Xocalı faciəsinin qurbanları Avropada yad edilir

 

Soydaşlarımız etiraz yürüşləri, piketlər, müxtəlif dinc aksiyalar keçirirlər

 

Fevralın 26-da Belçikanın paytaxtı Brüssel şəhərində Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş etiraz yürüşü keçiriləcək. Yürüş Azərbaycanın Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə Dünya Azərbaycanlıları Birliyi (DAB) və Azərbaycan-Belçika Dostluq cəmiyyəti tərəfindən təşkil olunacaq. Bu barədə «Mərkəz»ə DAB-dan məlumat verilib. Məlumata görə, DAB-ın Belçika federal polisindən aldığı icazəyə uyğun olaraq etiraz yürüşü fevralın 26-da yerli vaxtla saat 14.00-da «Square Meeus»da başlayacaqsaat 17.00-da Schuman meydanında yekunlaşacaq. Yürüşə Brüsseldə yerləşən Ermənistan səfirliyinə etiraz bəyanatı təqdim edilməklə start veriləcək Avropa Birliyi qurumlarının rəhbərlərinə eyni məzmunlu bəyanatın təqdim olunması ilə bitəcək.

Etiraz yürüşünün daha izdihamlı və mütəşəkkil keçməsi üçün aksiyaya Benilüks ölkələrində və Almaniyada yaşayan soydaşlarımızın da qatılacaqları gözlənilir. DAB Avropada yaşayan soydaşlarımızı etiraz yürüşündə fəal iştirak etməyə Xocalı soyqırımının qurbanı olmuş günahsız qurbanların qatillərinin cəzalandırılması ücün haqq səslərini ucaltmağa çagırıb.

Fransanın Strasburq şəhərində fəaliyyət göstərən «Azərbaycan Evi» isə Xocalı faciəsinin 18-ci ildönümünün qeyd edilməsi və Azərbaycan həqiqətlərinin fransız ictimaiyyətinə çatdırılması üçün fevralın 24-dən 28-dək silsilə tədbirlər keçirəcək. Tədbirlər Strasburq Universitetinin iki institutu (Yazılı Sinxron Tərcümə Beynəlxalq Əlaqələr İnstitutu Turkoloji Departementi) ilə əməkdaşlıq nəticəsində gerçəkləşəcək. Sözügedən tədbirlərdə iştirak məruzə ilə çıxış etmək üçün Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əkrəm Abdullayev, Azərbaycanlıların digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, «Kür-Xəzər» Xeyriyyə cəmiyyətinin sədri Akif Kərimov ziyalı Nadir Orucov Strasburqda səfərdə olacaqlar.

Silsilə tədbirlər çərçivəsində ilk olaraq fevralın 25-də Strasburq Universitetinin YazılıSinxron Tərcümə Beynəlxalq Əlaqələr İnstitutunda «Azərbaycan Respublikasının diaspor siyasəti, icrası və Azərbaycan diasporunun əsas fəaliyyət istiqamətləri» mövzusunda konfrans keçiriləcək. Nümayəndə heyətinin üzvləri konfransda çıxış etdikdən sonra tədbir iştirakçılarının movzu ilə bağlı suallarını cavablandıracaqlar. Konfrans sinxron tərcüməçi tərəfindən fransız dilinə, suallar isə azərbaycanca tərcümə olunacaq.

Fevralın 26-da səhər saatlarında Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburq Universitetinin Türkoloji Departamentinin müəllimləri ilə görüş keçirəcəklər. Görüş zamanı Q.Əliyevin «Azərbaycan diasporu Fransa-Azərbaycan əlaqələri» mövzusunda çıxış etməsi planlaşdırılıb.

Fevralın 27-də, saat 14.00-da Strasburq «Azərbaycan Evi» şəhərin mərkəzindəki Kleber meydanında Xocalı soyqırımının 18-ji ildönümü ilə bağlı mitinq keçiriləcək. Hər il olduğu kimi, Strasburqda fəaliyyət göstərən və güclərini birləşdirən 3 cəmiyyət - Azərbaycanla Mədəni Əlaqələr cəmiyyəti, Azərbaycan Kültür cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası mitinqdə iştirak edəcəklər. Bundan başqa, Strasburqda ətraf şəhərlərdə fəaliyyət göstərən türk, fransız digər təşkilatlarının da mitinqə qatılması gözlənilir. Saat 18.00-da isə Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburq «Azərbaycan Evi»ndə Fransada təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri ilə görüş keçirəcəklər. Bu çərçivədə Q.Əliyevin ümummilli lider Heydər Əliyev haqqında rus dilində çapdan çıxmış «Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı» kitabının təqdimatı baş tutacaq.

Litva Azərbaycanlıları cəmiyyəti də Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırımı həqiqətlərinin Litva ictimaiyyətinə siyasi dairələrinə çatdırılması məqsədilə bir sıra təbliğat tədbirləri və anım mərasimləri keçirir. cəmiyyətin sədri Mahir Həmzəyevin Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə verdiyi xəbərə görə, cəmiyyətin təşəbbüsü ilə Litvanın www.slaptai.lt saytında Xocalı faciəsi haqqında geniş analitik məqalə və görüntülər yerləşdirilib. Məqalənin müəllifi tanınmış Litva jurnalisti naşiri Gintaras Visotskasdır. Sözügedən təbliğat materialları həmçinin Kaunas şəhərində litva dilində nəşr olunan «XXI əsr» adlı qəzetin fevralın 24-də çap ediləcək sayında da dərc olunacaq. Bundan əlavə, cəmiyyətin təklifi və dəstəyi ilə Litva radiosunda Xocalı hadisələrinin obyektiv işıqlandırılmasına ona düzgün hüquqi-siyasi qiymət verilməsinə həsr edilmiş Litva dilində veriliş yayımlanacaq. Verilişdə yerli tarixçilər, beynəlxalq icmalçılar və politoloqlarla bərabər Litva Azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev iştirak edəcək soyqırımı haqqında faktları və Azərbaycanın haqlı mövqeyini ictimaiyyətə tədim edəcək.

Norveçin paytaxtı Oslo şəhərində isə Oslo Universitetinin Siyasi Elmlər Fakültəsinin «Sülh münaqişələrin həlli» proqramının və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr edilmiş «Azərbaycan həll olunmamış Qarabağ münaqişəsi» «Norveçin regionun inkişafında rolu» mövzusunda dəyirmi masa keçiriləcək. Dəyirmi masada Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Helsinki Komitəsinin direktor müavini Günnar Ekelöv-Slydal, Norveç Xarici İşlər Nazirliyinin qlobal təhlükəsizlik və MDB ölkələri departamentinin direktor müavini Bord İvar Svendsen və «Statiol» neft şirkətinin sosial cavabdehlik şöbəsinin məsləhətçisi Hokon Nordanq iştirak edəcəklər. NAYO-nun sədri Ramil Əliyevin Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə verdiyi məlumata görə, tədbirdə «Qarabağ münaqişəsi onun törətdiyi fəsadlar», «Xocalı soyqırımı - bəşəriyyətin faciəsi» mövzuları ətrafında çıxışlar səslənəcək. Osloda keçiriləcək tədbirin iştirakçıları Xocalı faciəsi ilə yanaşı, münaqişənin tarixi, onun həlli istiqamətində görülən işlər, eləcə də Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində digər məsələlərə dair fikirlərini bölüşəcəklər. Oslo Universiteti Siyasi Elmlər Fakültəsinin «Sülh münaqişələrin həlli» proqramının professor müəllim heyətinin, əcnəbi tələbələrin, bir sıra xarici ölkənin Norveçdəki səfirliklərinin əməkdaşlarının, media nümayəndələrinin Azərbaycan icmasının təmsilçilərinin də qatılacağı tədbirdə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumatla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış «Xocalı uşaqların gözü ilə» adlı fotosərgi də təqdim olunacaq faciə haqqında bilgiləri əks etdirən bukletlər paylanacaq. Həmçinin tədbir çərçivəsində NAYO-nun üzvü olan yerli icma nümayəndələri Xocalı soyqırımı ilə bağlı həqiqətləri beynəlxalq aləmdə yaymaq məqsədilə nüfuzlu beynəlxalq təşkilatların e-mail ünvanlarına faciə ilə bağlı məlumat göndərəcək, xarici ölkələrin tanınmış ictimai-siyasi xadimlərinə məktublar ünvanlayacaqlar.

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2010.- 24 fevral.- S. 4.