«XX əsrdə tarix iki böyük
şəxsiyyət yetişdirdi - ikisi də türk idi»
«Ankaraya gəlib «Anıt qəbri» ziyarət etməmək fikrimcə, özünü türk sayan hər kəs üçün ayıb sayılmalıdır». Bu sözləri «Anıt qəbir»də söhbətləşdiyim bir turist söyləsə də, şəxsən mən də bunu belə qəbul edirəm. Xəbər verdiyimiz kimi, dekabrın 21-22-də türkdilli ölkələrdən olan media nümayəndələrinin Ankarada forumu keçirildi. Toplantı Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətinin təşəbbüsü ilə keçirilirdi. İki gün davam edən tədbir barədə «Mərkəz»in oxucuların tərəfimizdən məlumatlandırılıb. Xatırladım kı, biz sözügedən toplantıya Türkiyənin Azərbaycandakı səfirliyinin dəvəti və qəzetimizin maliyyə dəstəyi ilə qatılırdıq. Çünki tədbir barədə bizə son anda məlumat verilmişdi. Azərbaycandan dəvət olunan digər 23 media nümayəndəsinin isə bütün xərclərini Türkiyə Nazirlər Kabinetinin mətbuat xidməti öz üzərinə götürmüşdü. Nə isə… Bu şeylərin üzərində çox dayanmadan keçək əsas məsələyə.
Türkiyəyə səfərimiz digər həmkarlarımızın səfərindən iki gün öncə başladı. Odur kı, Türkiyənin müxtəlif şəhərlərində olub çox önəmli görüşlərə qatıldıq. Bütün bunlar barədə növbəti saylarımızda ətraflı məlumat verəcəyik. Bu gün müasir Türkiyənin qurucusu, türklərin dediyi kimi «yoxdan nəhəng bir dövlət quran», Avropanın və dünyanın bir çox tanınmış insanlarının özünə örnək saydığ Mustafa Kamal Atatürkün «Anıt qəbrini» ziyarət etdik.
«Anıt qəbir»ə bizi MHP-dən olan Balıkesir millət vəkili Ahmet Duran Buludun yardımçısı Mustafa cumbul deputatın şəxsi maşını ilə apardı. Onu da qeyd edim ki, gələn saylarımızda Ahmet Duran Buluddan aldığım maraqlı müsahibəni və TBMM binasında olarkən gördüyüm maraqlı hadisələri nəql edəcəm.
«Anıt qəbir»ə bir az qalmış bizi mühafizəçilər saxladılar. Maşını xeyli aralıda saxlamağımızı istədilər. Mustafa bəy onlara bizim Azərbaycandan gəldiyimizi, mətbuat nümayəndəsi olduğumuzu söylədi. Bundan sonra maşın əraziyə buraxıldı. Onu da söyləyim ki, bizimlə bərabər ziyarətə Türkiyənin ünlü köşə yazarlarından biri Ahmet Börek də getmişdi.
Ziyarətə gələnlərin çoxunun
turistlər olduğu
ilk andaca hiss olunurdu. Hər kəs böyük şəxsiyyətin məzarı
qarşısında şəkil
çəkdirir, Atatürkü
xatırladan, əşyaları
saxlanılan muzeyi maraqla gəzirdilər.
Onu da qeyd edək
ki, Atatürkün şəxsi əşyaları
saxlanılan müzeydə
şəkil çəkdirmək
qadağandır. Amma həmkarımız
Ahmet Börek sayəsində biz şəkil
çəkdirə bildik.
Bundan sonra yaxınlıqda Atatürkü xatırladan
hədiyyələr satılan
dükana girdik. Oradan qəzetimiz və özümüz üçün
tarixi hədiyyələr
aldıq. Çıxarkən bəzi ziyarətçilərlə
söhbətləşdik. Yaponiyadan gəlmiş bir xanım bizə Atatürkün həyatı
ilə bağlı maraqlı bir yazı oxuduğunu, məhz bundan sonra Türkiyəyə gəldiyini söylədi.
Belə bir şəxsiyyətin doğulub-böyüdüyü
yerləri gəlib görməyi özümə
borc bildim dedi. İtaliyadan gələn turistlər
də bu böyük şəxsiyyətlə
bağlı maraqlı
fikirlər söylədilər.
Burada daha bir həmkarımızla
da qarşılaşdıq.
Nərgiz Həkimoğlu da
6 yaşlı qızı
Nəsrinlə Atanı
ziyarətə gəlmişdi.
Bizə bildirdi ki, mütəmadi
olaraq buraya gəlir və övladını da özü ilə gətirir. Bəzi gənclərlə də söhbətləşib
xoş söylər eşitdik. Əslində əvvəlki zamanlar
olsaydı buna təəssüflənməzdik, amma son zamanlar Türkiyədə bəzi
təriqətlərin güclənməsi,
bəzi gənclərin
Atatürkə baxışında
müəyyən dəyişikliklər
edib. Bunu Türkiyədə görüşdüyümüz və söhbətləşdiyimiz
əksər tanınmış
insanlar da təsdiqlədilər. Amma sevindirici
haldır ki, sağlam düşüncəli
gənclik kimin nə etməsindən asılı olmayaraq, öz liderinə və onun ideyalarına
sadiq qalır. Burada olarkən bir şeyi də öyrəndim. Sən
demə, Mustafa Kamal Atatürk bizlərin hər zaman ziyarət etdiyimiz yerdə deyil, bir az aralıda dövlət və hökumət başçılarının ziyarət
etdiyi yerdə dəfn olunubmuş. Və bütün Türkiyə
xalqı da bunu bilir. Amma hər şeyə rəğmən bu böyük insanın anıt qəbrini ziyarət etməyi özünə borc bilir. Bu isə
o deməkdir ki, heç bir şey ona olan
sevgini insanların qəlbindən çıxara
bilməz.
Biz də qəlbimizdə
Atatürk sevgisi o müqəddəs yeri tərk etdik. Geri dönərkən Ahmet Börekin bir sözü məni daha da qürurlandırdı.
Dəyərli həmkarımız
söylədi ki, ötən əsrdə tarix iki böyük
şəxsiyyət yetişdirdi:
«Atatürk və Heydər Əliyev. Çox xoşbəxtik ki, onların ikisi də türk xalqının oğlu idi. Və ikisi də yoxdan möhtəşəm
bir dövlət qurdular. İkisi də elə
bir dönəmdə xalqın dadına çatdı ki, o zaman həm xarici, həm də içəridəki
xain qüvvələr
dövləti parçalamaq
istəyirdi. Bizlər belə
şəxsiyyətlərimizlə hər zaman qürur duymalı və övladlarımıza
da bunu aşılamalıyıq.
Bizim yerimizdə olmaq istəyən çox millətlər var ki, hələ də tarixlərində bu cür dahi,
şərəfli insanlarının
olmasını arzulayırlar».
Nigar Almanqızı, Ankara
Mərkəz.- 2010.- 24 dekabr.- S. 10.