Qəbələdə Beynəlxalq Rəsm Sərgisi keçirilir

 

Rəssamlar möhtəşəm tədbirə görə Mehriban Əliyevaya minnətdarlıq etdilər

 

Dekabrın 19-da Qəbələdə daha bir beynəlxalq mədəniyyət tədbirinə start verilib. Bu dəfə Qəbələ yerli və əcnəbi musiqiçilərin deyil, fırça ustalarının ixtiyarına verilib. Belə ki, həmin gün sözügedən bölgədə Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkil etdiyi Qəbələ I Beynəlxalq Rəsm Sərgisinin açılış mərasimi keçirilib.

Qəbələ şəhərindəki “Qafqaz Riverside” hotelində keçirilən mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, SEBA-nın sədri Ruhangiz Heydərova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, MədəniyyətTurizm Nazirliyinin aparat rəhbəri Firidun Qurbanov, Koreyanın Azərbaycandakı səfiri Li Çi-Han çıxış edərək, sərginin əhəmiyyətindən danışıblar. Natiqlər bu sərginin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən mədəniyyətimizin genişmiqyaslı təbliği ilə bağlı görülən işlərin davamı olduğunu bildiriblər.

Mərasimdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMF) prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına ünvanlanan təbrik məktubu oxunub.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Azərbaycanda belə bir möhtəşəm mədəniyyət tədbirinin keçirilməsini mühüm mədəni hadisə kimi qiymətləndirib. Bu beynəlxalq sərginin mədəniyyətlərarası dialoqun tərkib hissəsi olduğu qeyd edən Fərhad Xəlilov tədbirin hər il ənənəvi olaraq keçirilməsini arzulayıb. F. Xəlilov Azərbaycanda belə beynəlxalq miqyaslı tədbirin keçirilməsini təşkil etdiyinə görə, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMF) prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıq edib. Qurumun sədri Mehriban xanım Əliyevanın sayəsində daha bir beynəlxalq mədəniyyət tədbirinin keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə təmsil və təbliğ olunmasında daha mühüm bir addım kimi qiymətləndirib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da Qəbələdə keçirilən beynəlxalq sərgini mədəniyyətlərarası təmasda uğurlu addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür sərgilərin müntəzəm olaraq keçirilməsi və ənənə halını alması vacibdir: «Sağ olsun, Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm, ona görə ki, Azərbaycan rəssamlarına diqqət və qayğı nümayiş etdirərək belə bir möhtəşəm tədbirin keçirilməsinə dəstək olub. Sərgi mədəniyyətlərarasında bir dialoq rolunu oynayır».

Qeyd edək ki, beynəlxalq sərgidə 14 ölkədən - Azərbaycan, Almaniya, Avstraliya, ABŞ, Türkiyə, Böyük Britaniya, Braziliya, Fransa, Gürcüstan, İtaliya, Koreya, Latviya, PolşaRusiyadan 81 rəssam iştirak edir. Mərasim iştirakçıları həmin ölkələrdən təşrif buyuran tanınmış rəssamların 150-dən artıq əsərinə tamaşa etmək fürsəti qazanıblar. Onu da vurğulamaq lazımdır ki, sərginin mənzərəli təbiəti ilə dillər əzbəri olmuş Qəbələdə keçirilməsi turist axını baxımından da böyük əhəmiyyət daşıyır. Xatırladaq ki, beynəlxalq mədəniyyət tədbirlərinin Qəbələ şəhərində keçirilməsi artıq ənənə şəklini alıb. Bir neçə ay bundan əvvəl Qəbələdə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMDF) təşkilati dəstəyi ilə II Beynəlxalq Musiqi festivalı da keçirilmişdi. Bu cür beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib və hər il keçirilməsi nəzərdə tutulur.

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2010.- 21 dekabr.- S. 9.