Jerar Depardye İçərişəhərlə tanış olub

 

Azərbaycanda səfərdə olan dünya şöhrətli fransız aktyoru Jerar Depardye İçərişəhərlə tanış olub. İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, məşhur aktyorun gəzintisi ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız Qalası ilə tanışlıqla başlayıb.

Xəzər dənizinin kənarında silindrik formada tikilmiş, nadir quruluşa malik Qız Qalasının Bakının simvolu YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş abidə olduğu vurğulanıb. Qonaq Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki müxtəlif dövrlərə aid bədii daş yonma sənətinin nümunələrinə baxıb. Buxara karvansarayında olan aktyora bu abidənin Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi öz ilkin memarlıq quruluşunu saxladığı barədə məlumat verilib.

Elektromobillərlə davam edən gəzinti zamanı İçərişəhər, Qoşa Qala Qapıları yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılıb. Gəzinti zamanı aktyor həmçinin, milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilib. Azərbaycan xalqının mədəni irsinin incisiŞirvanşahlar Sarayı Kompleksiilə tanışlıq zamanı kompleks haqqında ətraflı məlumat verilib. Kompleksə daxil olan abidələrin üzərindəki naxışlar Jerar Depardyenin xüsusi marağına səbəb olub. 2002-ci ildən fəaliyyət göstərən Miniatür kitab muzeyində olan qonaq muzeyin zəngin ekspozisiyası ilə tanış olub.

Sonda Jerar Depardye İçərişəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb Qədim şəhərə heyran olduğunu vurğulayıb.

 

Cəvahir

 

Mərkəz.- 2010.- 16 dekabr.- S. 9.