HEYDƏR ƏLİYEV
12 iyun 2002-ci il, Bakı
Rusiya təqvimində bu gün qırmızı hərflərlə bayram kimi qeyd olunur. 12 iyun 1990-cı ildə Rusiya Federasiyasının Xalq Deputatları qurultayı Rusiyanın Dövlət müstəqilliyi barədə Bəyannamə qəbul edib. 4 il sonra Prezident Yeltsin bu günün bayram kimi - Rusiyanın dövlət müstəqilliyi günü kimi qeyd olunmasına sərəncam verib. O zaman xalq arasında maraqlanırdılar: «Görəsən, biz kimdən qurtulub müstəqil olmuşuq?» Kremldə bu suala da cavab tapdılar: bayramın adını dəyişib «Rusiya günü» qoydular.
Bütün ölkələrdəki Rusiya səfirlikləri həmin gün böyük, təntənəli qəbullar təşkil edir. Ən ali qonaqlar ölkə prezidentləridir. Düzdür, prezidentlərin heç də hamısı Rusiya səfirliklərinə gəlmirdilər. Amma Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya səfirliyindəki «Rusiya günü»nə həsr olunmuş bu qəbullarda həmişə iştirak edərdi. Həm də böyük şimal qonşusuna sadəcə öz hörmət və ehtiramını bildirməkçün yox. Yəqin ki, burada , hələ sovet dövründən tanıdığı rusiyalı dostları, tanışlarıyla görüşmək, söhbət eləmək ona xoş idi. Budur diplomatların, siyasətçilərin, hərbçilərin dəstəsi arasında Heydər Əliyev sinəsi ordenlərlə dolu olan ortaboylu bir kişini görür. Ona yaxınlaşır:
- Hər vaxtınız xeyir, cənab Tretyakov, özünüzü necə hiss edirsiniz?
İvan Polikarpoviç öz əsasını sol əlinə keçirib sağ əlini Heydər Əliyevə uzatdı, salamlaşdı.
Rusiyanın səfiri Nikolay Timofeyeviç Ryabov Heydər Əliyevlə söhbət edən bu qocaman əsgəri, deyəsən, şəxsən tanımırdı.
Əliyev üzünü səfirə çevirdi:
- Bu cəbhəçi, qocaman yazıçı İvan Polikarpoviç Tretyakovdur. 60-70-ci illərdə biz birlikdə işləmişik. Bu, bizim köhnə qvardiyanın üzvlərindəndir.
- Sağ olun, Heydər Əliyeviç, - bu diqqətdən təsirlənmiş İvan Tretyakov dilləndi, - həm Prezident təqaüdünə görə, həm də zənginizə görə təşəkkür edirəm.
1982-ci il oktyabrın 24-də İvan Tretyakovun 60 illik yubileyi idi və Heydər Əliyev həmin gün zəng vurub onu təbrik etmişdi. Bu barədə onların ikisindən başqa heç kim bilmirdi. Səhər tezdən Mərkəzi Komitənin I katibi şəxsən zəng vurub cəbhəçi yazıçını yubileyi münasibəti ilə təbrik etmişdi. Belə zənglər, belə təbriklər heç vaxt yaddan çıxmır.
- Deməli, bu il sənin 80 yaşın tamam olur, - Heydər Əliyeviç gülümsündü. - Mütləq zəng vurub təbrik edəcəm. Yəqin ki, hörmətli səfir də bu günü yadından çıxartmaz.
Heydər Əliyev kimi şax görkəmli səfir Nikolay Timofeyeviç təsdiq əlaməti olaraq başını tərpətdi. Xəzərin sahilində bir yay da keçdi. Payızın 24 oktyabrında İvan Tretyakovun kitablarla dolu kiçik mənzilində qonaqlar, dostlar toplaşdı. Köhnə dostlar zəng vurdu - Azərbaycan yazıçıları, «Rusiya icması»nın üzvləri və s. Arxangelsk vilayətindən həmyerliləri teleqram vurub təbrik etdilər: «Sizin adınızla mərkəzi küçələrin birini adlandırmışıq».
Yalnız səfirlik susurdu. Belə diqqətsizliyə nə deyəsən!..
Fövqəladə və səlahiyyətli səfir çox gərgin işləyən adamdır. Bir müddət sonra o, öz diplomatik xidmətinin ünvanını üçüncü dəfə dəyişmişdi: Praqa, Bakı, indi də Kişinyov... Yeltsinin seçkilərinin II turu zamanı mərkəzi seçki komissiyasının sədri olmuş və o, xidmətinin əvəzi olaraq beləcə mükafatlandırıldı. Yəqin ki, layiq idi.
Həmin iyunda, Qara dəniz İqtisadi Əməkdaşlıq Birliyinə üzv ölkələrin rəhbərlərinin iştirakı ilə İstanbul şəhərində «3 dəniz əfsanəsi» adlı konfrans keçirildi. Elə konfransın adı Qara dəniz ətrafı ölkələrin Azərbaycanla əməkdaşlığına inanmayanlar üçün bir cavab idi. Zaman Azərbaycanın çiçəklənməsi üçün həyata keçirilən planların reallığa çevrildiyini sübut edirdi.
Bütün bunlar Heydər Əliyevin sammitdəki çıxışında da öz əksini tapırdı:
- Artıq 3 ildir ki, Xəzər, Qara dəniz və Aralıq dənizlərinin birgə «3 dəniz əfsanəsi» konfransı keçirilir. Görəsən, nəyə görə əvvəl bu tədbir baş tutmurdu? Çünki əvvəllər bizim indiki kimi sıx əməkdaşlığımız, bu iş haqqında kifayət qədər informasiyamız yox idi. Bundan əlavə, bu layihəyə inananlar da çox az idi. Yalnız 1994-cü ildə «Əsrin müqaviləsi» imzalandıqdan sonra bütün dünyada Xəzərin problemi danışıqlar mövzusuna çevrilməyə başladı. Ola bilər ki, indiyədək Xəzər dənizi haqda, onun bu cür zəngin neft, qaz yataqlarının olması barədə beynəlxalq aləmdə informasiya yox idi. Amma biz Azərbaycanda bu haqda bilirdik.
Sonra Prezident hər bir peşəkar neftçinin qürur duyacağı şəkildə və səviyyədə gözəl mühazirə oxudu:
- 3 dəniz əfsanəsinin bir anası var - Xəzər dənizi. Bu ananın yanında isə Azərbaycan yerləşir, - deyə Heydər Əliyev bir qədər həyəcanlı tərzdə bildirdi.
Azərbaycan türk dünyasının ayrılmaz bir hissəsidir. Sovet hakimiyyəti illərində Azərbaycanın Türkiyə ilə mədəni əlaqələri, mənəvi dəyərlərin mübadiləsi ciddi şəkildə məhdudlaşdırılmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu qadağalar da aradan götürüldü.
Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə tanıdı. Heydər Əliyev dəfələrlə bunu xatırladırdı. Qars şəhərində onun adını daşıyan parkın və bulvarın yaradılması Prezidenti çox təsirləndirmişdi.
9 iyul 2002-ci il, Peterburq
Rusiya-Azərbaycan mədəniyyəti tarixinə 9 iyul 2002-ci il əbədi olaraq həkk ediləcək. Həmin gün Sankt-Peterburqun Kamennoostrovski prospektində Azərbaycanın görkəmli rəssamı Görüş Babayevin hazırladığı dahi Azərbaycan şairi və mütəffəkiri Nizaminin heykəlinin açılış mərasimi idi.
- Nizami təkcə şair deyil, həm də dahi humanist olmuşdur, - deyə Rusiya Prezidenti Vladimir Putin açılış mərasimindəki çıxışında qeyd etdi. - Ona görə də Nizami yaradıcılığı hamıya, bəşəriyyətə aiddir.
- Keçən il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi Aleksandr Sergeyeviç Puşkinin heykəli açılmışdı, - deyə Heydər Əliyev xatırlatdı. - Bu gün Puşkinin «Pyotrun əsəri» adlandırdığı bir şəhərdə Nizaminin heykəli ucalır.
Əlavə edərək demək istərdik ki, əgər ölkələr Aleksandr Puşkin və Nizami Gəncəvi kimi nəhəng insanları bir-biri ilə bölüşə bilirlərsə, bu, çox gözəldir.
Azərbaycanda ən populyar
romanslardan birinin mətni Nizaminindir. O qəzəl belə adlanır:
«Sənsiz». Əsl sənət
xiridarlarının çoxu bu romansı unudulmaz
Bülbülün ifasında yaxşı xatırlayır.
Heydər Əliyevin fikrincə, Azərbaycan
mahnı mədəniyyətinin böyük bir epoxası
Bülbülün adıyla bağlıdır. Bülbül 1961-ci ildə həyatdan
köçdü. Əliyevin
təşəbbüsüylə böyük
sənətkarın vətəni Şuşada onun ev-muzeyi
açılmışdı. Bakıda da
onun muzeyi təşkil edilmişdi. Sənətkarın
həyat yoldaşı Adilə xanıma 80 yaşı tamam
olanda çoxsaylı təbrik məktubları, təbrik
teleqramları gəlmiş, çoxlu zənglər
olmuşdu. Amma ən gözlənilməzi
Heydər Əliyevin zəngi idi.
- Mən təəccübdən yerimdə donub
qaldım, - Adilə Məmmədova əziz xatirələrini
bizimlə bölüşür:
- Heydər Əliyev məni yubiley münasibətiylə
təbrik etdi. Aman Allah, bu insanda bu qədər
həssaslıq, mərhəmət hissi hardandır
görəsən? Onunla telefonda
danışdığım müddətdə
qapımızın zəngi basıldı. Mənə böyük bir gül dəstəsi
gətirmişdilər. Güllərin arasında onun
vizit vərəqini gördüm: «Prezident Heydər Əliyev».
Adiləyə elə gəldi ki, yenə də
«Sənsiz» romansının sədaları eşidilir…
Peterburqu gəzən zaman
Heydər Əliyev çətinlik çəkmədən
Qoroxov küçəsini tapdı. Vaxtilə burada 6
saylı evdə DTN-in rəhbər kadrlarını
hazırlayan xüsusi məktəb fəaliyyət
göstərmişdi. Böyük məmnuniyyətlə
... Leontyev döngəsi ölkənin
səs-küysüz, sakit hissəsi. Burada
sanki keçmiş dövr hələ də hökm
sürür. Divarlarda Leninin rəsmləri
ilə dolu lövhələr bu gün də qalmaqdadır.
Tver döngəsi alaqapılarına
qədər davam edir. Alaqapıların
arxasında müxtəlif kontorlar və 3 səfirlik
yerləşir. Kuba, Ukrayna və
Azərbaycan səfirlikləri. Əvvəllər
burada İttifaq respublikalarının
nümayəndələri otururdular.
Bazar günləri ofislərdə iş olmayan,
istirahət edilən zaman Leontyev döngəsinə sakitlik
çökür. Digər günlər isə
insan əlindən tərpənmək olmur. Bu dəfə isə azərbaycanlılar bura hər
hansı bir sənədi almaq üçün yox,
həmvətənliləri Heydər Əliyevlə
görüşmək üçün gəlmişdilər;
onları Prezident dəvət etmişdi.
Prezident onlara ana laylası qədər şirin, doğma
ana dilində müraciət etdi:
- Əziz həmvətənlərim! Əziz
bacılarım, qardaşlarım, əziz dostlar!
Sizinlə bu gün
görüşməyimə çox şadam. Hamınızı
ürəkdən salamlayıram. Sizin
şəxsinizdə Rusiyada yaşayan bütün
azərbaycanlıları salamlayır, hər birinizə
cansağlığı, işlərinizdə uğurlar
arzulayıram. Ailənizə də
xoşbəxtlik diləyirəm.
Prezident ucadan danışmasa
da, hər bir kəlməsini son cərgədə oturanlar da
eşidirdilər.
- Azərbaycan dili müstəqil Azərbaycanın
dövlət dilidir, bizim doğma dilimizdir... Mən
azərbaycanlıların, xüsusilə, gənclərin rus,
ingilis, fransız, alman, ərəb, ispan dillərini
mükəmməl bilmələrini istərdim. Amma qoy onlar Azərbaycan dilini mükəmməl
bilsinlər, insanın çox dil bilməsi onu
zənginləşdirən amillərdəndir. Bir dilə yiyələnən insan üçün
bugünkü, müasir həyatda yaşamaq çətin
olur.
Bütün bunları nəzərə alıb, sizə
hörmət əlaməti olaraq
çıxışımı rus dilində davam etdirmək
istərdim...
Əliyevi dinləyən
hər bir kəs onun digər məşhur qafqazlı
siyasilərlə, məsələn, Şevardnadze ilə
müqayisədə rus dilində mükəmməl danışdığını
qeyd edirdi. Görəsən, bu nə ilə bağlı idi?
Məktəblə? Ailə
ilə, yoxsa özünütəlimlə?
Əliyevlər
ailəsində uşaqlıqdan Azərbaycan dilində
danışırdılar. Ümumiyyətlə, 20-ci illərin
əvvəllərində Naxçıvan ərazisində rus
dilini bilən əhali olduqca az idi. Əliyevin bioqraflarından biri olan Fatma
Abdullazadənin də yazdığına əsaslanaraq
demək olar ki, «Heydər Əliyev rus dilini böyük
yaşlarından öyrənməyə
başlamışdı. Naxçıvan
məktəbində ilk dəfə olaraq Krılovun
təmsillərinə, Puşkinin şeirlərinə qulaq
asmışdı».
Başqa bir fərziyyə
də irəli sürmək olar. Məktəb
illərində Heydər Əliyevin daxili dünyasına dahi
rus mütəfəkkirləri Puşkin və Krılovdan daha
çox görkəmli satirik, publisist, realist cəlil
Məmmədquluzadə təsir etmişdi. Heydər
Əliyevin ana dilinə bu qədər doğma
münasibətində milli ədəbiyyatın klassik
nümunələrindən sayılan «Anamın kitabı»nın oyatdığı
təəssüratın da rolu var idi.
... Doğma Azərbaycana uzaq
ölkədən 3 oğul qayıdır. Onlardan biri
dilinə rus sözləri qatır, digəri
Azərbaycan-türk ləhcəsində danışır,
üçüncüsü də fars
sözlərindən geniş istifadə edir. Əsərin
süjeti demək olar ki, dağınıqdır. Əsərin
qəhrəmanları ilə Qoqolun «Dikanka
yaxınlığında xutor axşamları»ndakı
məktəbli arasında müəyyən mənada bir
oxşarlıq var. cəmiyyətin yuxarı
təbəqələri ilə oturub-duran bu gənc tez bir
zamanda «latındilli»yə çevrilir, öz doğma dilini
də unudur. Hər sözə «us» əlavə
edilir. «Lopata» «lopatus»a, «baba» «babus»a
çevrilir. Bir gün sahədə
dırmığı görüb atasından soruşur: «Ata,
bu sizin dildə necə adlanır? Ayağının
altına baxmadan dırmığın dişlərini
tapdalayır. Atası cavab verməyə
macal tapmamış alətin sapı alnına dəyir.
«Zəhrimar dırmığ!»
qışqıraraq qaçmağa başlayır. «Necə də bərk incidir».
cavanların hamısı eyni
dırmığı tapdalayır. Doğma ata
yurduna qayıdan 3 qardaş beşikdə laylasına
uyuduqları dili unudaraq anaları ilə danışa
bilmirlər. «Anamın kitabı» ailənin
and yeri idi, çünki onlar «özgə atına
minməklə» ana dilini, onun arxasında duran
müqəddəs xatirələri unutmuşdular. Bu qəhrəmanlar c. Məmmədquluzadənin
«Danabaş kəndinin əhvalatları» əsərindəki
obrazlardan bir o qədər də uzağa
getməmişlər.
2002-ci ilin iyununda
Rusiyadakı Azərbaycan səfirliyində bu ölkədə
yaşayan hər bir azərbaycanlı Prezidentlə
görüşməkçün, bu binaya
toplaşmışdı. Zalda
- Mən hər zaman, keçmişdə də,
Azərbaycanda işlədiyim dövrlərdə də
demişəm ki, heç bir dövlət qapalı
şəraitdə yaşamaqla dünya sivilizasiyasına
qoşula bilməz. Mən hər zaman milli
məhdudlaşdırma hissinə qarşı olmuşam.
O vaxtlar - Heydər Əliyev Azərbaycan KP MK-nın I
katibi işlədiyi dövrdə ona qarşı
çıxanlar çox olmuşdu. cavanların
təhsil dalınca Rusiyaya, Sovet İttifaqının digər
respublikalarına getməsi fikri mənfi
qarşılanırdı. Amma o, öz dediyinə nail ola bildi. Həmin dövrdə Azərbaycan sovet
respublikaları arasında bu mövzuda yeganə imtiyaz alan ölkə idi. Heydər
Əliyev özünün layihəsini böyük qürur
hissi ilə xatırlayırdı.
- 1970-ci ildən başlayaraq, azərbaycanlı
gənclərin daha çox ölkənin hüdudlarından
kənara, xüsusilə Moskva, Leninqrad, digər böyük
elm, mədəniyyət və təhsil
mərkəzlərinə göndərilməsi
tapşırığını verdim.
Bu işi görmək,
hətta ona - respublika KP MK-sının I katibi Sov. İKP
MK-nın üzvünə belə çətin oldu. Uzun sürən danışıqlardan sonra yalnız
100 nəfərə xaricdə təhsil almağa icazə
verildi. Amma bu 100 nəfər öz istəkləri
ilə də gedə bilərdilər; Moskvada da, Leninqradda da,
Kiyevdə də, Sverdlovskda da (indiki Yekaterinburq) ümumi
əsaslarla ali məktəblərə
daxil ola bilərdilər. Amma onlar çox vaxt
kəsilirdilər. Çünki
azərbaycanlı gənclər, xüsusilə regionlarda
böyüyənlər böyük
şəhərlərdəki yaşıdları ilə
rəqabətə güc gələ bilmirdilər.
Ən sonda Heydər Əliyev gənclərin Sovet
İttifaqının müxtəlif ali
məktəblərində müsabiqədənkənar
təhsil almaq hüququnu qazandı. Əvvəllər
cəmi 100 yer ayrılsa da, 1978-79-cu illərdə bu
rəqəm 800-ə yüksəldildi (bu, onun Siyasi Büroya
üzvlüyə namizəd olduğu vaxta təsadüf
edirdi). Əlbəttə, problem
təkcə Azərbaycanla bitmirdi. Bütün
ölkə miqyasında milli kadrların yetişdirilməsinə
ehtiyac duyulurdu. Sovet İttifaqının
digər ölkələrindən - Türkmənistan,
Özbəkistan, Qazaxıstan,
- Bilirsiniz, bu məsələ ilə əlaqədar
materialların bir hissəsini indiyədək qoruyub saxlaya
bilməmişəm. Burdan-ora, ordan-bura
köçməyimlə əlaqədar itib-batıb.
Bəzilərinə yer olmadığından məhv
etmişəm, - səfirlikdə 2002-ci ildə
görüşü zamanı Heydər Əliyev həmin
günləri xatırlayırdı. - Amma gənclərin
hər il Sovet İttifaqının
şəhərlərinə paylanması haqda jurnalları
qoruyub saxlamışam. İndi də
arxivimdən neçənci ildə hansı gəncin hansı
şəhərdən, hansı rayondan hansı instituta daxil
olması sənədini tapa bilərsiniz. Onların
içərisindən bir çox görkəmli
şəxslər çıxıb.
Nəyə görə
bunları edirdim? Birincisi, səmimi desək, Moskva
universitetlərindəki təhsilin səviyyəsi Bakı ali məktəblərindən çox
yüksəkdir. O vaxt da elə idi, indi də. İkincisi, bir
çox peşələrlə bağlı bizdə ali təhsil yox idi. Demək, hər hansı
istiqamətdə peşəkar kadr hazırlamaq
üçün digər respublikaların ali
məktəblərinə müraciət etmək zəruri idi.
Üçüncüsü, mən əhalinin,
insanların köhnə qəliblərdən
çıxmasını istəyirdim. Bilirsiniz,
bu yolla insanlar sərhədləri aşıb daha geniş
mühitə çıxar, digər insanlarla münasibət
qura bilərdilər. Bu isə
istər-istəməz yeni dili, rus dilini
öyrənməyə vadar edirdi. Bəziləri
əlavə olaraq ingilis və digər xarici dilləri də
öyrənə bilmişdi.
Yeri gəlmişkən, bu işlə hər il məşğul olur, hər il bir
neçə dəfə Moskvada təhsil alan
tələbələri toplayırdım. Sonra
onların sayı o qədər artdı ki, burada yer olmadı.
Yadımdadır, onda Tver bulvarında
yerləşən teatrın binasına toplaşdıq. Sov. İKP MK-nın işçiləri,
komsomolun MK rəhbərləri, ali
təhsil nazirləri və digər Moskva
rəhbərlərini də dəvət etmişdik.
Həmin görüş bir
çox iştirakçının yaddaşında
həmişəlik qalmışdı. Tələbələr
arasında MDU-dan bir oğlan çıxış etmişdi.
Əliyev uzaq cəbrayıl rayonundan bura
oxumağa gələn tələbəni çox yaxşı
xatırlayır. Müəllimlərin
dediyinə görə, çox istedadlı idi, lakin rusca
çox pis danışırdı. Oxuduğu
məktəbdə rus dili müəllimi olmadığından
bütün şagirdlərə 3 verilirdi. Heydər Əliyev onu indi də yaxşı
xatırlayır, öz diqqətini gizlətmədən bu
oğlanı seyr edirdi. İndi o, əla
qiymətlərlə oxuyur, rus dilində isə təmiz
danışırdı.
- Mən bu oğlana baxanda sevincimdən kövrəldim,
- deyə Prezident etiraf edirdi. Çox sevindim.
Bu sözləri yalnız ata
öz oğlu haqqında deyə bilərdi.
Milli Kitabxanada Prezident
Əliyevin hədiyyə etdiyi kitabların sərgisi
keçirilirdi. Onların arasında məlumat kitabçaları,
lüğətlər, Səməd Vurğun, Sergey Yesenin,
Bəxtiyar Vahabzadə, Bajov, Nitsşenin cildləri, fantastik
əsərlər toplusu var idi. cəmi 500
kitab.
Heydər Əliyev
kitabları çox sevir, onun həyatdakı və
cəmiyyətdəki dəyərini yaxşı bilir,
kitabxananın rolunu yüksək qiymətləndirirdi. O, 3 dəfə
ölkənin əsas kitabxanasında olmuşdu; 1995-ci il 3 iyul, 1996-cı il 4 mart, 1997-ci il 20 noyabr. 1997-ci ildə Prezident «Azərbaycanda
kitabxanaçılıq işi» haqqında Azərbaycan
Respublikası Qanununu imzaladı. Əlbəttə,
bu kitabsevərlər üçün böyük təkan
oldu.
Əgər Azərbaycan
Respublikası Prezidenti müddəti bitməmişdən
istefaya gedərsə, onda 3 ay ərzində vaxtından
əvvəl prezident seçkiləri keçirilir. Bu, Konstitusiyanın
105-ci maddəsində öz əksini tapıb. Prezidentin təklif etdiyi dəyişikliklərə
əsasən, onun vəzifəsini Baş nazir həyata
keçirir. Prezident öz
vəzifələrini icra etmək iqtidarında olmadıqda,
onun səlahiyyətləri Baş nazirə verilir.
Müxalifət əksinə
çıxış etdi. Niyə? Bu haqda fikir bildirən Bakı Dövlət
Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Abel
Məhərrəmov bu üsulun beynəlxalq hüquq
normalarına uyğun gəldiyini qeyd edir. Konstitusiyasının
7-ci və 99-cu maddələrinə əsasən «Azərbaycan
Respublikasında icraedici hakimiyyət respublika Prezidentinin
səlahiyyətləri çərçivəsindədir.
Bütün icraedici orqanlar, o cümlədən
Nazirlər Kabineti üzərində rəhbərliyi Prezident
həyata keçirir. Milli Məclis isə
Qanunverici orqandır. Səlahiyyətlərin
icraedici orqana keçməsi məsələsi də,
göründüyü kimi, daha məqsədəuyğundur,
çünki icraat işləri ilə birbaşa Baş nazir
məşğul olur».
Avqustun 24-də
Azərbaycanda Konstitusiyaya əlavə və
dəyişikliklərin edilməsinə dair referendum
keçirildi.
Beynəlxalq müşahidəçilərin dediyi kimi, referendum
xalqın Heydər Əliyevə olan inamının
nümayişi idi…
Generalın ad
günü
2002-ci il, 16 sentyabr. General
Vaqif Axundovun ad günü bazar ertəsinə təsadüf
etmişdi. Əlbəttə, bu onun
illərlə adət etdiyi işinə heç bir
dəyişiklik etmirdi. Həmişəki kimi, artıq
saat 9-da iş yerində idi. Əvvəllər
Nazirlər Kabineti yerləşən binada, indi Mühafizə
Xidmətinin Baş İdarəsi
məskunlaşmışdı. General yüngül
qaçışla 2-ci mərtəbəyə qalxdı. Elə bil heç pilləkən çıxmır,
sanki düz yol gedirmiş kimi addımlayırdı.
Kənardan baxanda qətiyyən 50-dən artıq
yaşının olduğuna inanmazsan: çox gümrah və
cavan idi. Elə otağa təzəcə
girmişdi ki, birbaşa əlaqə telefonu zəng
çaldı.
- Eşidirəm, cənab Prezident!
- Sabahın xeyir, Axundov! İndi yanıma
gələ bilərsinizmi?
Bir neçə dəqiqədən sonra general
bütün Bakının yaxşı tanıdığı ağ binanın 5-ci mərtəbəsinə
qalxdı. Kabinetə daxil olanda Heydər
Əliyev görüşmək üçün ona
yaxınlaşdı.
- Ad günün münasibətilə tədrik
edirəm!
General-leytenant həmin günü xatırlayarkən
həyəcanını gizlətmir:
- Heydər Əliyev hamının, qohumun da, yadın da
qayğısına qalırdı. Heç
kəsi yaddan çıxarmırdı.
Onlar ilk dəfə 1978-ci
ildə, baş leytenant Axundov DİN-in Komsomol Komitəsinin
katibi işləyərkən 9-cuya - partiya və sovet
orqanlarının mühafizə idarəsinə, siyasi müavin
vəzifəsində çalışmaq təklifi alanda
görüşmüşdülər. MK-nın I
katibi Heydər Əliyev işə cavan, perspektivli
şəxslərin götürülməsini
tapşırmışdı. Daxili
işlər naziri Arif Heydərov Axundovun namizədliyini
irəli sürmüşdü. Yəqin
ki, başqa təkliflər, xüsusilə DTK-dan da
təkliflər olmuşdu. Əliyev
Heydərovun təklifinə müsbət cavab vermişdi.
- O, məndən harada, hansı vəzifədə
işlədiyimi soruşdu. Özüm
haqqında qısa danışdım. Neft
institutunu fərqlənmə ilə bitirmişəm, sonra
hərbi xidmətdə olmuşam. Engelsdə
aviasiyada əsgərlik çəkmişəm, hərbi
aviasiya hissələrinin yanacaq-sürtkü materialları
ilə təmin edilməsi işini yerinə yetirmişəm.
28 yaşlı baş
leytenantın bioqrafiyasında həmin gündən yeni
səhifə açıldı. Əliyev Moskvada
çalışdığı müddətdə də
Axundov Bakıda xidmət edirdi. 1985-ci
ildə idarəyə rəhbərlik etməyə
başladı. İndi bu idarə
Dövlət Xüsusi Mühafizəsinin xidməti adlanır.
- cənab general, bu doğrudur ki, siz
Heydər Əliyevə qarşı hazırlanmış bir
neçə sui-qəsd cəhdinin qarşısını
almısınız? - deyə Axundovdan
soruşduq.
- Bu cür
cəhdlər, doğrudan da, olmuşdu. 1994-cü ilin
oktyabrında, 1995-ci ilin martında və sonra Ukrayna Prezidenti
Leonid Kuçmanın səfəri ərəfəsində.
Onda terroristlər Bakı aeroportu yolunda yerləşən
böyük körpünü partlatmağa cəhd
etmişdilər. Körpünün altına 100 kiloqrama
yaxın partlayıcı maddə qoymuşdular. Partlayış
baş versəydi, yaxın ətrafda heç bir
yaşayış evi qalmazdı. Həmin
ərəfədə körpünü gözdən
keçirən əməkdaşlarımız
aşağıda tikintinin özündən əlavə beton
lövhənin yerləşdiyini aşkar etmişdilər.
cərəyanı ordan tapdıq, 500-600 metr aralıda
isə naqillər yerləşdirilmişdi… Bu cür
məqamlar olmuşdu. Prezidenti Allah saxlamışdı, -
deyə həmsöhbətimiz gülümsünür.
(davamı
gələn sayımızda)
Mərkəz.-2010.-21
dekabr.- S.10-11