"Mərkəz" qəzeti və Respublika Uşaq Təşkilatı Prezidentimizin ad gününü qeyd etdi

 

Gülər Əhmədova: "Prezidentimizin özünə, ailəsinə, övladlarına və nəvələrinə cansağlığı arzulayıram"

 

Dünən "Mərkəz" qəzetinin təsisçisi, Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın təşəbbüsü ilə qəzetin redaksiyasında Prezident İlham Əliyevin 49 yaşı qeyd olundu. Qəzetin kollektivi, eləcə də təşkilatın əməkdaşları bir masa arxasında əyləşib prezidentimizin doğum günü şərəfinə ən gözəl ürək sözlərini ünvanladılar. Həmişə prezidentimizlə öyündüyünü deyən millət vəkili Gülər Əhmədova təəssüratlarını belə paylaşdı:

 

"Mən İlham Əliyevi özümə ailə üzvüm, qardaşım qədər yaxın bilmişəm. Bu onun səmimiyyətindən və xalqına olan dərin hüsnü-rəğbətindən irəli gəlib. Mən həmişə ölkəmizin başında belə bir layiqli rəhbərin durmasından qürur duymuşam. Çünki bizim prezidentimiz bütün varlığı, qəlbi ilə bu millətə bağlı insandır. Onun xalqı üçün ürəkdən gördüyü işlər həmişə xalq tərəfindən də qiymətləndirilib. Mən onun özünə, ailəsinə, övladlarına və nəvələrinə cansağlığı arzulayıram. Allah onu bu xalqın başı üstündən əskik etməsin. Mənim bir arzum da var, inanıram ki, bu prezidentimizin də ən böyük arzusudur. Arzulayıram ki, İlham Əliyev cənablarının imzası neçə-neçə beynəlxalq əhəmiyyətli layihələrə yazıldığı kimi, Qarabağın alınması protokoluna da yazılsın. Çünki İlham Əliyevin bu işdə necə ürəkdən səy göstərməsini bütün xalq bilirgörür. Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olan prezidentimin bir amalı-arzusu var; xalqını, millətini, ölkəsini firavan, bütöv, xoşbəxt görmək. Və həmişə də bu arzu ilə yaşayıb, mübarizə aparıb. Bütün dünya İlham Əliyevin uğurlu siyasətinə heyrandır. Onun uğurlu daxilixarici siyasətinin nəticəsidir ki, xalq əmin-amanlıq şəraitində, xoşbəxt yaşayır. Belə bir prezidenti olan xalq heç vaxt basılmaz".

 

Daha sonra masaya "şah plov" gətirildi. Gülər xanım onu da qeyd etdi ki, prezidentimizin ən çox sevdiyi xörək plov olduğundan ad günü mərasimi üçün də məxsusi olaraq plov hazırlatdırıb.

Təbrik təbrikə calandı. "Mərkəz" qəzetinin əməkdaşları da Gülər Əhmədovaya qoşularaq ürək sözlərini paylaşdılar.

Bəxtiyar Elcan, redaktor:

 

- Sözlərimə Ülvi Bünyadzadənin şeirindən bir bəndlə başlamaq istəyirəm:

 

İnsan var zəhərə döndərir balı,

Zəhəri bal edən dodaqlar da var.

Otuz beş yaşında el ağsaqqalı,

Altmış beş yaşında uşaqlar da var.

 

Bizim millət çox müdrik millətdir. Bu millət hər kəsi ağsaqqal kimi qəbul etməz. Prezident İlham Əliyev çox nadir şəxsiyyətlərdəndir ki, onu Ulu Öndər Heydər Əliyevdən sonra bu xalq həm prezident, həm 41 yaşındaykən ağsaqqal seçdi. Bu onun Azərbaycan insanına, Vətəninə verdiyi dəyərin, sərgilədiyi səmimiyyətin qarşılığında yaranan münasibətdir. Təfəkkür tərzi, dünyagörüşü onu xalqın gözündə olduğu prezident postundan da yüksək mərtəbəyə qaldırdı. Tarix dəfələrlə göstərib ki, bu hər liderə nəsib olmur.

Bu xoş gündə cənab prezidentimizə möhkəm cansağlığı, tutduğu müqəddəs yolda uğurlar arzulayıram.

 

Cəvahir Səlimqızı, müxbir:

 

- Mən böyük öndər, özümə həyatda yeganə ideal saydığım fenomen şəxsiyyət Heydər Əliyev ideyalarının daşıyıcısı, daxili xarici siyasətin incəliklərini beşbarmağı kimi gözəl bilən, xalqını, millətini dəyərləndirməyi bacaran, ən pis ən yaxşı günümüzdə bizimlə bərabər olan layiqli prezidentim İlham Əliyevin doğum gününü bu gün əziz adamımın doğum günü kimi qeyd edirəm. Gülər xanımın sözünə qüvvət, mən İlham Əliyevi güvənc yerimiz bilmişəm. xoşbəxt xalqıq ki, Tanrı bizə sözün əsl mənasında ləyaqətli, əsilli-nəcabətli, yenilməz bir başçı nəsib edib. Hər dəfə xarici səfərləri zamanı daxili xarici əzəməti özündə birləşdirən cənab İlham Əliyevi gözəl xanımı, birinci ledimiz Mehriban Əliyevanı görəndə bir vətəndaş olaraq qürur hissi keçirirəm. Mən inanıram ki, buna görə əcnəbilər bizə qibtə edirlər.

Xalqımızın qürur yeri olan prezidentimə doğum günündə cansağlığı uğurlar arzulayıram.

 

Zülfiyyə Quliyeva, müxbir:

 

- Hər ölkənin prezidenti öz şəhidi üçün göz yaşı axıtmazdı. Mən İlham Əliyevin öz xalqını necə sevdiyini onun şəhidlərimizin valideynləri ilə görüşündə gördüm. Prezident övladını itirən valideynlərə təsəlli verərkən, necə həyəcan içində idi. O, sözün əsl mənasında həmin gün balasını şəhid verən ata-ananın yanında idi. Bütün qəlbi ruhu ilə. Bu mənəvi böyüklüyə hər ölkənin prezidenti sahib deyil. Ona işində uğurlar və cansağlığı arzulayıram.

 

… Beləcə, dünənki günümüzxoş bir gün kimi tarixə düşdü. Hamılıqla bir masa arxasında əyləşib prezidentimizin doğum gününü deyə-gülə qeyd etməyimizdən sözün əsl mənasında məmnun olduq. Bu məmnunluğu bizə yaşatdığına görə isə qəzetimizin təsisçisi, Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər xanım Əhmədovaya xüsusi təşəkkür edirik.

 

Mərkəz.- 2010.- 25 dekabr.- S. 3.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif: Cəvahir SƏLİMQIZI