HEYDƏR
ƏLİYEV
Xanım Olbraytın həmkarı Henri Kissincer isə məktubunda böyük bir proqram əhatə etmişdi: «Öz qarşısında ABŞ və Qərb dövlətləri ilə əlaqələrin gücləndirilməsi məqsədini qoyan Heydər Əliyevin fəaliyyəti təqdirəlayiqdir. O, bazar iqtisadiyyatının gücləndirilməsi və inkişafı işinə xeyli zəhmət sərf etmişdir. Heydər Əliyev müstəqilliyin qorunması sahəsində inadkarcasına və qətiyyətlə mübarizə aparır».
Fransa Prezidenti Jak Şirakın yaratdığı obraz digərlərindən seçilir: «Bu qeyri-adi insan Azərbaycanın çiçəklənməsinə nail oldu. Mən görüşlərimiz zamanı onda müşahidə etdiyim iradə, mətinlik və uzaqgörənliyi yüksək qiymətləndirirəm. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində sadaladığım dəyərləri nümayiş etdirdiyini görürəm. Heydər Əliyev kimi zəngin siyasi təcrübəsi, böyük iradəsi, uzaqgörənliyi olan dünya şöhrətli bir dövlət xadiminin Azərbaycanı idarə etməsi bu ölkənin xoşbəxtliyidir».
Çox dəqiq və hərtərəfli bir qiymətləndirmədir. Zəngin idarəçilik təcrübəsini Əliyev hələ sovet dövründə dövlət xadimi kimi formalaşdığı zaman toplamışdı. Rusiya Prezidenti Vladimir Putin Əliyevi Rusiya Federasiyasında təkcə Azərbaycanın deyil, bütün Sovet İttifaqının çox görkəmli ictimai xadimi kimi tanındığını deyəndə məhz bu keyfiyyətə diqqət etmişdi.
Rusiya Federasiyası Şurasının Federal iclasının sədri Yeqor Stroyev Əliyevin müdrikliyini və optimizmini xüsusi qeyd edərək, onun ən çətin situasiyalarda belə vəziyyətdən çıxış yolu tapmaq iqtidarında olduğunu vurğulayırdı. «Münaqişələrin sülh yolu ilə həllini tapmaq, siyasi təfəkkürün zirvəsində olmaq deməkdir», - deyə Yeqor Sergeyeviç qeyd edirdi.
Rusiya meri Yuri Lujkov bu siyasətçiyə belə qiymət vermişdi: «Heydər Əliyev bütün SSRİ məkanında, sovet və postsovet dövründə dahi şəxsiyyət olaraq qalmışdı. O, gözəl beynəlmiləlçi idi. Azərbaycanlıların hər zaman Rusiyadan böyük mənfəət əldə edəcəklərini bütün qəlbi və düşüncəsi ilə bilir, bu siyasəti şəxsi maraqları çərçivəsində deyil, ümumi rifah naminə həyata keçirirdi».
Şimali Osetiya - Alaniya Respublikasının Prezidenti Aleksandr Dzasoxov Heydər Əliyevi Azərbaycan xalqının dahi oğlu hesab edirdi. İttifaq dövlətinin dağılmasından sonra zəngin təcrübəsini yalnız Vətəni üçün sərf etdiyini deyirdi.
Azərbaycanın müstəqilliyi uğrunda Əliyevin tarixi xidmətləri ilkin olaraq AFR-in federal kansleri Gerhard Şröder və Yaponiyanın baş naziri Dzünitiro Koidzumi ayrı-ayrılıqda qeyd ediblər.
ABŞ Prezidenti Corc Buşun fikrincə, uzun müddət ərzində Heydər Əliyev Cənubi Qafqazda əsas şəxsiyyət olaraq qalıb. ABŞ və Azərbaycan arasında hazırkı dostluq münasibətləri onun şəxsi səyi nəticəsində yaranıb, Azərbaycan müstəqilliyi qorunub saxlanılıb.
Avropa İttifaqında Ukrayna nümayəndə heyətinin sədri, görkəmli Ukrayna şairi Boris Oleynik Heydər Əliyevi əsl xilaskar adlandırırdı: «Azərbaycanın müstəqilliyi təhlükə altında qaldığı bir vaxtda xalqın sadiq oğlu Heydər Əliyev sükanı əlinə almağı bacardı. Öz iradəsi, aqilliyi və cəsurluğu sayəsində Azərbaycanı ağır vəziyyətdən xilas etdi».
Zənnimcə, müraciət etdiyimiz şəxslərdən gələn ən dolğun cavablardan biri də Qazaxıstan Prezidenti Nursultan Abişeviç Nazarbayevə məxsusdur. O, tamamilə əhatə olunmuş siyasi bir portret cızmışdı: «Həyati, quruculuq, iqtisadi və böyük siyasi təcrübəsi olmaqla yanaşı, səmimi və açıqürəkli bir insanın» portretini. Biz artıq məktubun 1986-cı il Almata hadisələrindən danışan, Qarabağ münaqişəsinə təkan verən bu problemi əhatə edən hissəsinə toxunmuşuq. O vaxt Heydər Əliyev milli siyasətdə yol verilən səhvlər haqqında Qorbaçovu xəbərdar etsə də, ikinci qulaq asmayaraq işin daha asan həllinə üstünlük vermişdi. Öz sözündən dönmədiyinə, fikrində qaldığına görə Heydər Əliyev istefaya göndərilmişdi.
Bu dövrdə gərginlik daha da artır, millətlərin üsyanına doğru inkişaf edərək dərinləşirdi. Azərbaycanda separatçı və millətçi qüvvələr baş qaldırmışdı. Belə bir şəraitdə məsuliyyətin Heydər Əliyevin üzərinə atıldığı zaman, onun nümayiş etdirdiyi möhkəmlik, dözümlülüyə və şücaətə ancaq təəccüblənmək olar. Bütün qarşılaşdığı çətinliklərə baxmayaraq, sınmadı», - deyə Nursultan Nazarbayev yazır. Onun məktubunda daha maraqlı tarixi məqamlara toxunulur:
«Düşmənlərin hədə-qorxusuna, dostların ehtiyatlı davranma məsləhətinə baxmayaraq, baş verən hadisələrdən kənarda qalıb seyrçi rolunu oynaya bilmədi və vətənə döndü. Bir vətəndaş və vətənpərvər kimi xalqı ilə birgə həmin çətinlikləri yaşamaq istədi. O, təkcə bununla kifayətlənmədi, öz nüfuzundan və təcrübəsindən istifadə edərək situasiyanı düzəltməyə qalxdı.
Bu çətin günlərdə Heydər Əliyevin apardığı düzgün siyasət onu xalqın tələbi ilə yenidən 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti etdi. Azərbaycan xalqı bununla öz liderinə sonsuz inam və məhəbbətini nümayiş etdirərək vəziyyətdən nicat yolunun yalnız Heydər Əliyevlə bağlı olduğunu bildirirdi.
Əminliklə deyə bilərəm ki, Heydər Əliyev 1982-ci ildə Moskvaya gedərkən respublikanı iqtisadi və siyasi stabillikdə, ölkəni tərəqqidə qoymuşdu. 10 il sonra, 1993-cü ildə isə müstəqil olmasına baxmayaraq, Azərbaycanı tamamilə dağılmış, müxtəlif klanlara bölünmüş, quldur qüvvələr tərəfindən talan edilmiş bir şəkildə təhvil aldı.
Çox az bir müddət ərzində ölkəni yenidən dirçəltmək, siyasi institutların işini bərpa etmək, siyasi vəziyyətin sabitliyinə nail olmaq, qan tökülməsinin qarşısını almaq yeni bazar islahatları həyata keçirmək, xalqın rifahını yüksəltmək, doğrudan da, Heydər Əliyev tərəfindən nümayiş etdirilən əsl qəhrəmanlıq hesab edilə bilər.
Sovet İttifaqında formalaşan, sosializm ideyaları ilə tərbiyə almış bir insan taleyin qisməti ilə yeni bir şəraitdə çalışıb, mümkün olmayanı belə reallaşdırmağa müvəffəq oldu. O öz keçmiş həyatından möhkəm iradə, aydın zəka, xalqın ağlına və gücünə inam hissini götürərək gənclərə məxsus enerji ilə yeni iqtisadi və ictimai münasibətlər qurmağa başladı. Və buna nail oldu.
O, qloballaşma əsrinin qeyri-humanist olmayan çağırışlarına və hədələrinə uğurla cavab tapdı və doğma xalqının keçmiş adət və ənənələrini, milli mədəniyyətini qorumaqla yeni dünyaya da inteqrasiya etməyə müvəffəq oldu.
Xüsusilə bir vacib aspekti qeyd etmək istərdim ki, bu xüsusiyyət Heydər Əliyevin dünya miqyaslı bir siyasətçi kimi müdrikliyində və uzaqgörənliyində əks olunub. Xatırladım ki, o dövrdə Azərbaycan faktiki olaraq beynəlxalq aləmdən təcrid olunmuş bir vəziyyətdə idi. Elçibəyin rəhbərliyi altında ölkəni idarə edən müxalifət qonşu və digər xarici dövlətlərlə münasibətləri yalnız milli təcridolunma siyasəti əsasında aparmışdı.
İnteqrasiya və əməkdaşlığın tərəfdarı olan Heydər Əliyev vəziyyəti düzəltmək, əlaqələri yaxşılaşdırmaq sahəsində yorulmadan səy göstərdi. O, xüsusilə MDB dövlətləri ilə münasibətləri bərpa etdi. Xüsusi minnətdarlıqla qeyd etmək istərdim ki, mənim də bu istiqamətdə atdığım hər bir addıma dəstək olmuşdu. Hər zaman onun müdrik məsləhətinə və köməyinə arxalana bilərdim.
Xəzər regionu probleminə dair onunla çox danışıqlarımız olub. Biz bu mövzuda həmfikir idik ki, dənizin resursları heç zaman konfliktli məsələ olmamalıdır. O dövrdə də indiki kimi Xəzərin yalnız dostluq və qarşılıqlı anlaşma, əməkdaşlıq mövzusu olmasına çox çalışırdıq. Bu mövzuda bütün Xəzəryanı dövlətlər və dünyadakı tərəfdaşlarımız həmfikirdirlər.
Bu ifadəni qorxmadan işlədə bilərəm ki, Rusiya, Azərbaycan və Qazaxıstan liderlərinin səyi nəticəsində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi gündəmə gətirildi.
Bu gün Azərbaycan artıq yüksələn xətlə inkişaf edir. Əminəm Heydər Əliyevin davamçısı - onun oğlu - ölkənin Prezidenti İlham Əliyev olacaq. Gələcəkdə Qazaxıstanla Azərbaycanın dostluq əlaqələrinin də təkcə Xəzəryanı regionda deyil, hər bir sahədə davam edəcəyinə inanıram».
1986-cı ildə SSRİ Nazirlər Soveti sədrinin müavini
vəzifəsinə Vladimir Kuzmiç Qusev təyin edildi. Buna qədər o, Rusiya Nazirlər Sovetində
və Saratov KP-də birinci
katib kimi
çalışmışdı.
Mərkəz.- 2010.- 24 dekabr.- S. 11.