HEYDƏR ƏLİYEV

 

2 il (Əliyevin istefasına qədər) Qusev onunla bir komandada işləmişdi. Qusev o zamanları xatırlayaraq qeyd edir:

- Mən onunla tez-tez rastlaşırdım, necə deyərlər, mən onu zamanı tanımışam, - Vladimir Kuzmiç xatirələrini bizimlə bölüşür. - Bu insan xüsusi təşkilatlanmış formada idi. Tapşırıqlarını ciddi şəkildə soruşurdu. Hesab edirəm ki, idarəetmə bacarığı, hər şeyə nəzarət rəhbər işçinin əsas vəzifələrindəndir. Bu sahədə bir-birimizə çox oxşayırıq. Bu gün qarşılaşdığım nəzarətsizlik məni özümdən çıxarır. Heydər Əliyevdə bu yox idi.

Baykal-Amur magistralının inşaatçıları bu günonun sorğu-sualını xatırlayırlar. Kabinetdən çıxmaq istəməyən rəhbər işçilərdən fərqli olaraq Heydər Əliyev yerlərdə olurdu, işin gedişatı ilə yaxından tanış olmaq, fəhlə və mütəxəssislərlə söhbət aparmaq onun üslubu idi. İndi bu cür rəhbərlər görmək çox çətindir.

Heydər Əliyev Moskvada işlədiyi zaman Vladimir Qusev Azərbaycanda çox olmuşdu. Onun qeyd etdiyi aşağıdakı sözlər də bunu bir daha təsdiqləyir:

- Doğma ölkəsində xalqın onun haqqında dedikləri məni çox sevindirirdi. Heydər Əliyev vətəni ilə daim əlaqə saxlayır, ora baş çəkməyə çalışırdı. Onun ailə həyatından da bəzi şeylər mənə məlumdur. Həyat yoldaşı Zərifə Əliyevanı son günlərinədək göz bəbəyi kimi qoruyurdu. O, ömrünün 80-cı ilində də dinamik idi, ölkəsini inamla idarə edirdi. Azərbaycanın əsas gəlir mənbələrini dövlətin əlində saxlayaraq onun inkişafına və idarəsinə nail olurdu. Bütün bunlar mənə tam səmimi şəkildə deməyə imkan verir ki, Heydər Əliyev sözün əsl mənasında Sovet İttifaqının və müstəqil Azərbaycanın böyük miqyaslı siyasət və dövlət xadimidir.

2003-cü il mayın 10-da bütün Azərbaycan öz Prezidentinin səksən illik yubileyini böyük təntənə ilə qeyd etməyə hazırlaşırdı. Hamı onun müalicə olunduğu Klivlenddən xoş xəbər gözləyir, Prezidentin tezliklə sağ-salamat geri dönəcəyinə ümid bəsləyirdi. Amma yubileydən bir az əvvəl Heydər Əliyev öz köhnə silahdaşı, Milli Məclisin sədri Murtuz Ələsgərova zəng vurdu:

- Murtuz, mənsiz qeyd etməli olacaqsınız…

Doğmaeyni zamanda uzaqdan gələn bu səsdən Murtuz müəllim hiss etdi ki, pəncərələri sakit parka açılan böyük palatadakı bu insanın vəziyyəti necə də ağırdır. Var qüvvəsini toplayıb dilləndi:

- Biz sizin qayıtmağınızı gözləyirik, cənab Prezident.

Ertəsi gün isə təntənəli yığıncaqda Murtuz müəllim yığcam, amma analitik cəhətdən dərin olan məruzəsində böyük siyasətçi, dövlət xadimi, xalqın ümummilli lideri Heydər Əliyevin surətini belə səciyyələndirdi. Parlament sədri deyirdi:

- Keçilən yola nəzər salanda, hər bir azərbaycanlının ürəyi fəxr və qürur hissi ilə dolur. Bütün bu nailiyyətlərdə həyatını xalqına, vətəninə xidmət etməyə həsr edən və bizim tarixə millətin xilaskarı kimi düşən Heydər Əliyevin xidmətləri sonsuzdur.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın xatirələrindən: «Sovet dövründə Heydər Əliyev Azərbaycanın əksər rayonlarına qatarla gedirdi. Adətən səfərdə onu mütəxəssislər müşayiət edirdi, bəzən aralarında şairlər, yazıçılar da olurdu. Bir dəfə təsadüfən tanınmış aktyor Nodar Şaşıqoğlu da Heydər Əliyevlə yol yoldaşı olur.

Heydər Əliyev ondan soruşur:

- Siz burada neynirsiniz?

- Sizi müşahidə edəcəm. Bəlkə, vaxtsa rolunuzu oynadım, - deyə Nodar cavab verir.

Heydər Əliyev düşünmədən, onun sözünü kəsir:

- Məni oynamaq lazım deyil. Özüm elə özümü yaxşı oynayıram.

Bəli, taleyin ona bəxş etdiyi rolu artıqlaması ilə oynaya bildi. Onun bu tarixi məkanda etdiklərini isə təkcə bugünkü deyil, gələcək nəsillər dönə-dönə qiymətləndirəcək. Bəlkə , bizdən fərqli olaraq onlara hər şey başqa cür görünəcək. Çox zaman belə olur. Tarixçilərin tədqiqatçıların araşdırma apararkən məşhur insanların həyatına şahid olan şəxslərə müraciət etməsi cəhdi aydındır. Biz bu yolu tutduq, Heydər Əliyev haqqında bu kitabı yazmazdan öncə yüzlərlə, minlərlə insana müraciət etdik. Onlar naxçıvanlı, bakılı, moskvalı, azərbaycanlı, rus olmalarına, müxtəlif yaş, sənət, cinslərə mənsubluqlarına baxmayaraq, onun barəsində sevgiylə danışdılar. Hər biri Heydər Əliyev haqqında xatirələrini bizimlə bölüşdü biz onların söylədikləri yazdıqları əsasında böyük, həm dahi bir şəxsin obrazını yaratmağa çalışdıq.

 

SON BORc, SON XİDMƏT

 

Oktyabr 2003-cü il,

ABŞ- Klivlend

 

Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür dərk edirlər. Heydər Əliyev məhz belə insanlardandı...

Onun işdən bu qədər ayrıldığı olmamışdı. Həm belə bir məqamda - Azərbaycan müstəqilliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, onun strateji layihələrinin reallaşmağa başladığı bir dövrdə...

Yox! Yorğun deyildi. O, mübarizəyə ilk atılan sərkərdə kimi həmişə meydanı qalib kimi sonuncu olaraq tərk etməyə adət etmişdi. Amma yaxşı bilirdi ki, bu sonuncu çarpışmadan, bu sonuncu döyüşdən heç bir dahi, heç bir sərkərdə qalib çıxmayıb. Xəstəlik adı ilə qapını kəsdirmiş ölüm artıq öz hökmünü çıxarmaqda israrlı idi. Namərd ölüm onun ağlına, iti zəkasına, düşüncəsinə qalib gələ bilməsə taqətini üzürdü...

Xəyal onu bir anda doğma Azərbaycana gətirdi. Çöhrəsinə xəfif bir təbəssüm qondu. Budur yenə başındadır. Gecə yarıdan keçir, onun kabinetinin işıqları isə hələ yanır. Müstəqil Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, bu istiqamətdə atılacaq növbəti addımları götür-qoy edir. Zamanın, vaxtın fərqinə varmır”, ağlının, zəkasının sürəti ilə zamanı qabaqlamaq istəyir. Sanki sabah olmayacaq, vaxt burda bitəcəkdi. Bu dahi bütün ömrünü belə yaşamışdı. Onun böyüklüyü, dahiliyi bir elə bunda idi ki, öz ömrünün bədxərci idi. O, bu ömrü sədaqətlə xidmət etdiyi Vətəninə, işinə xərcləyirdi. Hətta Klivlenddəki, bu ağır dəqiqələrdə özünübütün varlığı qədər sevdiyi Azərbaycanqarşısında borclu bilirdi. Axı ölkəsi, Vətəni üçün bu qədər xarüqələr yaradan bir insanın borcu ola bilərdi ki?

Filosofların böyük müəllimi Konfutsi vaxtı ilə yazırdı ki, “dahilər ölüm qabağı çox mühüm işlər haqqında düşünürlər”. Heydər Əliyevin düşüncəsində də bu məqamda ən mühüm müstəqil Azərbaycanın gələcək taleyi idi. Artıq dərk etmişdi ki, düşüncələrində qurduğu əzəmətli, tərəqqi etmiş güclü müstəqil Azərbaycanla bağlı bütün arzularını gerçəkləşdirməyə onun daha vaxtı qalmamışdır. Amma bu ömür indi ona necə də lazım idi.

Düşüncələr onu rahat buraxmırdı. Ölüm zaman fürsətini hər an əlindən ala bilərdi deyə gözünə yuxu getmirdi. Axı onun müstəqilliyinə XX əsrin son onilliyində qovuşmuş, dünyanın amansız mübarizəsində azad ölkə adının təsdiqinə yenicə nail olmuş, sağının-solunun diş qıcadığı Azərbaycan adlı müqəddəs məmləkəti başsız qoyub getməyə sadəcə haqqı yox idi. Özü buna belə qərar vermişdi. Çünki bilirdi ki, onaBaba” deyən millətin, xalqın onun özünə gümanları nə qədər çox olsa da, sözünə ehtiyacı daha böyükdür. O bilirdi ki, Azərbaycanın müstəqilliyi hələ o qədər də möhkəm deyil ki, onun gələcəyi üçün narahat olmayasan. Bəs yarımçıq qoyduğu işlər necə olsun? Azərbaycanın gələcəyinin asılı olduğu bu işləri kim tamamlasın?

Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun doğma xalqına ünvanladığı son müraciət Vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Dəbdəbədən, ritorikadan uzaq, xalqın qavradığı dildə, Heydər Əliyevin üslubunda olan son dərəcə səmimi müraciət:

«Əziz həmvətənlər, hörmətli Azərbaycan vətəndaşları!

Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur.

 

Mərkəz.- 2010.- 25 dekabr.- S. 11.