. Amma SSRİ-nin xalq artisti, Dövlət
mükafatı laureatı, məşhur «Məhəbbət
əfsanəsi» baletinin müəllifi Arif Məlikov bu
dəvətin əsl səbəbini hələ bilmirdi. Yalnız
Səudiyyə Ərəbistanında Heydər Əliyev
bəstəkara demişdi:
- Mən istəyirdim ki, sən bu müqəddəs
yerləri görəsən və yeni böyük simfonik
əsərlər yazmağa ruhlanasan.
Arif Məlikov sonralar əbədiyyətlə
bağlı iri həcmli simfonik əsər yazmaq fikrinə
çoxdan düşdüyünü, amma heç cür
başlaya bilmədiyini etiraf edirdi: «Əvvəllər
heç ağlıma da gəlmirdi ki, Məkkə və
Mədinə mənə belə bir əsər yazmağa ilham
verə bilər. Heydər Əliyev isə böyük
fəhmlə hiss etmişdi ki, belə bir əsər yazmaq
üçün mən mütləq Məkkəni,
Mədinəni görməliyəm, onların
tükənməz gücündən daxili enerji almalıyam.
Aylar, illər keçdi, amma
mən vəd etdiyim simfoniyanı heç cür yaza bilmirdim. Görüşlərin
birində Prezident soruşdu ki, mənim simfoniyam necə oldu?
Bundan əvvəl o, həmişə «simfoniya» deyirdi, amma bu
dəfə «mənim simfoniyam» dedi…
Əlbəttə ki,
hansı əsərin nə vaxt yaranmasını zaman
özü həll edir. Bu simfoniya da vaxtı çatanda
yazıldı. Mən onu Heydər
Əliyevin 80 illiyinə həsr etdim. Ümid edirdim ki, Prezident
mənim səkkizinci simfoniyama - «Əbədiyyət
simfoniyası»na qulaq asacaq. Əfsuslar
olsun ki, bu arzum ürəyimdə qaldı. Amma bu əsər hər dəfə onun ad
günündə - mayın 10-da səsləndirilir».
General-leytenant Kondraşov
Heydər Əliyevlə yaşıddır. Öz
peşə seçimini də demək olar ki, onunla eyni vaxtda
edib. SSRİ-nin Vyanada xarici kəşfiyyat
rezidenturasının rəhbəridir. Londonda
o, Britaniya kəşfiyyatının əməkdaşı
və eyni zamanda, SSRİ-nin agenti olan məşhur Corc
Bleyklə görüşüb. Kəşfiyyat
idarəsinin rəisi və SSRİ Dövlət Sərhəd
Komitəsinin sədr müavini olarkən Kondraşov
dəfələrlə Azərbaycanda olmuşdu,
həmişə də Heydər Əliyevlə görüşmüşdü.
Amma peşəkar kəşfiyyatçı olsa
da, ilk görüşlərini xatırlaya bilmədi. Əliyevi ona təqdim edəndə Kondraşov onunla
ilk dəfə görüşürmüş kimi
danışdı. Heydər Əliyeviç isə
xatırlatdı:
- Yoldaş Kondraşov, biz sizinlə tanışıq.
- Mən istərdim ki, - deyə general-leytenant
Kondraşov qeyd edir, - oxucular onun şəxsiyyətinin
böyüklüyünü hiss etsinlər. Onun
vaxtında Bakı Yaxın Şərq ölkələri
üçün nümunə kimiydi, o, SSRİ-nin öz
yaxın qonşuları - İran, Türkiyə,
Əfqanıstanla münasibətlərinin
yaxşılaşdırılmasında əvəzsiz rol
oynamışdı. Və nəhayət,
müstəqil Azərbaycana rəhbərlik etdi.
Yeniləşmiş Sahil
küçəsinə çıxırsan,
Dənizkənarı bulvarda gəzirsən və
gümrahlaşdığını, bədəninə güc
gəldiyini açıq-aşkar hiss edirsən. Görəsən,
bu, dalğaların ritmilə, buxtanın
gözəlliyilə, yaxud dəniz havasıylamı
bağlıdır? Bunu ayırd etmək
xeyli çətindir. Bakıda su ilə
alov, dəniz ilə dağ biri-biriylə birləşir.
Bakı Xəzər ilə dağın, torpaq
ilə dənizin övladıdır. Burada
hər şey xüsusi memarlıq istedadına malik Heydər
Əliyevi xatırladır.
... Yol kənarlarında elektrik
dirəklərinin başında leyləklərin
yuvalarını görmək olar. Sular
qarışanda, havalar soyuyanda bu quşlar uzaq
ölkələrdə yuva qurmağa gedirlər. Köçəri quşların qayıtması
xeyirliyə sayılır.
İndi Dənizkənarı
bulvarda yenidən insanlar qaynaşır, valideynlər
uşaqlarını müxtəlif atraksiyonlara,
yelləncəklərə, karusellərə gətirirlər. Müxtəlif
adlar eşidilir. Amma ən çox «Heydər!» çağırırlar...
Başdan-başa yaşıla bürünən, uca
binalarla əhatə olunan paytaxtdan Heydər Əliyev
həmişə böyük məhəbbətlə
danışırdı: «Bakı dünyanın ən
gözəl şəhərlərindən biridir. Əsrlər
boyu bu şəhəri tikib yaradan insanlar bugünkü və
sabahkı nəsillər üçün gözəl bir iz
qoyublar! Biz Bakı ilə - paytaxtımızla
fəxr edirik. Biz təbiətin ona
bəxş etdiyi gözəlliklər, memarlıq
abidələri ilə qürur duyuruq».
Bakı küləklər
şəhəridir. Hərdən elə azğın yellər
əsir ki, vıyıltıdan qulaq batır. Amma tez
keçir... Səhərə yaxın Qurd
qapısından keçən yolçu dəniz
tərəfdən günəşin çıxmasını
seyr edir. Günəş, sanki, dənizin
dibindən çıxır. Bəlkə də, ona
görə Qobustan qayalarına rəsm çəkən
qədim, müdrik insanlar günəşi dənizin
övladı hesab edirdilər?..
XII FƏSIL
PREZİDENT
İLİ
Təqvimin
günləri
İnsanlar həmişə hakimiyyətin
zirvəsinə qalxmağa can atıblar. Bəziləri
çox çətinliklə, sürünərək buna nail
olur, elə buradan da xalqın yaddaşında heç bir iz
qoymadan qeybə çəkilirlər. Bir
neçə onillikdən sonra Azərbaycanın siyasi tarixinin
XX əsrin 90-cı illərinə nəzər salarkən
düşünürsən, görəsən orada kimi
görmək mümkün olacaq? Heydər
Əliyevin siyasi rəqibləri nəyə görə
məğlub oldular? Çünki xalq
yaxşını pisdən ayıraraq boşboğazların,
demoqoqların deyil, məhz Heydər Əliyevin arxasınca
getdi. Onun gücü mifik Anteydə
olduğu kimi, doğma torpaqda, ona və onun övladlarına
olan məhəbbətdə idi. Mükafatı
isə xalqın, həmvətənlilərinin ona verdiyi
qiymətdir.
Heydər Əliyev ona
görə ümummilli liderə çevrildi ki, onun əxlaqi
keyfiyyətləri ilə siyasətçi və
mütəfəkkir istedadı birləşirdi. «Hakimiyyətə
qarşı müxalifətdə olmaq olar, amma xalqına,
vətəninə, onun yüksək əxlaqi
keyfiyyətlərinə qarşı çıxmaq
yolverilməzdir», - deyən Heydər Əliyev
dəfələrlə bu fikri öz əməlində də
təsdiq edirdi. Alman filosofu Artur Şopenhauer insanın
dahiliyini, onun dərketmə imkanlarının lazım
olduğundan bir neçə dəfə artıq inkişaf
etməsində görürdü. Beləliklə,
dahilik intellektin fövqəladə
böyüklüyüdür və böyük intellekt
özünün tətbiqini, həqiqətin dərk olunan
ümumi qanunlarına xidmət etməkdə görür,
bununla da o, özünü bütün
bəşəriyyətə xidmətə həsr edir. Normal intellekt isə ayrı-ayrı
fərdlərə xidmət edir.
Bəli, Heydər Əliyevin
qeyri-adi intellekti bütün xalqa xidmət edirdi. Prezident
Şərqin böyük mütəfəkkiri
cəmaləddin əl-Əfqaninin əqidəsini bölüşərək
xalqdan ayrı xoşbəxtliyin mövcud
olmadığını deyirdi.
Bəziləri bunu
böyük siyasətçinin sadəcə borcu kimi,
xarakterinin xüsusiyyəti kimi qəbul edə bilər. Elə
isə, gəlin, Prezidentin bir illik fəaliyyət
dövrünün təqvimini vərəqləyək. Hansını seçək?
On bir illik prezidentlik
dövrü...
Bu illərin hər biri digərinə nə
qədər bənzəyirsə, bir o qədər də
fərqlənir. Ümumi xüsusiyyətləri göz
qabağındadır! Təqvim, iş
cədvəli - qəbullar, mətbuat konfransları,
çıxışlar... Amma bu xarici
görünüşdən bir-birinə bənzər
formanın hər birinin arxasında ölkə
başçısı Heydər Əliyevin
şəxsiyyətini müəyyənləşdirən,
hər dəfə onun yeni bir keyfiyyətini üzə
çıxaran məzmun dayanır. İstənilən
bir ili, misal üçün 95 və ya
99-cu ili götürmək olar. Ancaq biz təklif edirik ki, onun son
iş ilini - 2002-ci ilin təqvimini vərəqləyək.
2002-ci ildə Heydər
Əliyevin imzaladığı ilk sənədlərdən
biri «20 Yanvar faciəsinin 12-ci ildönümünün
keçirilməsi haqqında» sərəncamı oldu. Xalqların
tarixində elə günlər var ki, ilini
göstərməsən də yada düşür. İyirmi
yanvar... Bakılılar üçün,
bütün azərbaycanlılar üçün bu iki söz
kifayət edir ki, hər şey anlaşılsın. Ruslar üçün 9 Yanvar - «Qanlı bazar»
günü olduğu kimi. O vaxt 1905-ci ildə Peterburqda
öz tələblərini çara çatdırmaq
üçün nümayişə çıxan fəhlələri
gülləbaran etmişdilər.
Prezidentin
təşəbbüsü ilə hələ 1994-cü ilin
yanvarında Milli Məclisin «1990-cı il yanvarın 20-də
Bakıda təşkil edilmiş facilər haqqında»
qərarında 20 Yanvar hadisələrinə
müfəssəl hüquqi və siyasi qiymət verilmişdi.
Xatırladaq ki, onda Bakıda, Azərbaycanın bəzi
rayonlarında, fövqəladə vəziyyət rejimi elan
edilmədən, Qorbaçovun sərəncamı ilə ordu
hissələri yeridilmişdi və qan
tökülmüşdü...
Mərkəz.-2010.-16 dekabr.- S.10-11.