Bakının strateji nəqliyyat planı təqdim edilib

 

 

Dünən Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma İnkişaf Bankı arasında imzalanmış Qrant Sazişinə əsasən, həyata keçirilənBakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanmasılayihəsi çərçivəsində yekun planın təqdimatına həsr olunmuş konfrans keçirilib.

Nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə keçən konfransda Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Maliyyə, Ekologiya Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Dövlət Şəhərsalma Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, “Bakı Metropoliteni”nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri ilə yanaşı, Dünya Bankının, Finlandiyanın “WSP” şirkətinin YunanıstanınKLchüquq şirkətinin təmsilçiləri iştirak edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir müavini Musa Pənahovun ətraflı çıxışından sonra layihə üzrə məsləhətçi - Finlandiyanın “WSP” şirkətinin nümayəndələri Strateji Nəqliyyat Planının məqsədləri, Bakı şəhərinin ərazisi üçün nəqliyyatın gələcək imkanları, nəqliyyat sistemi ssenarilərinin müəyyən edilməsi, qiymətləndirilməsi investisiya strategiyaları, şəhər ərazisində parklanmanın idarə olunması, intermodal terminallarda parklanma tədbirləri, “Transcadmodelinin hazırlanması tətbiqi üzrə təqdimatlar keçirib.

Konfransda həmçinin, “Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planı”nın icrası ilə bağlı gələcək əməkdaşlığa dair təkliflər, o cümlədən Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar olaraq svetofor-siqnal sisteminin təkmilləşdirilməsi, şəhər ərazisində parklanma siyasətinin təkmilləşdirilməsi, şəhərin girişlərində parklanma üçün duracaqların təşkili parklanmanın idarə edilməsi, ictimai nəqliyyatın xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə texniki servis (xidmət) məntəqələrinin yaradılması, şəhər nəqliyyatının optimallaşdırılması üçünParamiksproqramının alınması tətbiqi, avtobus sürücüləri üçün simulyatorların alınması tətbiqi məsələləri müzakirə olunub.

 

Müəllif: S. MEHRƏLİYEV

 

Mərkəz.-2010.-17 dekabr.-S.7.